QARAQAN (ROMAN)
sindirella1
20 May 2013 / 17:48
Bizim üçün zaman donub.
Biz günahlarınızın cəzasıyıq.
Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.
Sizi insanlar adlandırırdıq.
Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.
Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər. İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük. Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı:
Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa MTN agentləri? Kütləvi zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır?
Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin namusu oyandı”, “ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik. Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır. “A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, “A” Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu. Adil dedi :
- Anar bircə həftə gözlə özün görəcəksən.
Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi.
[cavab]
sindirella1
20 May 2013 / 17:48
MƏKTUB
Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar.
MƏKTUB
Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram? Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm. Başqa yol tapmalıyam. Məni bağışla...
Bir həftə sonra Adil hamını zala yığıb dedi:
- Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun qəzetlərə baxa bilərsiziniz.
Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq.
“Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”.
“Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”.
Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim:
- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir?
Adil əlini əlinə vurub gülməyə başladı:
- Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar. Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var.
Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır.
Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşqul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə canavarı xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma bir canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər.
[cavab]
sindirella1
20 May 2013 / 17:49
Hərəsi canavara bir təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq öz canının sağlığını güdür. Ona görə də canavar bir sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü tələbəni parçalayırdı. Amma biz onlara maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət alır, dərs keçmir, təhqir edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək üçün cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə min cür bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi qorxmasıdır. Çünki müəllimlər onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs buna cürət etmir. Amma biz bir universitetdə olan problemlərin həllində başqa bir universitetin tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət Universitetinin tələbələri İqtisad universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq göstərirdilər. Belə olanda İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç oxumurdular. Onları heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da universiteti bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim üstünlüyümüz onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki həmin məktəbdə. Ona görə də bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə paylayıb istənilən axmaq müəllimin dərsini pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi qorxduqları rüşvətxor, qiymət kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli oğlan açıb həmin kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa bir müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları, hörümçəklər çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın. Sinfi elə iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz etdikdə isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən müəllimin otağında edin. Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası, vazanın içi. Onsuz da iyin haradan gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin insanın bütün həftəsini ağrılarla keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı. Mən də bu siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki , tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin bunlar xüsusi olaraq elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca alışqanın qığılcımı fənərin içindəki boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək lazım deyildi. Ən müsbət cəhət o idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə tələbə yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər tutsaydı heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ idi. Heç kəsin ağlına gələ bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də, firmaları da fərqli idi. Xüsusi instruksiya isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi. Bircə toxunuş. Və iki fərqli əşya. Bu tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda, dalını burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır.
[cavab]
sindirella1
20 May 2013 / 17:49
Bu çox kiçik bir yara onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb ətrafına baxır. Bunu kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq baldırından dəyir. Qız bu dəfə aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu dəfə barmağı ilə yoldan keçən “mavi”ni göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar da olur. O oğlanlar ki bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz onları “Ə” adlandırırıq. “Ə” yox, “ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar fahişələrdir. Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı yoxdur. Onlar çox vaxt məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç birinin səsi çıxmaz, bir yerdə onlar bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər. Ona görə özlərindən varlılara söz atır, özərindən ağıllıları təhqir edir, bütün qızların dalınca düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt şəhərdə gəzənlərin əsəbləri pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı.
Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur.
- Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız?
Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır:
- Ala , sən kimsən ki, o qızlara atviçatsan?
Bizim uşaq səsini qaldırmadan cavab verir.
- Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə. Niyə söz atırsınız ki?
Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır:
- Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax.
Onda bizim uşaq qırağa çəkilib deyir:
- Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər.
Bu sözdən çaqqallar qaqqıldamağa başlayır.
- Buna bax ee , bacılarıma deyərəm. He he he.
Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə başlayır. Hə yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman zallarına gedib qızları HOST-a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var. Onlara “mələklər” deyirik. Axşam çaqqallar evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır. Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa soyuq silahlar da olur. Həmin axşam çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz. Çünki qıza döyülmək ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər bərkiyir. Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha gedirik. Orada günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri aradan qaldırdıq. Ertəsi gün isə xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox xoşumuza gəlir.
Məktub
Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan çıxarmağın yolunu tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə.
Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır.
Sən onları sevirsən, sən onların təsirindəsən.
Sən onlardan qoruxursan, onlar səni sevir.
Onlar səni sevirsə deməli səni məhv ediblər.
[cavab]
sindirella1
20 May 2013 / 17:50
Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.
Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu:
- Atacan, bura haradır? Biz haradayıq?
- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?
- Atacan, xəbərim yoxdur.
Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.
- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?
Kazım dayının gözləri bərəldi.
- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm!
- Hmm. Sən burdan çıxmayacaqsan.
- Nə?
- Səni oğlun öldürəcək.
Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu.
Qoşqar dedi:
- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?
Qara geyimli otaqda gəzişə-gəzişə dedi:
- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.
Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:
- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.
Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi:
- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.
Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi.
BİRİNCİ GÜN
- Qoşqar sən narkomansan?
- Yox ata nə danışırsan? Əlbətdə ki, yox.
- Bəs bu nə deyir?
- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub?
- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy
- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın.
- Burdan çıxmağın yolunu tapmalıyıq.
[cavab]
sindirella1
20 May 2013 / 17:50
- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə
çıxart bizi.
-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm.
- Mən də. hğğrrmmm
- Ehtiyatlı ol tətiklə.
İKİNCİ GÜN
Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan?
Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz.
- İtin balası, narkomansan?
-Yox.
- Gədə, mənə yalan danışma.
-Yox.
Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi.
- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan.
- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da.
- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin?
-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla.
- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam.
ÜÇÜNCÜ GÜN
Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu.
- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.
Kazım dayı bağırdı.
- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.
-Yaxşı, oldu söz vermişəmsə buraxacam.
Bu sözü deyib qarageyimli otağı tərk etdi.
Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə..
“Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat qalıb”
- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?
- Mən sənin atanam.
- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul)
- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.
- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)
- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum.
....“PART”.......
Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü.
[cavab]
sindirella1
20 May 2013 / 17:51
bilmədiklərin sənə yaddır.
Sən öyrəşdiklərindən iki əlli yapışırsan.
Sən anasına sarılmış uşaq kimisən.
Böyüməkdən qorxursan.
Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə sonuncu məktubumu yazdım.
Məktub
Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə soruşsa “hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin villandan iti qovan kimi qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol.
BAZAR GÜNÜ
Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü.
- Alo?
- Alo, Rasimə xanımdı danışan?
- Bəli, siz kimsiniz ki?
- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam.
- Siz kimsiniz ki?
- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir.
- Bəli, Tofiq müəllim, buyurun.
- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə.
- İkinci ev?
- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm.
- Siz haradasınız ki?
- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab xanımı kimsə aldatsın.
- Hmm..Yaxşı, indicə gəlirəm.
- Gözləyirəm.
Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı göstərib dedim:
- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz.
Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd idilər. Rasimə xanım, onlara baxıb dedi:
- Bıyy. Siz indi burada işləyirsiniz?
Onlar baş əyib gülümsədilər :
- Bəli Rasimə xanım, bəli.
- Necəsiniz, iş necə qane edir?
- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır.
Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu:
- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən?
Aysel artıq rola girmişdi. O heç ayağa qalxmadan tərs-təsr baxıb dedi :
- Mən kiməm? Əvvəlcə de görüm sən kimsən?
Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu.
- Yaxşı sən kimsən?
- Mən Ayseləm.
- Sən mənim ərimlə tanışsan?
Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi.
- Mən sənin ərinin sevgilisiyəm.
[cavab]
sindirella1
20 May 2013 / 17:51
- Sən bilirdin ki,onun arvadı var?
- Hə.
- O buranı səninçün tikdirib?
- Hə.
- Nə utanmaz qızsan... Fahişə. Fahişə..
- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz.
Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu:
- Alçaq, məni aldadıb. Alçaq.
- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa düşmürsüz? O məni sevir.
- İt qızı it. Səni bilirsən nə edərəm?
Aysel vaxtın çatdığını görüb dedi:
- Gözətçilər, qovun bunu burdan iti qovan kimi.
Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi:
- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt qızı it. Rədd ol burdan. İtil gözümdən.
Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi:
- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez!
Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan ağlayırdı.
Onlar çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb yavaş-yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir də səni gözüm görməsin”.
Aysel də ürəyində dedi “inşallah”.
Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini qucaqlayıb ağlayırdı.
...
Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun mavi gözləri mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda idi. Biz əl-ələ sahilin kənarı ilə gəzirdik. Belə yerdə sözlərdən istifadə etmədən də hər şey aydın olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir az sərin torpağın üzərinə yıxılıb öpüşməyə başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... Sevgi ağlımı başımdan almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. Mən onu xilas etmişdim. Mən onu sevirdim.
Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir harmoniya və rahatlıq var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq. Tənha soyuq gecələrdən, göz yaşı ilə dolu məktubları yadıma salıb onu daha da bərk, daha da bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində itmişdi. O da mənim ağır çiyinlərimin altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs ayıra bilməzdi. Gün batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da sözə baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı qayalara çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən razılıq vardı içimdə. İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi. Mən bunu sevəndə anlayırdım.
Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim.
Aysel sükütu pozub dedi:
- Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur.
Onu yavaşca dişlədim.
- Ayy. Neyləyirsən, dəli, incidir axı.
- Görürsən, yuxu deyil deməli.
- Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq?
- Nə olmalıdır ki?
- Biz hara gedəcəyik? Maşında qalacağıq?
- Heh, maşında niyə qalırıq? Gedirik qərargaha.
- Ora haradır?
- Gedəndə görəcəksən. Qısaca belə deyim “YENİ DÜNYA”.
[cavab]
sindirella1
20 May 2013 / 17:52
Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- “ bütün x-lər y - ə bərabərdir”
Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir.
Kart oyunundan A tuzu bildirir.
Siyasətdə A anarxizmin işarəsidir.
Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar sönmüşdü. Ayselə başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa bilirlər. Oğlanın səsində həyəcan hiss olunurdu:
- Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara bilmirdim. Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox qəşəng idi. Mən də kasıb oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O da az maz maaşla yeməyimizi güclə təmin edirdi. Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi gün ad günüdür. Nə isə alıb axır ki ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə dəstə gül olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa bilmirdim. Yolda bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb söyməyə başladı. Mən də maşının sağına baxdım ki, görüm nə olub. Heçç. Boş bir şey bir az palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı ki, elə bil dünya dağılıb. Sonra mənə baxıb dedi :
- Qaqaş burda bilmirsən harada moyka var?
Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal tərəfə gedəsən. O da saatına baxıb dedi:
- Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb silsin də burda nə var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki.
O gülümsədi:
- Yoox, mən durum maşın silim? Dəli olmusan? Ayıbdı.
Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10 dəqiqən var. Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində oturub açığ pəncərədən tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir. Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı 18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –a ..Cavanlıqdı daa.
Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki:
- Pul lazım deyil.
Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu götürdüm. Tez cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə gedirdim. Universitetdə dərslər 5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə həyətə düşdüm. Orada da yox idi. Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu harda gördüm . Həmin oğlanın maşınına minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi tanımırdım o vaxtlar. Özümü öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa cındırın əlində oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər. Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki, yəqin səhv düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt olacaq. Heh... Amma o heç mənim adımı da bilmir... Hmm. Başqa heç nə danışmaq istəmirəm. Bağışlayın. Özümü pis hiss eləyirəm.
Qaranlıqda kimsə qışqırdı. “O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi. “İstəyirsən mən sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - “Qardaş sən tək deyilsən, özünü öldürməyi ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. İşıqlar yananda Ayseli Aynurla tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini görürdüm. Ona bütün bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan artıq 5 ay keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim. Belə başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür.
[cavab]
sindirella1
20 May 2013 / 17:52
Yəqin istəmir ki, onu üzdən çox adam tanısın. Bəlkə elə bu dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli kameralardan bizi izləyir? Hər halda o çox ağıllı idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya bilmişdi. Bütün şəhər ondan danışırdı.
Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez Qərargahda qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı. Uşaqlarımızın öz mahnıları, öz rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının mədəniyyət aləmində vacib simalardan birinə çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və incəsənət idi. Biz bir pislik edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər baş vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda bütün şəhər qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq işarəsi var idi. Bu mübarizənin və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi. Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi.
Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam göz yaşlarını silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki doğrudan da anamı sevə bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi yox, həm də tarixin bir hissəsi kimi baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. Əgər bir dəfə atam mənim yanımda ağlayıb desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o deyirdi ki, bala ağlını başına yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara gedirsən? Bəlkə narkomansan? Bəlkə cinayətkarsan?
Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas üzvlərindən biri idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan qaçırmağımız haqda hekayələr yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox, bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 qərargah. Pullar haradan gəlirdi? Düzü heç bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. HOST-a daxil olanlar hər ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə yaxın pul gəlirdi. Həm də disk satışları, jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq deyil. Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq. Özlərini də çırpışdırırdıq. Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik ki, hə bu səhvdi. Amma yenə də bildiyimizi edirdik. Müəyyən bir hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri qəşəng qızlar donlarını çıxaranda məlum olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. Sonradan bu adamlara məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları alandan sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də deyirdik ki, hə əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər bunları içi boş qadınlar taxıb özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə bilərdi. Soyuq gündə ata daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa su tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib dadlı şirin portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə portağalla tanış olardı. Amma indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil. Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma ədalətin özü də ədalətli deyil.
Aysel Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap edirdilər. Bu jurnalda daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun burunu əməliyyatla kəsdirmək yox, uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi. Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım deyildi. Sadəcə hərdən öz eviniz təmiz olandan sonra qonşuya da otağlarını təmizləməkdə xalçalarını yumaqda kömək etmək kifayət edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs olmayacaq. Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq əminəm ki, biz dünyanı dəyişə bilərik.
Abbas da elə bunu deyirdi.
[cavab]
Bölmeye qayıt
0.2507 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az