#BayQuş...
Cavad_N_417
21 May 2013 / 10:45
#Bir bayquş Süleyman Əleyihissəlamın yanına gəldi,
salam verdi. Hz.Süleyman salamını aldı. Sonra
aralarında belə bir söhbət oldu: -" Ey bayquş, niyə torpaqdan bitənlərdən
yeməzsən?"
-"Hz. Adəm torpaqdan bitən buğda səbəbiylə
cənnətdən çıxarıldı" - dedi.
-"Nə üçün su içməzsən?" - deyə soruşdu.
-"Çünki Nuh əleyhissalamın qavimi suda boğuldu" - dedi.
-"Nə üçün abadlıq yeri tərk edib xarabalarda
məskən salırsan?"
-"Xarabalar Hz. Allahın mirasıdır, mən də Hz.
Allahın mirasında oturaram".
-"Xaraba üstünə qonan zaman nə deyərsən?" -"Burada yeyib-içərək dolananlar haradadır?"
deyərəm".
-"Bəs abad yer üzərindən keçsən nə
deyərsən?"
-"Təəssüf ki, insan oğlu qarşısında bu qədər
çətinlik ola-ola necə rahat yatmaqdadır" deyərəm.
-"Gündüzlər nə üçün çıxmazsan?"
-"İnsan oğlunun özünə etdiyi zülmün
çoxluğundan..." dedi.
-"Ulayaraq nə deyərsən?"
"Ey qafil, axirət səfərin üçün azuqə hazırla" deyərəm və "Subhane xaliqin Nur" deyə zikr
edərəm" - dedi. Bunun üzərinə Hz. Süleyman (ə.s.) belə buyurdu:
"Quşlar içində insan oğluna bu qədər gözəl
nəsihət verən və bundan daha şəfqətli olanı
yoxdur. Cahillərin ondan nifrət etmələri, onu
uğursuz saymaları nə əcaib şeydir!.."
[cavab]
Mayor
21 May 2013 / 10:53
super
[cavab]
Heyat2miz3un
21 May 2013 / 10:54
Cox gozeldi oxumaqa deyer (ilk werh!
[cavab]
Dj_kamo
21 May 2013 / 10:59
Bu beledir,bu heqiqetdir,xatirlatdiqin ucun tewekur
red. Dj_kamo (21.05 /11:02)
[cavab]
@_T_E_N_H_A_@
21 May 2013 / 11:14
Cox gozel twk.
[cavab]
L_SimuS
21 May 2013 / 11:28
buna görə də bayquş müdriklik simvoludu
[cavab]
Bölmeye qayıt
0.1454 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az