qorxulu hekaye (3) ardı
wersace
20 May 2013 / 01:03
Ancaq o, dediklərində o qədər iddialı idi ki,
bizə sübut edəcəyini dedi. Dərhal stolun
üzərinə 4 fincan və 4 kart düzdü. Fincanlar
ağ rəngdə, kartlar isə hamısı “7 qara ürək”
idi. Onun bu cür cəld davranışları bizi biraz
qorxutmağa başladı ancaq bizi ən çox bu
işin axırı yəni onun pərt olmasını görmək
maraqlandırırdı. Fincanları və kartları
düzdükdən sonra bizə sol əlimizi kartın
üzərinə qoymağmızı tələb etdi və qəribə
sözlər və ifadələr işlətməyə başladı. Bir neçə
dəqiqədən sonra otaqdakı şən atmosfer
birdən-birə bizim tüklərimizi ürpədəcək
qədər qorxulu olan bir vəziyyətə döndü. Ruh
çağıracağını deyən dostumuzdan başqa
hamımız çox qorxurduq. Mən əlimi kartdan
çəkmək istədim amma əlim sanki yapışmışdı
stolun üzərinə. Ruh çağıracağını deyən
dostumuz səsini bir az da yüksəldi və 3-4
saniyə sonra stolun üzərindəki bütün
fincanlar möhkəm yerə çırpıldı və hamısı
param-parça oldu. Fincanlar sınan kimi əlimi
tez çəkə bildim kartın üzərindən. Ancaq
hamımız çox qorxmuşduq. Tez dostumuzla
sağollaşıb evlərini tərk etdik. Evə getdim.
Bütün gecəni yata bilmədim qorxumdan.
Ancaq səhər açıldı və dərsə getdikdən sonra
yavaş-yavaş baş verənlər də unuduldu.
Ancaq əsas qorxulu hadisələr də bundan
sonra başlandı. Evlərinə qonaq getdiyimiz
dostum həmin hadisədən sonra evlərinin
vanna otağında yuyunarkən ayağı sürüşdü
və başının yerə dəyməsi ilə öldü. Dostumgilə
mənimlə gedən digər dostum isə gördüyü
qəribə yuxulardan sonra ciddi ruhi xəstəliyə
tutularaq dəlixanaya aparıldı və orada
intihar etdiyini eşitdim. Ruh çağıracağını
deyən dostum isə hadisədən bir neçə gün
sonra ortalıqdan yox oldu. Çox axtarılsa da
izinə rast gəlmək mümkün olmadı. İndi
sadəcə mən qalmışam. Sıranın məndə
olduğunu bilirəm. Çox qorxuram. Ancaq
digər 3 dostum həmin hadisə baş verəndən
sonra 4-5 gün içərisində öldükləri halda
mən hadisədən 14 gün keçməyinə
baxmayaraq hələ də yaşayıram. Hər gün
Allaha dualar edirəm. Və öz-özlüyümdə bir
şeyi düşünürəm. “Həmin dostum ruh
çağıran an çox qorxdum və həyatımda bəlkə
də ilk dəfə bütün ürəyimlə, “Allahım məni bu
dəhşətdən qoru, çox qorxuram” dedim.”
Bəlkə də bu duanı təkcə mən etdiyimə görə
mən hələ də həyatdayam...
[cavab]
kinkonk
20 May 2013 / 01:32
maraqli hekayedi.
[cavab]
wersace
20 May 2013 / 01:36
tesekkur
[cavab]
Qeseng_qiz
20 May 2013 / 02:30
SUper
[cavab]
2012_2013
20 May 2013 / 03:04
Qorxulu idi.qaqaw bunun ardi ne vaxtdi?
[cavab]
Bölmeye qayıt
0.1487 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az