#Ayriliq mektubu :'(
Cavad_N_417
22 May 2013 / 00:38
Son Məktub...
Salam əzizim ! Hal-hazırda intizar və maraqlı
oxuduğun bu məktubu sənə Dəniz Qırağından
yazıram.
İnan ki, uzaqda olmağıma baxmayaraq, səni hər
saniyə düşünmədən bacarmıram! S
ən səni nə qədər sevdiyimi bilməzsən. Səninlə keçirdiyim günləri unuda bilmirəm.
Səninlə ilk dəfə dinlədiyimiz və bu bizim
mahnımız olsun dediyimiz Zaur - Qayıt musiqisi
çalınır və mən hələ də o mahnını xəyallara dalıb
dinləyirəm.
Mənə həmin an baxdığın romantik baxışlar, ürəyinin dərinliklərin dilinə gətirdiyin kəlimələr
düşür yadıma. Sən axı niyə qərar verməkdə tələsdin və belə
etdin? Mən axı bu cür davranışa layiq deyildim! Səninlə keçirdiyim günləri düşünürəm və unuda
bilmirəm... Sən demə 19 ildi bu sevgini boş
yaşamışam. Bunlara baxmayaraq, mən yenədə xoşbəxtəm,
çünki mənə həyatımın ən gözəl günlərini
yaşatdın əzizim. Bu gün məni tərk etməyinin 15 günü tamam
olur... Bəlkədə təsəvvür eləmirsən, amma bu
günlər mənə çox əzab, iztirablar verib. Vəfasız demək istəyirəm, amma dilim gəlmir.
İnsan canı-könüldən sevdiyinə necə Vəfasız
desin?! Deyə bilmərəm... Səni hər zaman çox sevdim. Səni heç bir zaman
unutmayacağam. Sən mənim həyatımda yaşanmış duyquların ən
gözəli ən təmizi və saf olanısan! Mən yalnızca sənə bağlı qalacam, sən başqasının
olsan belə, sənin daima sevgim qəlbinin
dərinliklərində özünə artıq məskən salıb! Məni tərk etdiyin gün qızılgül almışdım. Üzərində
hələ də sabah düşən şehlər qalırdı. Sanki ayrılığımıza güldə üzülmüşdü! Bu gün 33
gün oldu. Aldığım gül solubdu əzizim. Artıq deməyə, söyləməyə bir fikrim qalmayıb!
Gerisi Allaha qalıb. Ölsəm səni çox sevdiyimi, sənin üçün hər şeyimi
fəda etdiyimi unutma. Canımıda verərdim məni sevsəydin. Amma nə
etməli ki, həyat çox qəribədir və qanunlarını özü
yazır! Əgər bir gün səndən öncə ölsəm qəbir daşımın
üzərinə doğulduğum günü deyil. Səninlə tanış olduğumuz günü yaz. Səhvdir desələr məni tanımadan öncə yaşamırdı
deyərsən... Sevirəm! Nə edim? Dəlicəsinə sevirəm əzizim..
[cavab]
Sahin00
22 May 2013 / 00:41
elaaaa.twk.
[cavab]
Bölmeye qayıt
0.189 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az