Mən səndən ötrü nələr etməzdim ki
Repery
17 May 2013 / 00:15
Səni özümə günəşim bildim, günəş olub həyatımı aydınlat deyə
Səni özümə ən parlaq ulduz seçdim, ulduzum ol gözlərimi dünyadan çək deyə
Səni özümə sevdiyim bildim, səni hər halınla sevdim, səni soyuqluğunla sevdim
Səni qıra bilmədiyim qürurumla sevdim, səni aldığım hər cavabında "yox" kəlmənlə sevdim
Mən səni bütün əngəllərinə rəğmən sevdim
Sənsiz həyatıma nə günəş doğdu, nə səhər açıldı, nə yol bitdi
Sənsiz bu ayrılıq nə uzun oldu
Görəsən heç bitməyəcəkmi bu qaranlıq?
Heç bitməyəcəkmi sənin xəyalın sanıb qaranlıqda kölgələri qovmağım?
Heç bitməyəcəkmi hər çığırtını sənin səsin bilib dəlilər kimi səslənməyim?
Heç bitməyəcəkmi sənə olan bu dəli arzum?
Oysa ki, nə xəyallarım vardı, oysa ki, sənli nə ümidlərim vardı
Sən atəş belə olsaydın susuz bir səhrada səni gözyaşlarımla,
sənsizlikdən hər gün damla-damla sel olan gözyaşlarımla söndürərdim
Sən yağışa həsrət qalmış dağ yamacı olsaydın həsrətindən
bulud qədər dolan bu gözyaşlarımla sulardım səni
Mən səndən ötrü nələr etməzdim ki.....
İndi yoxsan...
Sabahlar düşmən, gündüzlər küsülü, gecələrsə ən böyük dostum...
Xoşbəxtlik düşmənim oldu...
Sən yoxsan...
[cavab]
Dark-Host
17 May 2013 / 00:20
Salam mənı kalxoza götürərsən ? Mən də KAVKAZ liyam. Əgər qebul etmek istəsən şəxsıyə yaz. Oz kalxozumdan çixacam
[cavab]
Dark-Host
17 May 2013 / 00:27
Brat şəxsi də ban olmuşam. Brat aktiv olajam. Tikilerden ne var ? Şahın, ve s. Var ?
[cavab]
Bölmeye qayıt