***sen ve men***-alena

pol _A_L_E_N_A_ 21 May 2013 / 01:20
Göz olduqca mavi bir dəniz, yox yox okean ... Sahili heç daş olmayan sarı bir qumlu, sanki bir xəyal kimi ... gedirik ikimiz yalnız sən və mən ....
Sonra bir ev, bağçası olan və hovuzlu amma mütləq bağçasında oynayan heyvanlar. Bir pişik, bir it məsələn ... İki mərtəbəli qutu kimi bir ev, baxma bağçasında hovuz olduğuna!
Bir otağı boydan boya kitabxana, növ -növ kitab və mətbəxində qutularca qəhvə, qoxusu qapıdan içəri girincə insanı əhatə edən. Müxtəlif otlar, bitki çayları, bir də şüşə qablara sıralanmış rəng- rəng şəkər və şokoladlar.
Bağçada böyük bir yelləncək, çiçəkli parçalardan döşəyi və dərhal yaxınında bir hamam. Yerdə böyük rəngli döşək və əlbəttə, bağçanı qucaqlayan göz oxşayan çiçəklər.
Xülyalarda pulmu kəsirlər? Xəyal bu ya! Bu şəkildə bir şey əskik deyirsənsə, yalnız sən və mən ... Ah, bir də yavaşca yağan yağış təbii..
Verandada yellənən bir kürsü, əlimdə bir stəkan isti qəhvə, asta-asta yağış yağmaqda və yağışın səsinə yoldaşlıq etməkdə Edith Piaf ... "La Vie En Rose" çalınan radioda və ürəyimdə bütün alətlər ...
Ayağımın ucuna uzanıb yatmış köpəyimiz və onun istiliyinə sığınmış pişiyimiz balacalığına baxmadan itin qulağını dişləməkdədir.
Əllərində rəng- rəng çətirlərlə yoldan qadınlar, adamlar getməkdə. Uzaqdan gülümsəyib salamlaşıram. Kitabımın səhifələrində heç bilmədiyim dünyalara səfərlər edərkən, telefonuma gələn mesajın səsiylə titrəməliyəm.
Üstündə sənin adın yazan mesajı açıb bu cümləni görməliyəm: "Sənin üçün çox darıxdım!" Üzümdə böyük bir gülümsəmə olmalıdı.
Tam o anda bir avtomobil yanaşmalı qapının önünə, içindən sən enməlisən. Bağça qapısını açıb bir tərəfi lavanta, digər tərəfi tarla çiçəkləri qablı, o dar yoldan mənə doğru gəlməlisən. Birdən yağış kəsməli, günəşə nə gərək var sən varkən.
Qollarını dolayıb belimə, "sənin üçün çox darıxdım bu gün də" deməlidir. Dodaqlarmı birləşməli, uzun,isti bir gecəyə doğru getməliyik və biz bir ömürü birlikdə keçirməliyik. Yalnız sən, mən, itimiz, pişiyimiz və dostların gözəl qəhqəhələri ətrafında ....

[cavab]

pol 2012_2013 21 May 2013 / 01:24
Yene ilk werh
Bunuda yaxwi yazmisan elin var olsun

[cavab]

pol sindirella1 21 May 2013 / 01:27
vay vay ROMANTIK ABIDESISEN E ALENA.BRAVO SUPPER YENEDE

[cavab]

pol 2012_2013 21 May 2013 / 01:34
_A_L_E_N_A_, bunuda saytdan goturmusen?

[cavab]

pol sindirella1 21 May 2013 / 01:36
2012_2013, burda yazilanlarin 90faizi saytlardan kopyadi

[cavab]

pol _A_L_E_N_A_ 21 May 2013 / 01:40
2012_2013, he bunu da basqa saytdan goturmusem, cox sevdiyim bir dostum yazib

[cavab]

pol Boss555 21 May 2013 / 01:50
cox gozel yazmisiniz.

[cavab]

pol Fermeer 21 May 2013 / 02:32
ROMANTIKA.uuuuuuuuuuu.

[cavab]

pol _A_L_E_N_A_ 21 May 2013 / 02:34
Fermeer, niye aglayirsizki?:-)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1669 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az