QARAQAN (ROMAN)

pol sindirella1 21 May 2013 / 14:56
“A”-nın Nağılı
A ilə həyətdə tanış olmuşdum. Lap uşaqlıqdan biz bir yerdə oynayardıq. O bizim həyətə qonşu binadan gəlirdi. Uşaqlıqdan bir az qəribə uşaq idi. Biz oynayanda qıraqda oturardı. Novruzda tonqaldan tullanmazdı. Qar yağanda qar topu oynamazdı. Gəlib həyətimizdəki pişikləri yedizdirirdi. Bir neçə il bizim həyətə gələndən sonra deyəsən onların evlərində yanğın baş verdi. Bütün ailə yandı. Təkcə A-dan başqa. Onun da bu hadisədən sonra dili tutulmuşdu. Deyəsən ağlını da itirmişdi. Ona görə onu dəlixanaya qoydular. Şayiələr gəzirdi ki, evi özü yandırıb. Ondan sonra A-dan xəbər çıxmadı. Bir də 10 il sonra mən məktəbi bitirəndə A ilə görüşdüm. Tamam dəyişmişdi. Uşaq vaxtı eybəcər uşaq idi, indi yaraşıqlı oğlan olmuşdu. Bir az söhbət elədik. Mən özüm dərslərimi yaxşı oxuyurdum. Amma onunla söhbətdə özümü lap 5 yaşlı uşaq kimi hiss edirdim. Hər şeydən xəbəri var idi. Bir kitabın adını mən çəkirdimsə beş kitabın adını o çəkirdi. Nədənsə xəbəri olmayanda da bir gün içində onu öyrənə bilirdi. Soruşanda ki, bəs o evin yanması ilə bağlı nə deyə bilər? Deyirdi ki, “Mən onları yandırmamışam, onlar özləri özlərini yandırdılar”. Sonra dəlixanadakı xəstələrdən, xəstə dostlarından danışırdı. Deyirdi ki, əslində onlar dəli deyil. Sadəcə beyinləri başqa nisbətdə işləyir. Əslində onlar çox ağıllıdılar. Tez- tez gedib dostlarına baş çəkirdi. Hərdən mən də onunla gedirdim. Bir dəqiqə dəli ilə üzbəüz oturandan sonra başını tutub qışqırırdı. Mən deyirdim ki, yəqin onda da az-maz dəlilik qalıb. Yanğının travması. Amma sonra gülə-gülə otaqdan çıxırdı. Yolda mənə dəli ilə olan söhbətini danışırdı. Deyirdi ki, filan dəli bu gün mənə o qədər şey öyrətdi ki, gəl görəsən. Mən də deyirdim ki, yəqin zarafat eləyir. Bir qəribə xüsusiyyəti var idi. Bütün qızlar onu sevirdi.Vəziyyət elə alınmışdı ki, onunla heç bir qız rəfiqəmi tanış eləmək istəmirdim. Bilirdim ki, bir günə A-ya vurulacaq. Bir gün A xahiş elədi ki, gedib onun əsl valideynlərini tapaq. Sən demə onu saxlayanlar ögey imişlər. Nə isə getdiy lazım olan yerlərə, məlum oldu ki, filan uşaq evindən götürübmüşlər. Amma uşaq evinə gedəndə orada bizə məlumat verən olmadı. Dedilər ki, onu elə uşaq evinin qabağına atmışdılar. Xanımlardan biri səsini eşidib bayıra çıxıb. Görüb ki, zibil yeşiyinin içində uşaq var. Nə adı bilinirdi, nə soyadı. Bircə boynundan A medalyonu asılmışdı. Mən soruşanda, bəs niyə orada sənə adi ad qoymayıblar deyirdi ki, ad qoymuşdular amma səsləyəndə cavab vermirdi. Uşaq olandan ancaq A adına cavab verirdi. O vaxtdan da elə A çağırırdılar. Tələbəlik illərimdə onunla lap yaxın olmuşdum. Mənə həyat haqqında düşüncələrini danışırdı. Dərslərimdə kömək edirdi. Amma özü heç yanda oxumurdu. Vəsiqəsi olmadığından nə tələbə ola bilirdi, nə əsgərliyə aparırdılar, nə də ki bir şey. Elə həyətdəki pişikləri yedizdirirdi. Pulu isə həmişə bol idi. Soruşanda pulun haradandı. Deyirdi ki, pul haradan olar? Allah verir dəə. Day dərinliyə getmək istəmirdim. Mən MTN-də işləyəndə aramız bir az dəydi. Amma sonra. Çıxandan sonra yenidən düzəldi. Son 3 ildə o mənə tez-tez planlarını danışırdı. Deyirdi ki, belə bir dəstəmiz yaranacaq. O hər şeyi qabaqcadan ölçüb biçmişdi.

Bu hekayə bizi bir az rahatladı. Axır ki, heç olmasa kiçik bir təsəvvürümüz yaradı. Amma yenə də başa düşə bilmirdim ki, keçən gecə o biri qərargahda nə baş verib. Söhbətimizin şirin yerində otağa Araz daxil oldu.
- Tez eləyin gəlin bura. Uşaqlar, A-nın yeni planı. Bu səhər üçüncü qərargahda üzə çıxıb. Uşaqlara göstəriş verib. Şəhər dağılır. HOST-çular vəhşi kimi hər yerə hücum edirlər. Alkoqol dükalarını yandırırlar, barları yandırırlar. Əmrindən 4 saat keçib, artıq 17-ci dükan yanır.

[cavab]

pol sindirella1 21 May 2013 / 14:56
Abbas yerindən sıçradı. Necə yəni? Bu nə məsələdir? Hamımız çaşıb qalmışdıq. Azad uşaqları səslədi:
- Hamı dağılışsın, yol verin biz keçəy. O biri qərargaha getmək lazımdır.
Uşaqlar yolumuzu açdılar. Azadla həyətə düşdük. Aslanla Araz Qərargahda qaldı. Abbas isə dedi ki, gedir A-nı axtarmağa. Maşın az qala işıq sürəti ilə gedirdi. Şəhəri xaos bürümüşdü. İnsanlar küçəyə tökülüşmüşdülər. Hər addım başı bir HOST-çuya rast gəlirdik. Qərargaha çatanda bir neçə Oğlanla görüşdük.Onlar A-nın yeni planı haqda məlumat verdilər. Əllərində xəritə vardı. Üzərində müxtəlif işarələr. Biz yuxarı qalxdıq. İçəridə gənclər şənlənirdilər. Biz soruşanda ki, nə baş verib onlardan biri dedi:
- A deyib ki, bütün lazımsız və xeyirsiz yerləri yandıraq. Uşaqlar da onun dediyini edir. Siz belə düşünmürsüz ki?
Əslində biz də elə düşünürdük. Amma bu təhlükəli ola bilərdi. Kimsə ölə bilərdi. Biz qatil deyilik. Amma oğlan deyəsən fikirimizi oxuyub cavab verdi:
- Yox, narahat olmayın.Yandırılan yerlərin hamısı boşdu. Bir insan da zərər çəkmir. Özü də ancaq varlı biznesmenlərin zərərli müəssisələri yandırılır. Bu dünyanın nəzərini cəlb edəcək. Əslində bu reklamdır.

Həmin gün çox qarmaqarışıq keçdi. Sonrakı günlər də elə onun kimi. Gündə bir yer yanırdı. Xarici kanallar Bakıdakı bu qəribə aksiyaları işıqlandırıdı. Xaricdə bu xəbər işıqlandırılan kimi, bir həftənin ərzində Bakıya Borçalıdan, Türkiyədən, Güney Azərbaycndan, Rusiyadan gənclər axışmağa başladı. Onlar qərargahlara gəlib bizim sıralarımıza qoşulurdular. İndi biz sevinirdik. Çünki gücümüz elə artmışdı ki, heç nə bizim qarşımızı ala bilməzdi. Xaricilər gələn kimi birdən birə pulumuz on qat artdı. Hansısa gizli qüvvələr bizə yardım edirdilər. Abbas dedi ki, A onların bizə qoşulmasını alqışlayır. HOST millətçilərin, vətənpərvərlərin, ya da islamçıların cəmiyyəti deyil, HOST azad insanların, fərqli insanların birliyidir. Hər kəs eynidir. Bu sözdən sonra pul bir az da artdı. Artıq bu bizə şəxsi mühafizəçi dəstələri tutmağa imkan verirdi. İndi bizim qərargahları muzdlu 20 cangüdən qoruyurdu. Maliyyəmiz 10 milyonu keçmişdi. Hər həftə bu qədər də artırdı. Deyəsən bizə yardım edənlər çox varlı şirkətlər idi. Biz yığışıb böyük bir yer tikdirmək qərarına gəldik. Adını da EPİSENTR qoyduq.
HOST zəlzələsinin episentri. Bu nəhəng tikili iki aya hazır oldu. 4 mərtəbəli yuxarıdan içi ulduzlu dairəni xatırladan bir formada idi. Böyük zirzəmisi vardı. EPİSENTR-in üzərində peyklə bir başa kontaktda olan antennalar, böyük internet şəbəkə. Otaqlar Qərargahlardan qat-qat geniş, rahat və səliqəli idi. Ayrıca uzun bir dəhliz Episentrin tam mərkəzinə - A-nın otağına gedirdi. Bu otağın divarları da qalın dəmirdən idi. Əsl bunker. Episentrin ürəyi bu otaq idi. Ora heç kəs buraxılmırdı. Evdəkilər artıq mənə heç nə demirdilər. İndi saysız-hesabsız internet səhifələrimiz yaranmışdı. Türkiyə, Rusiya, Ukrayna, İran və Gürcüstana dəstə-dəstə uşaq göndərmişdik. Onlar bizim ideyaları yayırdılar. A haqqında danışırdılar. Bir neçə aydan sonra xaricdən yaxşı xəbərlər gəldi. ”Əziz dostlar biz Ankarada ilk Qərargahımızı yaratmışıq. Sayımız 100-ə çatıb”.
“Moskvada işlər pis gedir, amma Peterburqda 70 nəfər tərəfdarmız var”, “Sayımız artır, bizə bir az pul göndərin”, “Salam uşaqlar, burda işlər əladır, 200 nəfərik”. Abbas HOST-u artıq qanuni partiya kimi rəsmiləşdimək istəyirdi. Bir neçə gün o işlərlə məşğul oldu. Azad Türkiyəyə getmişdi. İndi bütün seminarları Aslan aparırdı. Bütün ideoloji söhbətləri o yayırdı. Onun səsi cd-lərə yazılır, iclasları videoya çəkilirdi. Amma ən qəribəsi mənim başıma gəldi. Gücümüzün çox vaxtında məni heç nə təəccübləndirə bilməzdi. Amma ən inanılmaz şey baş verdi. A məni otağına çağırdı. Son vaxtlar o hamıyla yalnız kompüter vasitəsi ilə əlaqə saxlayırdı. Amma niyəsə məni görüşə çağırdı. Tir-tir əsirdim. Bilmirdim nə deyəcək. Hamı məni təbrik edirdi.

[cavab]

pol sindirella1 21 May 2013 / 14:57
A və MƏN

Uzun dəhlizin sonuna çatıb qapını sakitcə döydüm. Həyatımın ən vacib anı gəlib çatmışdı. Qapı öz-özünə açıldı. Mən yavaşca içəri daxil oldum. Otaq mağaraya oxşayırdı. Çox qaranlıq və səliqəsiz. Hər yerdə cırıq kağızlar, qəribə alətlər, fiqurlar, şəkillər, şamlar vardı. Masanın üzərində qırmızı pentaqramm çəlimişdi. Künclərdəki böyük külqabılardan şirin tamlı tüstü qalxırdı. Otağın o biri başında A dayanmışdı. İşıq onun arxasından düşdüyü üçün üzünü seçə bilmirdim. Uzun paltar geyinmişdi. Saçları çiyninə çatırdı. Mən içəri keçən kimi qapı arxamca bağlandı. Otaqda bizdən başqa heç kəs yox idi. A və mən. Ondan o qədər şey soruşmaq istəyirdim ki, amma heç nə ağlıma gəlmirdi. Mən onunla görüşümü dəfələrlə təsəvvür etmişdim. Hər gecə yuxuda onu görürdüm. Ondan bütün bu işlərin sirrini soruşurdum. Amma indi dilim tutulmuşdu. Tüklərim biz-biz idi. Qarşımda ölümdən qorxmayan bir insan dayanmışdı. Onun uzun saçları üzünə tökülürdü. Bir neçə saniyəlik sükutda sonra A dedi:
- Sən kitab yazacaqsan!
Donub qalmışdım. Başımı qaldırıb üzünə baxa bilmirdim.
- Sənin kitabın bütün dillərdə yayılacaq. İnsanlar bu kitabı oxuyub ona əməl edəcəklər. Onu gözəl yazacaqsan. Onda bir dənə də səhv olmayacaq.
Mən gücümü toplayıb soruşdum:
- Nə kitabı?
A dedi:
- Sonuncu kitabı. Sən sonuncu kitabı yazacaqsan.
Mənim əllərim titrəməyə başladı:
- Necə yazım?
A dedi:
- Hava Od Su Torpaq. Onları birləşdir.
Bu sözlərdən sonra otaqda elə parlaq işıq yandı ki, gözlərim az qala kor olacaqdı. A-ya baxa bilmirdim. Hər yerdən işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumub geri çəkildim. Arxadan qapının açıldığını eşitdim. Sonra A-nın səsi gəldi: “Gedə bilərsən”.
Otaqdan çıxanda hər şeyi dumanlı görürdüm, başım gicəllənirdi. Yer ayağımın altından qaçırdı. Divarlar üstümə gəlirdi. Hər şey qarışırdı. Dəhlizdə balaca qız gördüm. Sonra dəhliz qırmızı rəngə boyandı. Qıraqda qağayılar donub qalmışdı. Yerdə çay axırdı......

Yenidən Doğuluş

Anar...Anar dur..Anar..Oyan..Anar...Anar...
Gözlərimi açanda ətrafımda qəribə adamlar gördüm. Baxışlarım aydınlaşanda onları seçməyə başladım. Abbas, Aslan, Aysel, bir də bir neçə uşaq. Mən yataqda uzanmışdım. Həkim nəbzimi yoxlayırdı. Aysel yanağımı sığallayır, əllərimdən öpürdü. Yavaş-yavaş özümə gəlirdim. Deyəsən ürəyim getmişdi, yerə yıxılmışdım. Aslan dedi:
- Anar, narahat olma, həkim deyib ki, heç bir problem yoxdu. Bir günə özünə gələcəksən. Danış görək A ilə söhbət nə oldu?
Mən onlara baxıb dedim:
- Bilmirəm, mənə dedi ki, kitab yazmalısan. Sonuncu kitabı...
Abbas dedi:
- Sonuncu kitab? A mənə bu haqda demişdi. HOST-un kitabı. Demişdi ki, onu içimizdən ən təmizi yazmalıdır.
- Bəs niyə o özü yazmır? Ən təmiz o deyil ki?
- Bəlkə özü yazsa onun dərin düşüncələrini heç kəs başa düşməz. Ona görə yəqin istəyir ki, adi bir adam yazsın. Hər kəsin başa düşə biləcəyi dildə..
Mən soruşdum:
- Adi bir adam? Bəyəm o adi adam deyil?
Aslanla Abbas bir-birlərinə baxdı. Sonra Abbas dedi:
- Uşaq vaxtı onunla gizlənpaç oynayanda ən gec onu tapırdıq. Daha doğrusu tapmırdıq. Özü çıxırdı. Mən də bir gün gözümü yumanda kipriklərimin arasından baxdım görüm harada gizlənir ki, heç kəs onu tapa bilmir. Gördüm ki, uşaq otağındakı şkafın içinə girdi. Tez qaçıb şkafın qapısını açdım. Amma orada deyildi. Mən indiyə kimi bunu heç kimə danışmamışam. Heç onun özünə də deməmişəm. Sonra qışqırdım ki, A, çıx, səni tapa bilmirəm. Gördüm ki, şkafın qapısı açıldı və A oradan çıxdı...
Aysel bu sözü eşidib dedi:

[cavab]

pol sindirella1 21 May 2013 / 14:57
- Boş-boş danışmayın, elə şey ola bilməz.
Sonra əlini yelləyib otaqdan çıxdı.
Mən donub qalmışdım. Doqquzuncu mərtəbədən tullanmaq, otaqındakı qəribə işıq, uşaq vaxtı evlərində yanğın. Heç nə başa düşə bilmirdim . A kimdi? Hər şeydən bezmiş adi oğlan yoxsa...Yoxsa...


Kitab... Sonuncu kitab... Hava Od Su.. Hmmm.. Kitab.. Birləşdirmək..Yazmalıyam. Mənim missiyamdır. Mən kitabı yazmalıyam. İlk cümlə..İlk cümlə..

SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT

A ilə görüşdən sonra otağımdan bir dəqiqə də çıxmırdım. Əlimdə qələm kitab yazırdım. Saysız hesabsız statistikalar, mifologiyalar, tarix, gizli faktlar , A-nın dedikləri, bizə yazılan məktublar. Hər şeyi bir-bir incələyirdim. H.O.S.T. nədir? Məqsədi nədir? İdeologiya, yol , nəsihətlər və pozulmaz qaydalar. Həyat tərzi... Bu A-nın son əmri idi. Deyilənə görə mənimlə görüşdən sonra heç kəslə danışmayıb. Bircə Abbasa deyib ki, Anar indiyə qədər gördüyümüz işlərdən ən təhlükəlisini, ən çətinini görəcək. Ona şərait yaradın. Nə istəsə edin. Kitab tez bir zamanda hazır olmalıdır. Bütün varlığımla qələmə sarılmışdım. Saçım uzanırdı, üzümü saqqal basırdı, günlərlə çimmirdim. Otağımda kitablardan başqa heç nə yox idi. Ancaq yemək yeyəndə qələmdən ayrılırdım. Hərdən yeməyi də unudurdum. Yüz minlərlə insan mənim kitab yazmağımı gözləyirdi. Yüz minlərlə insan. Bilirsiniz bu nə deməkdir? 10 yox, 70 yox, min yox... Bu çox ağır yük idi. İnsanların haqsızlığından yazırdım. Onların səhv yolda olduqlarından. Haqqın tapdanıb, nahaqqın sevildiyindən. Yalanın həqiqətdən üstün olduğundan. Əslində həqiqət qeyri adi bir şey deyil. İnanılmaz gücə malik tilsimli cümlələr deyil ki, onları yalnız alimlər başa düşsün. Həqiqət o qədər sadədir ki, onu hər kəs anlaya bilər. Amma ona əməl etməyi hər kəs bacarmır. Hər kəs bilir ki, qanadı olan uça bilər. Amma ancaq quşlar həqiqətən bilir ki, uçmaq necə olur. Əsl həqiqət də ona əməl edəndə üzə çıxır. Yanğın qığılcımdan başlayır. Bu kitab da qığılcım olacaqdı. Hər sətrini, hər sözünü ölçüb biçəcəm. Hər səhifəsini gözdən keçirəcəm. Mənim kitabım. Bizim kitabımız. Sonuncu kitab. Hava od su torpağı birləşdirməli idim. Onları birləşdirməli idim. Otağımda artıq gəzmək mümkün deyildi. Hər yer səhifələrlə dolu idi. Aşağı düşməliyəm.. Aşağı.. Həyətə.. Mənə bir az torpağ lazımdır. Su var Od var.. Aşağı düşməliyəm...

Dəlilik ya Dahilik
Həyətə düşüb bir ovuc torpaq götürdüm, indi otağımda içinə su tökəcəkdim sonra da yandıracaqdım. Hava od su torpağı birləşdirmək... Bu mənə kömək edə bilərdi... Amma otağıma qalxanda nə isə dəyişmişdi. Deyəsən anam otağa girmişdi. Qapını bağlamaq yadımdan çıxıbmış.Yerdəki lazımlı səhifələr yox idi.
- Ana... Ana...
Anamın səsi mətbəxdən gəldi:
- Hə bala, indi gəlirəm.
Yerdəki səhifələr... Yüz faiz anam buranı dağıdıb töküb. Qapı açılanda əlində süpürgə mənim otağıma girmək istəyirdi..
Səsimi istəmədən qaldırdım.
-Ana, yerdəki vərəqlər hanı?
Anam əli ilə masanı göstərdi - Niyə ora qoymusan ki? Axı mən demişdim ki, mənim otağıma heç kəs girməsin.
Anam dedi:
- Ay bala nə olacaq ki? Gör nə gündədir otağın. Bir güzgüyə bax gör özün nə günə düşübsən!
- Sən hər şeyi zibil elədin. Qatdın səhifələri bir-birinə. İndi nə bilim hansı səhifə neçəncidir?
- Əşşi nə var ee orda.. De bunlar yerdə idi də.
- Əl vurma! Əl vurma, mənim kitabıma!.. Çıx.. Çıx bayıra! Tez elə.!!!!
- Oğul nə danışırsan. Mənim oğlumsan e, bu nə danışıqdır?
- Tez elə çıx bayıra. Onları birləşdirməliyəm.. Kitabım üçün..
- Allah sənə ağıl versin. Özünü gic yerinə qoymusan. Bir həftədir otaqdan çıxmırsan. Nə olub axır vaxtlar sənə?
Səsə atam gəldi.
- Yenə nə olub orada..?
Aha, bir dənə atam çatışmırdı... Amma nənəm də gəldi. Elə bil ki, səhərdən hamısı bunu gözləyirdilər ki, səsim çıxsın keçsinlər hücuma.
- Anar, ananın sözünə qulaq as. Sənə qadağan eləyirik birdə o adamlara qoşulmağı. Onlar səni gic eləyiblər. Gül kimi uşaq idin. Gör nə günə düşmüsən. Saqqalına bax, saçına bax.. Bu nə otaqdı..
Qışqırdım:
- Əl çəkin məndən!!!

[cavab]

pol sindirella1 21 May 2013 / 14:57
Atam dedi:
- Bağırma, ağlın deyəsən özünə gedib. Mən səninçün...
- Sən mənimçün heçnəsən. Siz hamınız heçnəsiniz. 100 illiy insanlar. 100 il sonra sizi heç kəs tanımayacaq. Heç kəs. Yazıqlar. Öz həyatınız yoxdu. Başqalarına da yaşamağa mane olursunuz.
Anam bağırdı:
- Sən nə danışırsan? Hansıza zibil səhifələrə görə valideynlərinə qarşı çıxırsan?
- Zibil səhifələr? Zibil səhifələr? Bu səhifələr bütün dünyanı dəyişçəcək.. Siz nə bilirsiniz ki? Yazıq insancıqlar!
Nənəm dedi:
- Qoduğ, kəs səsini.
- Nənə get serialına bax daa.
Nənə:
- Ədə mən səni..
Ata:
- Cavab qaytarma!!!
Ana:
- Südüm sənə haram olsun!!!
Nənə:
- Axmağ ....
Ata:
- Qudurmuş!
Ana:
- Nankor..
Artıq heç kəsi eşitmirdim. Bu evdə bir dəqiqə də qalan deyildim. Səhifələri ovuc-ovuc yığıb çantama doldururdum. Qaçmaq. Qaçmaq. Başqa yol yox idi. Qapının ağzını tutmuşdular.
- Səni heç yana buraxan deyilik.
Çantamdan yapışıb var gücümlə qapıya tərəf qaçdım. Onları itələyib otaqdan çıxdım. Episentrə.. Bütün yollar Episentrə gedir!!!
Gözətçilər əvvəl məni tanımadılar. Amma yaxınlaşan kimi içəri buraxdılar. Dəhlizdə Azadla rastlaşdım. Türkiyədən qayıtmışdı. Təzə xəbərləri vardı. Orada böyük bir cəmiyyət qurublar.. Məni sakit bir otağa apardı. Dedi ki, burada sənə heç kəs mane olan deyil, rahat işlə. İlk olaraq Hava od su torpağı birləşdirdim. Amma heç nə. Mənasız bir şey. Kibrit yaş torpağa dəyən kimi söndü.. Heç nə.. Burda nə isə başqa bir məna var idi. Kitabın yarısını yazmışdım, amma nə isə çatışmırdı.
Hava, od, su, torpaq... Episentrə gəlməyim yaxşı oldu. Bir neçə gün kağızların qarşısında düşündükdən sonra ağlıma əla bir fikir gəldi. Bu kitabı bitirməyə də kömək edərdi. HOST-un nə olduğunu bilmək üçün ona qıraqdan baxmalı idim. Necə? Axı Host-da hamı məni tanıyır. Hamı bilir ki, mən Anaram – HOST-un kitabını yazan. Ona görə qrimə ehtiyacım var idi. Tez qaçıb Azadı tapdım və ona fikrimi dedim. Azad razılaşdı. Biz Episentrdən çıxıb Azadgilə getdik. Evdə mənə atasının köhnə paltarlarını verdi. Sonra saçımı rənglədi. İndi mən tamam başqa adama oxşayırdım. Həm də çox əziyyət çəkmək lazım deyildi. Onsuz da üzdən məni o qədər də yaxşı tanımırdılar ki, əsas sözlərimlə onları şübhələndirməyim.

Təğyiri-Libas
İlk dəfə əynimdə Ulduzlu köynək olmadan şəhərə çıxmışdım. İndi camaat mənə heç baxmırdı. Onlar üçün adi adam idim. Heç kəsin baxışlarında qorxu görmürdüm. Onlar məndən qorxmurdular. Onlar məni sevmirdilər. Onların vecinə deyildi.. Yavaş-yavaş şəhərin daha çox A-nın tərəfdarları yığışan hissəsinə getdim. Parklardan birində bir neçə ulduzlu köynək görüb onlara yaxınlaşdım. Oğlanlar mənə tərs-tərs baxırdılar. Sakitcə salamlaşıb yanlarında oturdum. Onlardan biri məndən soruşdu:
- Nə lazımdı sənə?
Dedim:
- Heçç.. Siz HOST-dansız?
Oğlan dedi:
- Hə... Nədir ki?
- Mənə bir az danışa bilərsiz? Özümü son vaxtlar çox pis hiss edirəm. Hər şey maraqsızdı, heç nə etmək istəmirəm. Amma sizə baxanda elə bilirəm ki, həyatınızın mənası var. Nədir sizin həyatınızın mənası?
Oğlan dedi:
- Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda ki, niyə xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi. Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə səhifələrini cıra bilməzsən.

[cavab]

pol sindirella1 21 May 2013 / 14:59
- Yaxşı, bəs siz nə edirsiniz? Nə yazırsınız bu dəftərdə?
- Biz, A dediyi kimi sinifdə müəllim mühazirə yazdıranda öz dəftərimizin arxa səhifəsində nə istəyiriksə onu yazırıq. Müəllim deyəni yox. Ürəyimiz nə istəyirsə onu yazırıq. Kimsə şeir, kimsə sevdiyi futbol komandasının cədvəlini, kimsə sevgilisinə məktub... Başqa nə ağlına gəlirsə hamısı.. Düzdü bizə digərləri ikiçi, avara deyəcək. Amma dərsi öyrənmək lazım olanda biz hər zaman parta yoldaşımızdan onun dəftərini götürə bilərik. Öz dəftərimizdə isə doğma bir şey olacaq.
Hmm. Bu uşaqlar elə rahat danışırdılar ki, bir anlıq özümüzlə fəxr etməyə başladım. Biz insanlara nə isə öyrədə bilmişik.
- Bəs A kimdi?
Oğlan ətrafa baxıb sakitcə pıçıldadı:
- A sonuncu qəhrəmandır. Sonuncu seçilmiş, Sonuncu elçi.
Başıma elə bil qaynar su tökdülər. Bunlar nə danışırlar?
- Necə yəni? Siz nə danışırsınız? Kim deyib bunu sizə?
Uşaqlar dedi:
- Kimsə deməlidir ki? Özümüz görmürük bəyəm?
- Necə görürsüz?
Oğlan bir az da yaxınlaşıb dedi:
- Onun vəsiqəsi yoxdur. Onu çox az adam görüb. Gecələr biz yatırıq. Səhər oyananda onun artıq min səhifəlik planı olur. Gündüzlər üzə çıxmır.. 9 mərtəbədən aşağı tullanıb. Valideynləri naməlumdur.. Özü naməlumdur. Adı naməlumdur. Heç kəs onun qarşısını ala bilmir. Zibil yeşiyindən tapıblar. Deyilənə görə onu mələklər gətirib.
Mən dinləyirdim. Oğlan bir az fikirləşib davam etdi:
- Bilirsən, biz çox düşünürdük ki, niyə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman buradan çıxmalı idi. Axır anladıq ki, onun gəlməyi üçün buradan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. Nə şərqdir, nə qərb. Nə islam ölkəsidir, nə xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridə qalmış. Nə ənənəyə bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax, bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirən başqa heç nə yoxdur. Indi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Hə.. Bəs sonra? Sonra nə etmək lazımdır. İnkişaf eləmək? Bu ideologiya ola bilər? İnkişaf.. Demokratiya? Yoxsa nə? Nə istəyir azərbaycanlılar. Özləri bilir? Yox. Azərbaycan gah geriyə gah irəliyə gedir, gah yerində sayır. Gah İslama qayıdır. Gah efirdə soyunur. Gah deyir ki, türk dövlətidir, gah deyir ki dünyəvidir. Deyirlər ki, dahilər, qəhrəmanlar çiçək kimidir. Onların yaxşı yetişməsi üçün çoxlu peyin lazımdır. Azərbaycanda da peyin çoxdur. Ona görə də A yetişdi. Gəldi ki, bizi sonra dünyanı xilas etsin.
Deməli hamı A-nın qeyri-adi olduğunu düşünür. Yəqin bu doğrudan da belədir. Amma nə isə inandırıcı gəlmir. Mən tam inana bilmirdim. Məncə A sadəcə çox ağıllı və güclü bir şəxsiyyət idi. Mən bunu yazmalı idim. Kitabın sonunda A-nın sonuncu qəhrəman olduğunu yazacaqdım. Ona görə də Episentrə yollandım. Yol boyu dağıdılmış mağazalar, daşlanan fahişələri görürdüm. Xaos getdikcə daha da böyüyürdü. Və bu mənim xoşuma gəlirdi. Küləklər şəhərinə Qasırğa gəlmişdi.

ERMƏNİ
Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7 yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. Xocalının nə bir daxması nə bir ağacı. Heç nə .... Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz. Vətəndən didərgin. Atasının, anasının qanı yerdə.. Amma o heç nə edə bilmirdi. Ailəsindən bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana. Anası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız, yırtıcı ermənilər. Çingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdi ki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı oxumuşdu. Əsgərliyini çəkmiş və hərbçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı. Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs müharibəyə hazırlayırdı. Çingiz deyirdi:

[cavab]

pol sindirella1 21 May 2013 / 14:59
erməniləri vaxtında qırmalıydıq. Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclü olursan. Biz seçilmiş millətik. Dünyanı türklər idarə etməlidir. Bizim düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onlar məhv etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan, oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. Sonuncu erməniyə qədər hamısı ölməlidir.
Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır, insanları erməni köpəkləri ilə mübarizəyə çağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün Ermənistanı almaq idi. Çingiz deyirdi :
- Ermənistana bomba atıb hamısını qırmaq lazımdır. Uşaqları da, qadınları da.. Çünki hər bir uşaq gələcəkdə erməni ə-Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır. Biz bu sgəri olacaq. Hər bir qadın nə vaxtsa qaniçən ermənini doğacaq. Onların hamısı bizə nifrət eləyir. Siz üzdə adi erməniləri görüb deyə bilərsiniz ki, onlar günahkar deyil. Amma onlar içində sizə nifrət edir. Türk olduğunuz üçün sizə nifrət edir. Siz nə istəyirsiniz, sülh? Sülh?!! Hansı sülh? Qarabağ qayıdandan sonra sərhədlər açılsın? Ermənilər yenə Bakıya gəlsin? Hansısa erməni zibili bizim təmiz azərbaycanlı qızların yatağına girsin? Bunu istəyirsiniz? Bəs Namus, Qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq, nəsillərini kəsək ..
Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakültəsində oxuyurdu. Çingiz də fəxrlə geyindiyi hərbi formada hər gün Səbinəni həyətdə gözləyirdi. Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər. Qısa vaxtda bir-birlərinə öyrəşirlər. O vaxta Çingizin imkanı da yaxşılaşır. Özünə şəhərin mərkəzində mənzil alır. Bir gün Səbinəgilə elçi gedir. Qızın ailəsi də görür ki, oğlan hərbçidir, içmək yox, çəkmək yox, vətəninə bağlı, öz ayaqları üstündə dayanmış boylu-buxunlu cavan oğlan. Daha qarşı çıxmağın mənası olmazdı. Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz. Çingizlə Səbinə nişanlanırlar. Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanına qara geyimli bir neçə oğlan gəlir:
- Çingiz, səni iki günlük aparmalıyıq.
Çingiz donub qalır:
- Siz kimsiniz? Necə yəni aparmalısınız? Hara?
Onlardan biri deyir:
- Çingiz, bilirik ki, indi toya hazırlaşırsan. Amma səni bir nəfərlə görüşdürmək lazımdır. Toya görə narahat olma, biz bütün yükü öz üzərimizə götürürük. Səni bir nəfərlə görüşdürmək çox vacibdir.
- Kimlə? Harada?
- Çingiz ,Gürcüstana getməliyik. Anan səni gözləyir.
Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur. Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır. Əlləri əsməyə başlayır. Deməli onun anası sağdı. Deməli o da qaça bilib. Neçə il sonra. Neçə il sonra...Axır o anasına qovuşa biləcək. Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək. Çingiz anasının saçlarını sığallayıb gözlərindən öpəcək..
Səhəri gün onlar qatarla Gürcüstana yollandılar. Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür- hönkür ağlayırdı. Çingiz də ağlayırdı. Anasına sarılıb ağlayırdı. Anasının əlində Çingizdəki şəkilin o biri hissəsi – cırılmış hissəsi vardı. Bu Çingizin uşaqlığı idi. Çingiz indi başa düşmüşdü ki, bu şəkili anası onun ovucuna basmışdı ki, qaniçən ermənilərin hücumundan sonra bir-birilərini tapa bilsinlər. Çingizin içində hər şey qaynayırdı. Artıq o anasını evinə apara bilərdi. Axır anası yad gürcü ellərindən doğma Azərbaycanına gələ bilərdi. Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hönkürürdü. Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu. Amma... Çingiz bilmirdi... Çingiz bir şeyi bilmirdi.
Anası Çingizə nə isə deyirdi. Amma o bu dildən heç nə anlamırdı. Heç bilmirdi anası hansı dildə danışır. Birdən kimsə əlini onun çiyninə qoydu. Arxadan qara geyimli oğlan dilləndi.
- Çingiz , sənin anan ermənidir!!!
Zaman dayandı, əqrəblər donub qaldı, hər şey susdu. Əbədi sükutdan qulaqlar partlayacaqdı. Hər şey bir an içində məhv olmuşdu. Qara paltarlı oğlan davam etdi.
- Sənin atan da ermənidir. Sənin bütün nəslin erməni olub. Sən də ermənisən.
Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi. Lakin digər oğlanlar onu saxladı. Çingiz yaralı canavar kimi nərildəməyə başladı. Anası onu qucaqlamaq istədi. Amma Çingiz geri çəkildi. Başını qucaqlayıb yerə yıxıldı. O inana bilmirdi

[cavab]

pol sindirella1 21 May 2013 / 15:00
Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu:
- Çingiz , güclü ol! Biz sənin yaxşılığını istəyirik. İstəyirik ki, həqiqəti biləsən. Sənin ailən Xocalıdakı erməni ailələrindən idi. Müharibə vaxtı onlar hücum edəndə sizi də türk sanıb qovublar. Sən də yanında partlayan mərmidən yaddaşını itirmişdin. İndi də.. İndi də belə.. Sən artıq hər şeyi bilirsən.
Çingizin bütün həyatı, fikirləri, arzuları məhv olmuşdu. Anasını tapıb vətənini itirmişdi. Amma o zəif deyildi. O buna dözə bilərdi. Hərbçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi. Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı. Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı:
- Siz... Siz bunu sübut edə bilərsiniz?
Qara geyimlilərdən biri dedi:
- Biz itkin düşmüşlərin axtarışı ilə məşğuluq. Sənin bütün sənədlərin bizim ofisdədir. Doğum kağızı, uşaqlıq şəkillərin. Sənin adın da Çingiz deyil, Vardandır. O gün səni televiziyada müsahibə verəndə göstəriblər. Anan da təsadüfən buradan səni görüb. Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər. Sənin anan çox yaxşı qadındır. O səni neçə ildir ki gözləyir. Amma atan müharibə vaxtı ölüb.
- Bəs anam Azərbaycanca heç bilmir?
- Biz onunla danışmaq istəmişdik. Amma deyəsən çox az bilir.
Bu sözləri eşidəndə Çingizin anası pıçıldadı:
- Mən səni Sevir oğul. Oğul. Mənim. Doğma oğul. Sevgi.
Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı. O nə edəcəyini bilmirdi. Amma deyəsən arxadakı qara geyimlilər artıq hər şeyi ölçüb-biçmişdilər.
- Çingiz, artıq heç nəyi dəyişə bilməzsən. İstəyirsənsə ananı da götürüb Bakıya gəl. Heç kəs heçnə bilməyəcək. Biz Səbinəyə də heç nə demərik.
Bu sözləri eşidəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu. Bu dəfə o, sərt zərbə ilə ortadakını yerə yıxdı. Lakin digər ikisi, onun qollarını burub saxladılar. Çingiz tərpənə bilmirdi. Yerə yıxılmış qara geyimli isə davam etdi:
- Həə, Səbinə. Sənin sevgilin Səbinə. Deyəsən iki-üç günə toyunuz olacaq. Sən doğrudan da buna inanırsan? Səncə biz qoyarıq ki, namuslu azərbaycanlı qızı erməni ilə bir yastığa baş qoysun? Səncə qoyarıq ki, sənin murdar erməni anan Azərbaycan torpağına ayaq bassın? Səncə biz qoyarıq ki, sən özün, alçaq erməni, bizə nifrət edən erməni bizimlə bir yaşayasan? Sən bizə nifrət edirsən. Sən bütün türklərə nifrət edirsən. Sən bütün azərbaycanlılara nifrət edirsən. Sən Səbinəyə də nifrət edirsən.
Çingiz dizləri üstə çöküb ağladı.
-Mən Səbinəni sevirəm. Mən Azərbaycanı sevirəm. Mən anamı sevirəm. Mən sizi sevirəm.
Qara geyimli oğlan onun gözlərindən öpüb sakitcə pıçıldadı:
- Çingiz, erməni olmaq necə hissdi? Səncə nəsə dəyişdi? Sən Vardansan, yoxsa həmin Çingizsən? Biz səni buraxırıq, Səbinəyə də heç nə deməyəcəyik. Ananı da özünlə apara bilərsən. İndi hər şey sənin öz vicdanındadır. Səbinə əsl Azərbaycan oğluna layiqdir. Amma sən ermənisən. Onunla evlənməklə sən daha bir Azərbaycan qızının namusunu pozacaqsan. Sən pis insansan. Eşidirsən? SƏN PİS İNSANSAN!!!
Çingiz sakitcə dedi:
- Axı mən heç kəsə pislik etməmişəm. Axı mən pis insan deyiləm.
Qara geyimli cavab verdi:
- Sən ermənisən. Özün demirdin ki, bütün ermənilər pisdir?

Sonun Əvvəli

Azad Gürcüstanda Çingizlə qaldı. Arazla biz qatara minib Bakıya qayıtdıq. Vağzalda Aslan bizi qarşıladı. Amma rəngi tamam qaçmışdı. Elə bil ki, nə isə baş vermişdi. Bizə baxıb dedi:
- Uşaqlar, Abbası tutublar!
Qulaqlarıma inana bilmədim:
- Necə yəni tutublar? Kim tutub?
Aslan dedi:
- Siz Gürcüstana gedən gün Abbası tutdular. Polislər onu mağazanı yandıran yerdə apardı. Əslində adam çox idi. Amma başda Abbas durmuşdu. Onlar da onu seçə bilmişdilər. 2 gündür türmədədir. Sabah məhkəmədir. Hər şey sabah bilinəcək. Ya azadlıq, ya 10 illik həbs.
Araz dedi:
- Yaxşı gedəy Episentrə hamıya yayaq.
Aslan qışqırdı:
- Dəlisən? Necə hamıya yayaq? Hamıya desək kütlənin qarşısını almaq mümkün olmayacaq. Onlar məhkəməyə hücum edərlər. Özün bilirsən ki, Abbası nə qədər adam sevir. Onlar öz həyatlarından keçərlər ki, ona heç nə olmasın. Hücum edərlər.
Araz dedi:
- Hücum etsinlər də! Gör nə qədər tərəfdarımız var. Bu xəbər yayılsa sabaha məhkəmənin qarşısına bir milyon adam gələr. Xalqın təzyiqi ilə onu buraxarlar..
Aslan dedi:

[cavab]

pol sindirella1 21 May 2013 / 15:01
- Amma dövlət də var, yadından çıxarma. Onun ordusunun qarşısında bizim qara köynəklilər heç nədir. İstəyirsən ki, bizi məhv etsinlər? Həm də bəlkə Abbası buraxdılar. Onlar da ağılsız deyil. İstəməzlər ki, xalqın bu qədər inandığı insanı tutmaqla özlərinə olan etibarı itirsinlər. Gəlin gedək Episentrə orada özümüz müzakirə edək. Bəlkə vəkil tutaq? Gəlin. Tez. Oturun maşına. Görək A nə deyir?
Episentrə çatanda uzun dəhlizlə A-nın otağına yollanırdıq. Otağın qarşısında digər uşaqlar növbəyə düzülmüşdülər. Biz gözətçidən soruşduq ki, niyə bu uşaqlar buradadır. Dedi A seçilmiş uşaqları bir-bir yanına çağırıb. Onlarla nə isə danışır. Hansısa bir işi tapşırır. Otaqdan çıxanların hamısı halsız vəziyyətdə qırağa çəkilirdilər. Bəzilərinin ürəyi bulanırdı. Bəziləri huşunu itirirdi. Deməli mənim də huşumu itirməyim A ilə görüşə görə olmuşdu. Yəqin nə isə var idi. Natamam kitabımın vərəqləri az qala çantamdan töküləcəkdi. Birdən arxadan kimsə onları tutub saxladı. Mən dönəndə Ayseli gördüm. O mənə baxıb dedi:
- Ehtiyatlı ol.
Mən də ona baxıb nə deyəcəyimi bilmədim. Son həftələr onu demək olar ki, görmürdüm. İndi isə biz üz- üzə gəlmişdik.
- Hə, çox saq ol. Az qala tökülmüşdü...
Aysel mənə yenə tərs-tərs baxıb dedi:
-Hə, yəqin çox məşğulsan. Çantan yadından çıxıb.
- Hə çantam lap yadımdan çıxmışdı.
- Təki yaddan çıxan ancaq çanta olsun.
Sonra getdi. Istədim onun yanına gedim, Araz məni çağırdı.
- Anar, Anar, bura gəl! A özü camaata deyib ki, sabah məhkəmə olacaq. Və o özü gedib Abbası çıxaracaq! Eşidirsən? A özü ora gedəcək.
Aslan dedi:
- Yox olmaz. Təsəvvür edirsən bu nə deməkdi? A-nı görmək üçün hamı məhkəmədə olacaq. Bütün tv-kanallar çəkəcək. Bütün dünyanın gözləri bizdə olacaq. Bu hadisə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.
Mən bütün varlığımla söhbətə qoşulmaq istəyirdim. Amma fikri Ayselin yanında idi. Dözə bilməyib Ayselin arxasınca qaçdım. Dəhlizin sonunda ona çatıb əlindən tutdum. Sonra üzünü çevirib dodaqlarından öpdüm. Amma gözlənilmədən sifətimə yağlı bir şillə dəydi. Bu şillə məni yuxudan oyatdı. Aysel dəyişmişdi. O həmişəki Aysel deyildi. Mən onun əlindən dartıb sağdakı boş otağa saldım. Sonra özüm də girib qapını örtdüm:
- Bu nə deməkdi? Mənə əl qaldırırsan? Gic olmusan?
- Mən gic olmuşam? Cırığ-cındır paltarda bir aydı oyan buyana dolaşırsan. Əlində qara-qura səhifələr, bığ saqqal. Bir gün Gürcüstana hücum edirsiz, bir gün dükan yandırırsız... Mən gic olmuşam?
- Kim Gürcüstana hücum edir? Sən nə danışırsan? Aysel, canım bağışla, əgər xətrinə dəymişəmsə. Amma özün görürsən hansı vəziyyətdəyik.
- Görürəm Anar, görürəm. Sən artıq məni sevmirsən.
- Boş-boş danışma, səni hamıdan çox sevirəm. Sadəcə...
- Sadəcə vaxtın yoxdu hə? Vaxtın yoxdu. Amma hansısa Çingizə vaxt tapırsan, hansısa qızın üzünü yandırmağa vaxtın var. Axı niyə belə oldu? Nəyə lazımdı bunlar?
- Aysel, özün bilirsən ki, nəyə lazımdır. Azad cəmiyyət. Bərabərlik, Ədalət, Azadlıq. Hər kəsin xoşbəxt olacağı bir sistem.
- Var idi də. Əvvəl elə idi də. İndi görmürsən nə baş verib. Balaca otaqlarda səmimi hisslərini etiraf edən zəif oğlanlar indi manyaklara çeriliblər. Dünən “evdə atam məni döyür” deyən qızlar bu gün avtomobilləri yandırır, dükanları dağıdırlar. Budur azad cəmiyyət? Sabah polis hamınızı basacaq dama. Səni də, o birini də, Aslanı da, Abbası da, A-nı da..
- Suss!.. Bilmədiyin şeyi danışma.. A-nı içəri sala bilməzlər. A-ya heç nə edə bilməzlər.
- Niyə? Sən də o nağıllara inanırsan? Sən də elə bilirsən ki, A peyğəmbərdi?
- Bilmirəm. Bilmirəm. İndi Abbası çıxarmaq haqda düşünməliyik. Gəl bu haqda başqa vaxt danışaq.
- Başqa vaxt olmayacaq mən gedirəm!!!..
- ........ Nə ? ..... ııı... Hara gedirsən?
- Gedirəm.. Birdəfəlik bu yerlərdən gedirəm..
- Canım, hara gedirsən? Yaxşı da. Lazım deyil. Axı lap az qalıb. Bir azdan...
- Anar bəsdi. Bəsdi...Yoruldum..
- Axı mən səni sevirəm.

[cavab]

pol sindirella1 21 May 2013 / 15:01
- Mən də səni sevirəm. Amma yorulmuşam. Bu A-dan, HOST-dan, qara köynəklərdən. Yorulmuşam. Başa düşürsən? Yorulmuşam..
- Nə lazımdır ki sənə?
- Mənə sən lazımsan başqa heç nə. Yadındadır məni qaçıranda meşədə nə deyirdin? Deyirdin ki, məndən başqa sənə heç nə lazım deyil. Bəs indi nə olub? Niyə ikimiz gedib balaca bir daxmada xoşbəxt ola bilmərik? Hə? Niyə nağıllardakı kimi balaca bir evdə yaşayıb bir yerdə qocala bilmərik?
- Aysel, necə xoşbəxt olaq? ”Xoşbəxtlik təkcə gözəl pəncərədən yox, həm də mənzərədən asılıdır” - yadından çıxıb?
- Ehh. Boş cümlələr. Boş cümlələr.
- Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır. Mən yazan kitabda da adi cümlələrdi. Amma onlara əməl olunsa dünyanı dəyişmək olar. Niyə başa düşmək istəmirsən?
- Nəyi? Nəyi?
- Onu ki, sabah biz bir ev alıb yaşasaq da biri gün uşaqlarımızı istədiyimiz kimi tərbiyə edə bilməyəcəyik. Qonşularımız istədiyimiz kimi olmayacaq. Bazardakı satıcının üzündən zəhrimar yağacaq. Televizora baxa bilməyəcəyik. Pozğun cəmiyyətdə xoşbəxt olmaq suyun içində quru olmaq kimi bir şeydir.
- Anar, sən düz deyirsən. Dediyin hər şey doğrudur. Amma bu mümkün deyil. Bu arzulardı. Bu boş ümidlərdir. Dünya dəyişən deyil. Mən gedirəm. Seçimini et .Ya mən ya HOST.
Bir dəqiqəlik sükutdan sonra dedim:
- HOST...

Aysel qapını örtüb otaqdan çıxdı. Mənim gözlərim yerə zillənmişdi. Heç nə düşünə bilmirdim. Beynim partlayırdı. Bir tərəfdən A, bir tərəfdən Abbasın məhkəməsi, bir tərəfdən bitirməyə hazırlaşdığım kitab, bir tərəfdən HOST, bir tərəfdən Aysel. Hər şey bir-birinə qarışmışdı. Əvvəl elə bilirdim ki, A da mənim kimi bir oğlandır. Amma indi onun insan olmasına da şübhə edirəm. Nə baş verir? Bu xaos nə zaman bitəcək? Qulağımda eyni sual dəfələrlə təkrarlanırdı. ”Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? ” Bu sualların sonu yox idi. Aysel dözə bilmədi. Aysel bacarmadı. O məni yarı yolda atdı. Mən də ona həyat yoldaşı deyirdim. Məni yarı yolda atan yoldaş.

Prokuror
- Siz və sizin təsirinizə düşən cavanlar dünən şəhərin mərkəzində mağazanı yandıran yerdə polis tərəfindən yaxalanmısınız. Bütün dəlillər toplanıb, bütün şahidlər məhkəmə zalındadır. Abbas, siz buna nə deyə bilərsiniz?
Abbas:
- Hər şey göründüyü kimi sadə deyil.
Prokuror:
- Abbas, mən sizi başa düşmürəm. Nə demək istəyirsiniz?
Abbas:
- Mən heç nə demək istəmirəm. Məni siz bura gətirmisiniz. Deməli siz nə isə demək istəyirsiniz.
Prokuror:
- Cənab Hakim, bu adam cinayətkardır. O ətrafına cəmiyyətin ən aşağı üzvlərini toplayıb qruplaşmalar yaradır. Bizdə olan məlumatlara görə bu qruplaşmalar şəhərdə yanğınlar törədib, insanlara hədə-qorxu gəlir, dələduzluq edirlər.

Mən Azadla məhkəmə zalında oturmuşdum. Hakimin və prokurorun qorxduqlarını gözündən oxumaq olurdu. Onlar Abbası tutmaq istəyirdilər. Amma qorxurdular. Çünki həmin hakimin də oğlu HOST-dan idi. Həmin prokurorun qardaşı uşaqları da HOST-dan idi. Bütün şəhər bizim tərəfimizdə idi. Xalq bizim tərəfdə idi. Ona görə Abbas da çox rahat idi. İçəridə azı 7 video kamera vardı. Onların 3-ü Azərbaycan kanalları idi, digərləri xarici kanallar. Məhkəmə birbaşa yayımlanırdı. Bilmirəm bunu kim təşkil etmişdi, amma hər kim etmişdisə gərək ki, böyük qüvvəsi var idi. Hər dükan yandıranın məhkəməsini canlı yayımda göstərmirlər. Binanın ətrafına toplaşan camaat hər an məhkəməyə hücum etməyə hazır idi. Mən Azada baxdım. O da çox rahat oturmuşdu. Mən tam başa düşə bilmirdim. Elə bil ki, nə isə başqa bir şey var idi. Gah hakim nə isə deyir, gah şahidlər danışırdı. Bütün bunlar yuxu kimi gəlirdi. Gör həyat məni haradan haraya gətirdi. Aysel yoxdu, kitab hazır deyil, Abbas...
Prokuror son sözünü dedi:
- Bu cinayətdir.
İndi Abbas son sözünü deməli idi.

[cavab]

← 1 ... 7 8 [9] 10 11 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1966 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az