Məhəmmədhüseyn Şəhriyar - Yar qasidi

pol L_SimuS 21 May 2013 / 05:04
Yar Qasidi

Sən yarımın qasidisən
Əyləş sənə çay demişəm

Xəyalini göndəribdir
Bəs ki mən ax-vay demişəm

Axı gecələr yatmamışam
Mən sənə lay-lay demişəm

Sən yatalı mən gözumə
Ulduzları say demişəm

Hər kəs sənə ulduz deyə
Özüm sənə ay demışəm

Səndən sonra həyatə mən
Şirindisə zay demişəm

Hər gözəldən bir gül alıb
Sən gözələ pay demişəm

Sənin gün tək batmağıvı
Ay batana tay demişəm

İndi yaya qış deyirəm
Sabiq qışa yay demişəm

Gah toyunu yadə salıb
Mən dəli nay nay demişəm

Sonra yenə yasə batıb
Ağları hayhay demişəm

Ətək dolu dərya kimi
Göz yaşıma çay demişəm

Ömür sürən mən qara gün
Ax demişəm vay demişəm

[cavab]

pol Dj_kamo 21 May 2013 / 05:27
Maraqli seirdir

[cavab]

pol @_T_E_N_H_A_@ 21 May 2013 / 11:06
Gozel seirdi. :)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1428 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az