QARAQAN (ROMAN)

pol sindirella1 17 May 2013 / 19:10
MENCE BU QEDER BESDIR.AXWAM DA BIRAZ YAZARAM.OXUYAN GOZLERINIZ VAR OLSUN
red. sindirella1 (17.05 /19:11)

[cavab]

pol Kamran7 17 May 2013 / 20:16
sindirella1, twk,yene gozleyirik

[cavab]

pol Dj_kamo 17 May 2013 / 20:18
sindirella1,twk,ardini gozleyirik

[cavab]

pol sindirella1 18 May 2013 / 19:04
ARDI
Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?
İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”.
Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...

Bəzən xilas olmaq üçün məhv etmək lazımdır

Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar insanlığa ancaq xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi - feodallar məhv oldu. Xalq birləşdi - monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan xoşbəxt ola bilmərik.
Azad gələndə məni kənara çəkdi:
- Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam.
Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox olaydı. Dünyada tək onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım. Ömrümün sonuna kimi onunla qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ...
Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük sirr olaraq qalırdı.
SEVGİ NƏDİR?
Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar gözümdə yox olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini haradasa başa düşmək olar. Oğlan qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur. Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma oğlan nə üçün özündən zəif bir varlığı qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz çökməyə hazırıq? Necə olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, ağıldan, zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var?
Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez döyünməyə başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ SEVİRDİM!!!
- Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət necədir? Siz bizi eşidirsiz?
-Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə.
- Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan uzaqlaşmır.
- Heç nə olmaz, mən o divə göstərərəm.
- Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən girən kollardan deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən.
- Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan?

[cavab]

pol sindirella1 18 May 2013 / 19:04
- Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar. Deyəsən qaçırılma prosesi Ayselin reytinqini qaldırıb.
- Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm?
- Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən alıbar. Amma biz həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin yanında olur. Həftədə 3 dəfə. Özü Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara bilməzsən. Amma bir azdan bizim gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya gənclərin əlindədir. Bir azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda görəcəyik kimdi güclü.
- Düz deyirsən. Məktubu Adilə verim hə?
- Hə, hə, Adilə ver. O çatdıracaq.
Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı diqqətlə dinləyirdi.
“İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam. Axı desəydim anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun saçlarımı dolayırdılar. Mənə qızbibi deyirdilər”.

A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan – çevrədə beş güşəli ulduz ) hər bir güşədə oxunur. Rəqəmsal anlamı “1”, potensial enerjidən aktuallaşmaya keçiddir. Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi olub “Mən”-i bildirir. Hinduların inancına görə “Aom “ kəlməsi dünyanın yaranmasına səbəb olub.
Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır.
A – Eqonun simvoludur.




=====================================================================================

MƏKTUB

Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər. Evdə də məni bir az danladılar.

[cavab]

pol El@ 20 May 2013 / 00:22
sindirella1, xaiw ardinida yazin

[cavab]

pol sindirella1 20 May 2013 / 00:50
El@, HEC KIM OXUMUR.MENDE YAZMAYACAM TA

[cavab]

pol El@ 20 May 2013 / 02:23
sindirella1, men oxuyuram menim ucun cox maraqlidi nolarr yazdaa

[cavab]

pol sindirella1 20 May 2013 / 02:24
sabah yazaram

[cavab]

pol El@ 20 May 2013 / 02:28
sindirella1, elleriniz saqliq twklr

[cavab]

← 1 ... 3 4 [5] 6 7 ... 11 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1455 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az