QARAQAN (ROMAN)
El@
20 May 2013 / 02:28
sindirella1, elleriniz saqliq twklr saba gozleyecem
[cavab]
sindirella1
20 May 2013 / 02:29
deymez
[cavab]
El@
20 May 2013 / 17:37
sindirella1,ardini gozleyiremm aaa
red. El@ (20.05 /17:37)
[cavab]
sindirella1
20 May 2013 / 17:44
Amma indi hər şey yaxşıdır. Yəqin başa düşdün ki türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə yazıram, Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox darıxıram. Haralardasan? Necəsən? Səni çox sevirəm, ayrıldığımız gündən bir gecə də olmayıb ki, səni yuxuda görməyim. Görüşdüyümüz gündən əvvəl də bir gecə olmayıb ki, səni yuxuda görməyim. Sən həmişə mənim yanımda olmusan. Səni həmişə sevmişəm. Səni tanımayanda da səni sevirdim. Başa düşürsən biz bir-birimizin yarıyıq. Adəmlə Həvva kimi. Biz bir-birimiz üçün yaranmışıq. Mən sənin üçün, sən də mənim üçün. Sənsiz bacarmıram. Bilmirəm səhərdən niyə başqa şey yazırdım. Bəlkə utanıram, bəlkə qorxuram. Sən doğrudan ordan qaça bilməzsən? Bağışla məni, biz gərək sərhədi keçməyəydik. Nə isə başqa yol tapmalı idim. Bağışla, indi səni qızıl qəfəsdə saxlayırlar. Bu mənim günahımdır. Canım, həyatım, bir az səbrli ol. Mən səni xilas edəcəm. Hər şey yaxşı olacaq. Məktubunu gözləyirəm. Hər zaman sənin və yalnız sənin Anarın..
Sevgilərlə..
Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.
Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm? Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların kobud oğlanlardan xoşu gəlir. Çox təəssüf ki, bu doğrudan da belə idi.
Qasım əyilib əlini yuyanda birdən yanına nə isə batdı. Ani ağrıdan sonra Qasımın ayaqları əsməyə başladı, müvazinətini itirib düz unitazın qabağına yıxıldı. Onun qarşısında qara geyimdə qara kapüşonlu kiçik bir uşaq durmuşdu. Əlində də iynə var idi. Qasım ayağa qalxıb uşağın belini sındırmaq istəyirdi, amma bütün bədəni keyimişdi.
O əlini belə qaldıra bilmirdi. Onda Qasım uşağı söyüb qorxutmaq istədi. Amma dilini də tərpədə bilmədi. Uşaq onun yanında əyilib dedi:
- Ehh, Qasım Qasım... Nə pis zibilə düşdün hə? Bir azdan bütün məktəb biləcək ki, səni 11 yaşlı uşaq it kimi çırpıb. Vay-vay-vay, biabırçılıq olar ki. Görəsən qızlar sənə necə baxar? Ya sinifdə nə deyərlər? Bəs atan? Bəs məşqçin? Bax Qasım, mən çox ciddi adamam. Mənim boş-boş danışmaqdan xoşum gəlmir ona görə deyirəm. Bir də sənin kiməsə əl qaldırdığından xəbərim olsa çox pis olacaq. Bir özünə bax, sən insan deyilsən e, eşşəksən, eşşək. Belə bir söz var ee deyirlər ki, eşşək sözündəki “ş” ların sayı həmin adamın eşşəkliyindən asıllıdır. Sən də çox eşşşşşək adamsan. Elə bilirsən ki, güclə hər şeyi həll edə bilərsən. Bax, mən səndən 5 yaş balacayam. Amma sən unitazdan da dura bilmirsən. Yəqin maraqlıdır da bu necə olur? Mənim bir dənə kimyaçı dostum var. O da sənin kimi eşşəklərə qarşı maraqlı bir dərman fikirləşib. Onun bircə qramı dəridən keçən kimi bütün bədən 10 dəqiqəlik keyiyir. Sən artıq 3 dəqiqədir keyimisən. Bir azdan sənin immun sistemin zəhəri bədəndən çıxarmağa başlayacaq. Amma o vaxt mən artıq burda olmayacağam. Yeri gəlmişkən dərmanı iynə ilə batırmaq məcburi deyil. Onu yeməyə də tökmək olar. Bir azdan biz onu balonlara yerləşdirəcəyik. Və bircə dəfə fısqırtmaqla nəfəsinə keçib səni bu vəziyyətə salacaq. Görürsən, mən səndən də pis oğlanam. Ən maraqlısı bilirsən nədir? İndi qapının ağzında bütün dostların sənin çıxmağını gözləyir. Amma səndən qorxduqlarına görə bura girə bilmirlər. Bəlkə sən onları bu qədər döyməsəydin, biri girib səni xilas edə bilərdi. Ehh, Qasım. Ağlını başına yığ. Kapüşonun altından üzümü seçməyə də çalışma, onsuz da altdan maska da var. Əgər güclüsənsə gedib qoca nənələrə bazarlıqda kömək elə. Ya da ağac ək. Nə bilim, bir xeyirli iş gör.
[cavab]
sindirella1
20 May 2013 / 17:45
Başqalarına öz gücünü göstərmə. Sən hər gün kimisə döyürsən. Bu gün isə özün döyüləcəksən. Yox, mən səni döymək istəmirəm. Hmm. Qasım, “küçələrə su səpmişəm” mahnısını eşitmisən?
Qasım donub qalmışdı. Onun səsi də çıxmırdı. Həyatında ən çox güvəndiyi əzələləri onu dar gündə atmışdı. Qasım tək qalmışdı. Qasım ilk dəfə idi ki, gücsüzlüklə üzləşirdi. Qara geyimli uşaq dedi:
- Ehhh. Deyəsən eşitməmisən. Nə isə. Yəqin bilirsən də tualetə niyə gəlirlər. Zəhmət olmasa unitazın üstündən çəkil.
Qasım donub qalmışdı.
-Qasım, eşitmirsən işim var, unitazın üstündən çəkil. Mmmmmm
Qasımın gözləri bərəlmişdi. O qədər gərgin idi ki, ürəyinin döyüntüsünü də eşitmək olurdu. Qasım tərpənə bilmirdi. Var gücü ilə hərəkətə gəlmək istəyirdi . Amma tərpənə bilmirdi.
- Qasım, dözə bimirəm, tökülürrr, hmmm. Qasım... Bax çəkilmirsənsə mənlik deyil. Mən işəyirəm.
Bu an Qasımın bütün 18 illik həyatı gözünün qabağından keçirdi. Qasım həyətin şefidir, Qasım məktəbdə hamını döyür. Bütün əzişdirdiyi sifətlər, bütün qazandığı medallar, bütün zərbələri, bütün məşqləri, biləyi ilə sındırdığı taxtalar. Hamısı. Hər şey. Bütün kişiliyi, mənliyi, qeyrəti, qüruru. Hər şeyi məhv olmuşdu... Qasım unitaz idi... Sidik onun sinəsinə tökülür, arada üzünə sıçrayır, çənəsindən süzülürdü. O sidiyin iyini alır, istisini hiss edirdi. 15-cə saniyə Qasım üçün əbədi uzanmışdı. Bədənində hərəkətli olan bircə gözləri idi. Bir də onlardan axan yaşlar.
Uşaq işini bitirəndən sonra Qasıma diqqətlə baxıb başını yellədi.
- Eh Qasım, Qasım... İndi görürsən gücsüzlük nə pis şeydi. Mən day gedim. Başqa işlərim də var. Amma sözüm sözdür. Bir də görsəm ki, kiməsə əl qaldırmısan, biz eyni prosesi təkrar edəcəyik. Gələn dəfə lap istəsən video ilə. Məncə bütün məktəbə maraqı olar. Yaxşı Qasım, sənin hələ 3 dəqiqən də var. Bir az da fikirləşə bilərsən. Mən getdim.
Qara kapüşonlu uşaq qapını açıb ayaq yolundan çıxdı. Onun dediyi kimi bütün sinif qapının ağzında gözləyirdi. Amma Qasım çıxmamış onlar içəri girməyəcəkdilər. Onlar Qasımın qanunlarını poza bilməzdilər. Onlar bilmirdilər ki, bir azdan Qasım ağlaya-ağlaya çıxıb evə gedəcək. Səhəri günsə sinfin ən sakit uşağına çevriləcək. Qasımın birdən-birə müsbət tərəfə necə dəyişdiyi onlar üçün həmişə sirr olaraq qalacaq.
Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.
BALU və SUTA
Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
- Üç.
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş.
- Yox, üç.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
[cavab]
sindirella1
20 May 2013 / 17:45
Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o qədər maraqlı şey olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi, ideologiyamızı kiçik kağızlarda gənclərə paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə, universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər çoxdan belə bir şeyin baş verməsini gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir hissədə əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi. Birinci iş olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı idi. İnsanlar çox vaxt bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları bıçaqlayacaq. Hər birimiz Qara kapüşon geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu Satanistlərin Pentaqrammından fərqli olaraq onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və pisliklərə qarşı olduğumuzu bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək idi. Bu əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin ortasında sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı adamların toyuna gedib ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə buraxırdı. Kimsə saçını qırmızı rəngə boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər. Bəziləri bizi dolayırdı. Bizim onlara sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş insanlara məxsus xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar. Amma biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz hörmətimiz yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə baxmadı. Hər dəfə nahar etdiyim kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə qoymadılar. Onda mən cibimdən 100 dollarlıq əskinazı menecerə göstərib dedim. Mənim pulum var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük mənim paltarımı göstərib dedi:
- Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı mədəniyyətsizlik olar.
Mən səsimi qaldırıb dedim:
- Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik deyil? Ya o biri masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin tumanına baxması mədəniyyətsizlik deyil? Ya o yandakı mavinin geydirmə döşləri mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara hesabda atması mədəniyyətsizlik deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb burda baha satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan, qeyrətdən, ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik deyil?
Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı çoxdan tutulmuşdu. Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi idim. Azad dedi:
- Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu sözlərimizə ehtiyacı var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla.
A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz əxlaqsızı düz yola gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq.
Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini danışdı.
“Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma”.
Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram:
- Azad, nə mənasız nağıldı.
Azad deyir:
- Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş...
3 gün sonra
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
[cavab]
sindirella1
20 May 2013 / 17:45
- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?
Bizim həyat tərzimiz aksiom idi. Onun sübuta ehtiyacı yox idi. Azad nağılın ikinci hissəsini üç gün sonra danışdı.
Bu gündən daha çətin tapşırıq başlayırdı. Bizə pislik edənlərə yaxşılıq edirdik. Yaxşılığı elə etməli idik ki, heç kəsin xəbəri olmasın. Onun özünün belə. Ortaya sual çıxırdı – Day nə mənası oldu?
Mənası da o idi ki, biz ona yaxşılıq eləməklə ona dərs vermək istəmirdik. Biz ona yaxşılıq eləməklə başqalarına nə qədər mərhəmətli olduğumuzu göstərmək istəmirdik. Biz onu vicdan əzabı çəkməyə məcbur etmək istəmirdik. Biz özümüzə əzab verirdik. Bu, ilahi bir mazoxizm idi. Bircə dəfə bunu etməyə çalışın. Hansısa bir əclaf adama yaxşılıq edin. Amma bunu heç kimə danışmayın. Üzdə hamı onu söyəndə siz də söyün. Amma altdan - altdan heç kəsin xəbəri olmayanda ona yaxşılıq edin. Məni dərsdə bir oğlan tez-tez dolayırdı, söyürdü. Oğlanın adı Zahid idi, çox axmaq uşaq idi. Hər dəfə söz atanda onu çırpmaq istəyirdim. Amma indən belə gərək hər pislik edəndə ona yaxşılıq edəydim. Birinci gün məni yenə söydü, evə gedərkən yolunun qabağına 10 manat atdım. Qıraqdan pulu necə sevinclə götürüyünü gördüm. Səhəri gün o məni yenə doladı. Hirsimdən özümü güclə saxlayırdım. Amma yaxşılıq etməliydim. Universitetin həyətində hamıdan gizli onun maşınını silib təmizlədim. Bir gün məni hamının qarşısında itəldi. O gün gizlicə öyrəndim ki, sevdiyi futbol komandasının orijinal forması onun çoxdankı arzusu imiş. Abbasın köməyilə formanı tapdım, bağlamaya qoyub anonim olaraq Zahidin ünvanına yolladım.
Tək mən belə deyildim. Biz hamımız bu əzabı çəkirdik deyə dərdimiz bir az yüngülləşirdi. Bir həftə sonra A- dan xəbər gəldi ki, artıq bəsdir. Artıq edilən pisliklər heç tükümüzü də tərpətmirdi. Əksinə, sevinirik ki, buna görə həmin adama heç bir yaxşılıq etməməliyik. Bu hissin nə olduğunu sözlərlə izah edə bilməyəcəm. İstəyən özü yoxlaya bilər. Məndən sizə məsləhət, doğrudan peşman olmazsınız. Bütün bu vaxt ərzində biz həm fiziki məşqlər edirdik, həm də mənəvi söhbətlər edirdik. Xəstəxanalarda tanımadığımız xəstələrə baş çəkir, hal-əhvallarnı öyrənirdik. Yetimxanalara gedir, uşaqlarla saatlarla oynayır, gülməli tamaşalar düzəldib uşaqlara göstərirdik. Bu xeyriyyə deyildi. Bu yaxşılıq idi. Xeyriyyə bir az quru və soyuq olur. Bəzən elə adamlar uşaq evlərinə pul göndərir ki, həmin uşaqların saçlarına sığal çəkməkdən də iyrənir. Amma yaxşılıq tam ürəkdən olmalıdır. Yaxşılıqda yazığın gəlməməlidir. Yaxşılıqda sevməlisən. Sıralarımıza bəzi varlı uşaqlar da qoşulmuşdu. Onlar da öz pullarını əsirgəmirdilər. Tezliklə HOST işarəli avtomobillərimiz çıxdı. Bu işarə Pentaqramm idi. Bəzi üzvlərimiz qruplar yaradıb musiqi bəstələməklə məşğul olurdular. Çünki gəncləri kitabdan, qəzetdən çox musiqi cəlb edirdi. Tapşırıqlar getdikcə çətinləşirdi. Onları daxili mübarizə adlandırırdıq. Bunların hamısı A-dan gəlirdi. Amma mən hələ də A ilə qarşılaşmamışdım. Rastlaşanlar da heç nə danışmırdı. Deyirdilər ki:
- Hərənin vaxtı çatanda A özü ona yaxınlaşır.
MƏKTUB
Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb öldürüblər. Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı. Sənin yanına gəlmək istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü öldürməkdən. Canım, nə yaxşı məni tapa bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur. Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs qalmayıb. Gözlərimin nuru solub. Üzümdə gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim, sonra yenidən tapdım. Səni bir daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir oyuncağam. Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu. Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər adam, casus var. Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı cəngavərim. Mən səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə bədənim başqalarının ola bilər, amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır, cismimi də yanına apar. Mən burada daha qala bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb yatacağam. Sənə çatanda sən də qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim ilk və son məhəbbətim...
Ayseldən Sevgilərlə
[cavab]
sindirella1
20 May 2013 / 17:46
Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim, Ayselin nə əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim. Mənim nə yaşım vardı ki, təzəcə ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı vardı. Artıq nail ola biləcəyi hər şeyə nail olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi. Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST. Mənim dəli dostlarım. Onlar mənə kömək edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv eləyərdilər. Çox böyük adam idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40 nəfər, 50 nəfər peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir. Onun iyrənc nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb həyətə girə bilərdim. Amma sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət bunu etmək olardı. Özümün güya ki, şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə xeyir dəyə bilərdi ki? O yenə də onun altında qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim. Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim özümü. Amma kaş ki, onda biləydim bircə ayın içində nə qədər şey baş verəcək.
FAHİŞƏLİK
Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda və digər xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi məbədlərdə əxlaqsız qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı. Bu adət həmin ölkədəki qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs peşələrdən biri olub. Hətta Misir Fironu Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə quldarlarla bir dəfə yatırmış. Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə sata bilərdi. Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu.
“Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma “ (K. Levit. XIX)
BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir.
Abbas bir axşam iclasda dedi:
- Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm. Mən özüm də daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az genişləndirmək lazımdır. Boş-boş məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə məsciddə, kilsədə xütbələrlə dünyanı xilas etmək olmaz. Biz onları onların silahı ilə öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan sizə bu haqda danışmaq istəyir.
Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi:
- Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər kəsin xoşbəxt olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt ailədə yaşamır. Bilirsiniz niyə? Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur. Əslində isə hər şey acınacaqlıdır. Statistikaya görə Azərbaycan kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç danışmağa da dəyməz. Bəs niyə belə olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə ortaya xəyanət çıxır. Niyə kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur? Çox adi bir məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi edir, bu onun artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir ki? Bundan yaxşı nə ola bilər? Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil. Amma burda çürük bir məntiq var, oğlanın cinsi əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə olmuş qızla evlənmək istəmərik? Amma oğlan istəyir min dəfə olsun yenə adı təmiz qalır. Çünki kişidir. Belə 4 gözümüz aydın kişidir. Əgər qadınların əxlaqsızlığına görə onlara fahişə deyirlərsə bizim gözümüzdə fahişə ilə yatan da fahişədir. Necə oğlan eləcə də qız. Biz evlənəndə qarşımızdakı qızın necə təmiz olmasını istəyiriksə qız da bizdən həmin şeyi istəyir. Amma bu adətlərə görə səfehlikdir.
[cavab]
sindirella1
20 May 2013 / 17:47
. Kişi gərək arvadından qabaq bakirəliyini pozsun. Çox heyif ki, bizim xalqda kişilik düşməni yox fahişəni altına yıxmaqla ölçülür. Əslində cəmiyyətin bütün bəlaları buradan başlayır. Bir dəfə bazlığa gedən oğlan sözsüz ki, bunu ikinci dəfə də istəyir. Sonra üçüncü dəfə. Qısa vaxtda bu vərdişə çevrilir. Artıq oğlan bir fahişənin deyil hər dəfə fərqli fahişələrin yanına gedir. Bir dəfə uzun boy, bir dəfə sarışın, bir dəfə qara, bir dəfə kök. Bir dəfə cavan, bir dəfə yaşlı. Bu evlənəcəyi günə qədər davam edir. Evləndiyi gün isə deyir - daha qurtardı, subaylığım sona çatdı... Belə yerdə biz deyirik ZIRT... Bazlıq siqaret kimidir. İllərlə yatağından min cür qız keçən oğlan, necə birdən-birə bircə qızla ömrünün axırına kimi öz seksual həyatını davam etdirə biləcək? Bəlkə birinci ay yox, bəlkə birinci il yox, amma bir gün, bir cındır günün birində deyəcək mənim xanımım kökdü, görəsən arıqla yatsam necə olar? Və çoxdankı vərdiş yenidən başlayacaq. Ər artıq dostlarını evə qonaq çağırmayacaq onlarla ya saunaya ya hansısa iyrənc bir kafeyə gedib bir iki zibilçə də aparacaq. Onların hər birinin evində həyat yoldaşları, uşaqları var. Amma kişilər də hərdən istirahət eləməlidirlər axı... Çox qəribədir ki, bu istirahətdən qadınlar eləyə bilməz. Onların başlarını da kəsərlər. Amma kişi kişidir də. Onun üzərində holoqram var, xüsusi bir ştamp var “Diqqət bu kişidir. Ona hər şey olar”.
Evdə tapılmayan ata uşaqlardan uzaqlaşır. Ərini tapa bilməyən analar mənəvi məhv olurlar. Onlar qocaldıqlarını hiss edirlər. Hər gün güzgüdə yeni qırış axtarırlar, hər gün artan kilolarına baxırlar. Onlar qocadır, onlar eybəcərdir, onlar yazıqdır. Beləliklə ailədə daxili bir kompleks yaranır. Ümidsizlik, özgəlik, ikiüzlülük. Ata öz dostları ilə ana öz rəfiqələri ilə uşaqlar da televizor ilə. Cəmiyyətin birliyi də elə ailədən başlayır da. Bizdə xalqı birləşdirməkdən, milləti birləşdirməkdən danışırlar. Elə millətçi axmaqlara demək lazımdır ki, ay kişi heç ailəndə birlik var ki, xalqı birləşdirirsən? Soruşmaq istəyirəm sizdən uşaqlar, sizdə ailəvi şam yeməyi hər axşam saat neçədə olur? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir? Nə üçün evinizdə maaş ciblərdə olur? Niyə ümumi bir yerə yığılmır? Evdə gizlənəsi kim ola bilər ki? Ayda neçə dəfə ailəvi gəzintiyə çıxırsınız? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec-gec gedirlər? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur?
Görürsünüz nə qədər ailə deppressiyaları var? Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey solub. İnsanlar bozlaşıb, tündləşib, avtomatlaşıb, robotlaşıb. Əvvəllər dənizə getmək maraqı idi, indi bezdiricidir. Əvvəllər meşəyə getmək maraqlı idi, indi isə adi gəlir. Əvvəllər adi toyuq qızaranda da süfrədə daha dadlı görünürdü indi isə elə bil ki, köhnə ağ qara filmin içinə düşmüşük. Bəlkə bu Allahın cəzasıdır?
Hə? Bəlkə bu Allahın cəzasıdır? Bəlkə o artıq əvvəlki kimi bizi yoxsullaşdırmaqla, xəstələndirməklə yox, sadəcə hər şeyə qarşı həvəssiz etməklə cəzalandırıb? Bəlkə Allah süfrədəki yeməyi yox elə bir başa iştahımızı əlimizdən alıb? Niyə biz bütün dinlərdə açıq aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir. Allah deyir bu günahdır.İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS si də göndərdi amma bu insanlara xeyri olmadı. Biz elə zibillərik ki, ya gözümüz çıxmalıdır ya işığımız sönməlidir ki, baxmamalı olduğumuza baxmayaq. İndi əxlaqsızlığın fahişəxanaların, eyş işrətin qarşısını almaq üçün bunu ya oğlanlara qadağan etməliyik ya da ki, fahişələrə. İndi HOST ancaq bu yöndə gücünü birləşdirməlidir. Biz bunun qarşısını almalıyıq gələcək üçün. Evdə qalan bədbəxt analar, yazıq bədbəxt uşaqlar, özləri ilə bacara bilməyən bədbəxt kişilər üçün. Şeytanın yolunu kəsməliyik. Ailələrin xoşbəxtliyi üçün.
[cavab]
sindirella1
20 May 2013 / 17:47
Qadınların qiymətinin, hörmətinin artması üçün. Kişilərin artıq nəfsi kənara atıb başları ilə düşünmələri üçün. Ən nəhayət ailələrin sağlamlığı üzərində arzuladığımız sağlam cəmiyyəti qurmağımız üçün. A üçün. Onun qoyduğu yol üçün. Onun bizi burada birləşdirdiyi üçün. Onun arzusu olduğu üçün. Polislər fahişələrdən faiz alıb onları azad buraxırlar. Əgər dövlət məni qorumursa mən dövləti qoruyacağam. Prinsip budur. Sabahdan Böyük Təmizləməyə başlayırıq. İştirak etmək istəyənlər qoşula bilər. Biz avtomobillərdə fahişələri tutub pul ilə alacağıq. Sonra onları güya evimizə gətirirmiş kimi şəhərdən uzaq bir yerə sürəcəyik. Tutaq ki, Dərnəgül yoluna. Orada gecə heç kəs olmur, ancaq zavodlardı. Orada da bizi digər bir maşında 5 nəfər öz adamımız gözləyəcək.Yarımca saata bu gözəlçələri o ki var döyürük. Onlara mərhəmət etmək lazım deyil. Sonra xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırıq. Bu onların üzündə ömrlük qalacaq rüsvayçılıq nişanı olacaq. Daha fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər, hamı onların üzündəki A-nı görüb əxlaqsızlığından xəbər tutacaq. Biz sabahdan başlayırıq.
Uşaqlardan biri soruşdu :
- Bəs nə üçün A hərfi?
- Əvvəllər latın dilində “pozğun qadın” sözü bu hərf ilə başlayırdı. Hətta orta əsrlərdə zina etmiş qadınlara A hərfini boyunlarından asmağı məcbur edirdilər. Bununla o qadınlar camaat içində utanır və təmiz kişiləri aldadıb onlarla evlənə bilmirdilər.
Abbas da dedi :
- Hə, Azad düz deyir. Amma bu təkcə onunla bağlı deyil. Bunu A deyib. Bəlkə də o bununla artıq hücuma keçdiyini bildirmək istəyir. Bəlkə bu onun imzasıdır.
Adil qışqırdı:
- 100 faiz bu onun imzasıdır. Mən dünən onun köynəyində çevrənin içində A hərfinin olduğunu gördüm.
Aslan dedi :
- Çevrənin içində A? Bu ki Alfa və Omeqanın birliyi deməkdir. Bu rəmz sonsuzluq və bütövlük rəmzidir. Deyilənə görə Hz. İsa bu rəmzlə bilinirdi..
Bir dəqiqəlik içəridə sükut yarandı. Mən ürəyimdə fikirləşdim ki, bəlkə İsa qayıdıb? Amma bu fikir ani olaraq necə gəldisə elə də getdi. Hər halda İsa hara gəlsə də Azərbaycana gəlməz. Məni gülmək tutdu. Amma mən də sabah axşam bu prosesdə iştirak etmək istəyirdim. Fahişələrə ölüm lazımdır. Nəinki döyülmək. Onlar cəmiyyətin bədənindəki xərçəng şişi kimidirlər. Hər yerdən çıxa bilər və insanı məhv edə bilərdi.
O səni öldürməmiş sən onu öldür
Biz sonun əvvəliyik.
Bizim tərbiyəmiz bizə qarşı qoyuldu.
Bizim arzularımız bizə düşmən edildi.
Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi.
Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq.
Biz özümüzdən sonra heç nə qoymayacağıq.
Biz tikməyə yox, sökməyə gəldik.
Bizə bağışlanma yoxdur, deməli biz azadıq.
- Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm?
- Hə, pis deyilsən. 150 bəs edər?
- Hələ artıqlaması ilə, hara gedirik?
- Mənim evim var, indi boşdur. Otur maşına...
Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə tulladı. Biz onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə görə onu döyəcəklər. Azad bircə cümlə dedi:
- Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün sınacaq.
Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir, fahişədir. Amma əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa maşında Adil qız gətirmişdi. Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi ağzının üstündən ilişdirdim. Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə zərbələr endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ yanağında qırmızı yanıqla “A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda olduğumuzdan üzümüzü seçə bilməzdi. Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi. Böyük təmizləmə başlamışdı. Və A- nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni möhürlədik. Kimsə deyə bilər ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları var. Bəlkə də içdə yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa buraxın da, onlar da insandır. Arzuları, hissləri var!
[cavab]
Bölmeye qayıt
0.1354 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az