***esqin terifi***-alena
_A_L_E_N_A_
21 May 2013 / 01:17
Eşqin tərifi mənə görə özünü “Onda” görmək və “Onunla” ikən olduğun halını sevməkdir.
Sevincə insanın gözləri qamaşar. İçində milyonlarca kəpənəklər uçuşar.
Sevgi : Sərhədsiz olaraq, azadca, hesab soruşmadan sevməkdir.
Sevgi : Qanadlarımızı azadca çırparaq,
Ən günahsız, ən təmiz duyğularımızı paylaşmaqdır.
Yaşadığımız təcrübələrlə, öyrəndiklərimizlə, uyğunlaşmaq adına məcbur qəbul etdiklərimizlə ən günahsız hallarımızdan uzaqlaşırıq. Sevgimizi qəliblərə qoyuruq, sevgimizi paylaşmaq üçün şərtlərə bağlayırıq
Halbuki sevmək insanın ən azad halıdır. Xoşbəxtlikdir, sevincdir, çoşğudur. Həyatdakı ən mənalı daddır. Qəliblərə sıxıştırmazsaq gözlərimizi hər yerdə tapa bilərik.
Sevgini dəfələrlə oxuduğumuz kitabda, ilk dəfə getdiyimiz bir şəhərdə, orta məktəb yoldaşlarımızla görüşdüyümüz bir naharda, anamızın qollarında, körpəmizin gülüşündə dadarıq.
Sevginin fərqli-fərqli halları vardır ki,bu hallarından biri də qarşı cinslə yaşadığımız Eşqdir.
O duyğuyu yaşamağa başladığımızda qəliblər sınar . Onunla sahib olduqlarımızı paylaşmaq, onunla yaşadıqlarımızı çoxaltmaq istəyərik. Onun toxunduqları bizə daha mənalı, onunla edilən hərəkətlər daha əyləncəli, onunla hər an daha ləzzətli olar.
Eşqi daddıqca cəsarətlənər, azadlaşarıq.İçimizdəki ən günahsız halımıza yaxınlaşarıq. Saf sevgi olarıq.
Buna görə Eşq çoşğudur, sevincdir. Onun olduğu yerdə sevinc, xoşbəxtlik vardır. Eşqi tapdığımız yerdə, özümüzü taparıq.
Eşq …
Pulun ala bilməyəcəyi şeyləri paylaşmaqdır.
Eşq..
Körpü yaratmaqdır, Divar yox.
Eşq…
çətinliklərlə dolu dünyada yumşaq bir toxunuşdur.
Həyatın içində Eşq olunca hər şey məna qazanır və mükəmməl görünür.
[cavab]
2012_2013
21 May 2013 / 01:23
Ilk werh
Ela yazmisan
[cavab]
_A_L_E_N_A_
21 May 2013 / 01:27
bunu men yazmamisam, basqa saytdan goturmusem
[cavab]
2012_2013
21 May 2013 / 01:32
Olsunda ezyet chekib saytdan goturmusen
[cavab]
_A_L_E_N_A_
21 May 2013 / 02:29
2012_2013,
[cavab]
*KisS_THe_RaiN*
21 May 2013 / 03:50
SeVMiWiK,aMa Ne GoZLeRiMiZ QaMaWMiYiB,NeDe KePeNeKLeR uCuWMuYuB..
[cavab]
BerryBlack
21 May 2013 / 04:02
*KisS_THe_RaiN*, yegin bu antikvarni sevib:)
[cavab]
*KisS_THe_RaiN*
21 May 2013 / 04:03
BerryBlack, MaLaDYoJNu))
[cavab]
BerryBlack
21 May 2013 / 04:05
*KisS_THe_RaiN*, pxax:)sevgiden yazib sevenleri ayirani da gorduk:)
[cavab]
*KisS_THe_RaiN*
21 May 2013 / 04:07
BerryBlack, aXaXa,BeS oLMaLiDiDa,o oLMaSa DuNYa DaGiLaR))
[cavab]
Bölmeye qayıt
0.1945 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az