QARAQAN (ROMAN)

pol sindirella1 17 May 2013 / 19:04
- Mənim anam xəstələnmişdi. Atam isə evdə tapılmırdı. Onun günü gecəsi fahişələrin yanında keçirdi. Anamın qanında xəstəlik vardı, tez-tez halı pisləşirdi,qusurdu. Gözlərinin altındakı qırışlar hər gün artırdı. Mənim 7 yaşım olardı, məktəbə gedirdim .Dərsdən sonra anama yemək bişirirdim.Onun yatağını dəyişdirirdim.Həftədə bir dəfə gələn həkimləri qarşılayırdım. Bakıda heç kəsimiz yox idi. Atam da anamın xəstəliyilə maraqlanmırdı. Bəlkə də anamın ölümünü ən çox elə o arzulayırdı. Anam ölsəydi rahatca avara həyatını davam etdirərdi. Hərdən içib qapının ağzında yuxuya gedirdi. Qonşulardan utandığımdan zəif canımla onu dartıb evə sürütləyirdim. O da ağzına gələn söyüşləri söyürdü. Çox heyf ki, ən pis söyüşləri küçədən əvvəl atamdan eşitmişdim. Bir tərəfdən atamın söyüşləri bir tərəfdən də anamın qusmaq səsi. Atamı dəhlizə salan kimi yatağın yanındakı vedrəni dəyişməyə gedirdim. Dərsdə müəllim məni danlayırdı, uşaqlar da gülürdü. Bir gün həkim atama dedi ki, filan filan dərmanları almalısınız. Hər gün onlardan içsə bir aya sağalacaq. Əks halda siz onu itirəcəksiniz. Mənlik burda daha iş qalmayıb. Əgər dərmanlardan sonra bir daha pristup olsa zəng edərsiniz.
Həmin gün həkim getdi. Atam isə dərmanları almadı. Mən soruşanda deyirdi ki , bir həftəyə maaş alacaq. Amma bu bir həftə qurtarmırdı, 3 ay idi ki, bu bir həftə qurtarmırdı. Mən öz paltarlarımı və oyuncaqlarımı sinif yoldaşlarıma satırdım. Yığdığım pula dərmanların yarısını almışdım. Anama hər gün dərman verirdim. Amma bir gün, daha dəqiqi ad günümdə anamın vəziyyəti çox pisləşdi. Bəlkə mənim ad günümdə onun qulluğunu çəkməyim ona pis təsir edirdi, bəlkə atamın biganəliyi. Amma həmin gün çox pis olmuşdu. Bütün günü sayaqlayırdı. 3 dəfə qusmuşdu, sonuncuda da qan qusmuşdu. Əlləri əsirdi. Soyuq tər axırdı. Amma bədəni od kimi idi. Yorğanı üstündən atırdı. Ürəyi çox sıxılırdı. Mən də onu soyundurmuşdum ki , isti olmasın. Rəngi qıpqırmızı idi. Yazıq anam lap pis gündə idi. Atam evə gələndə heç tanımadım onu. O qədər içmişdi ki, tamam başqa sima almışdı.Mənə baxıb dedi:
-Ehh.. qızım, bilirsən mən nə böyük səhv eləmişəm? Bütün pullarımı fahişələrə xərcləmişəm öz arvadım ola-ola. O zibilçəyə dedim ki, bu dəfə pul yoxdu, gəl yataq, gələn dəfə verərəm. Dedi ki, onda gələn dəfə gələrsən. İt qızı it...güya sevirdi məni. Öz arvadım ola-ola gedib başqalarını niyə xoşbəxt eliyim ki ?
Mən onun danışdıqlarına fikir vermirdim. Ona görə də tez mətbəxə qaçdım ki, anama dərman hazırlayım. Atam yataq otağına keçdi. Anamın dərmanları indiyə kimi yadımdadır. Belə kiçik qırmızı paketdə ağ məhlul idi. Onu suda qarışdırıb isti isti içmək lazım idi. Mən onu hazırlayana kimi yataq otağından atamın səsi gəldi.
“Mən səni sevirəm. Eşidirsən sevirəm. Gəl mənim yanıma, qayıdaq əvvəlki vaxtlara. Sən məni istədiyin vaxtlara. Gəl yanıma .bax belə ..sev məni..ah..”
Atamın səsi kəsilmirdi.Mən isə onda uşaq idim yataq otağında nəyin baş verdiyini tam dərk eləmirdim. Anamın da qışqırıqları başladı. O məni çağırırdı köməyə... Elə bilirdim ki , xəstəliyinə görə qışqırır. Dərmanı gətirəndə isə elə bir səhnə gördüm ki , onu görüb dəli olmamaq olmazdı. Atam xəstə anamı zorlayırdı. Əlimdəki stəkan yerə düşüb çilik-çilik olmuşdu. Anam qan qusurdu sərxoş atam isə sanki bunu görmürdü, dayanmaq bilmirdi. Anam qışqırırdı: “Alçağ , namussuz, ölürəm..rədd ol... ölürəm...”
Sonra o daha da bərk qusmağa başladı. Bütün bədəni əsirdi. Atam yastığı götürüb onun üzünə basdı..Mən isə donub qalmışdım. Mənə sadəcə qıraqdan bu iyrənc hadisəni izləmək qalmışdı.
Həmin gecə anam öldü. Səhəri gün həkimlər gələndə gecəki hadisələri onlara danışmaq istədim. Amma atam məni otaqda bağlamışdı. 3 gün o otaqda ac susuz qaldım. Qapı açılanda isə artıq anam yox idi. Onu basdırmışdılar. Mən hələ də bilmirəm onun qəbri hardadır. Anamın ölümü atama pis təsir etmişdi deyə içməyi azaltmışdı. Mənə daha çox vaxt ayırırdı. Ona nifrət edirdim amma başqa heç kimim yox idi. 7 il onunla qaldım. Hərdən məni döyürdü. Doğma atam oldugundan heç nə edə bilməzdim.
16 yaşım olardı. O, evin əşyalarını satmağa başlayırdı. Deyəsən kiməsə borcu vardı. Çünki hər dəfə iki-üç kişi evimizə gəlib onu hədələyirdilər. Atam onlara yaltaqlanırdı, çay təklif edirdi, onlar da oturub çay içirdilər. Bəziləri məni tərs-tərs süzürdü. Mən uşaq deyildim, onların nə istədiyini çox gözəl başa düşürdüm. Həmişə onlar gedəndə atam nəsə verirdi. Bir gün televizor, bir gün maqnitofon. İş ütüyə çatanda gördüm ki, artıq evdə heç nə qalmayıb. O gecə həmin kişilər bıçaqla gəldilər. Mən çay süzənə kimi atamı divara sıxıb hədələyirdilər:
- Sən bizi hələ yaxşı tanımırsan. Biz elə belə çıxıb gedən deyilik. Əgər bu gün verəsi heç nəyin yoxdursa onda balaca barmağını kəsib aparacayıq. Narahat olma, pulu qaytarsan kimi biz də barmağı qaytararıq.

[cavab]

pol sindirella1 17 May 2013 / 19:04
Bu sözləri eşidən kişilər gülməyə başladılar. Mən otağa kecdim. Onlar atamın barmağını kəsmək istəyirdilər. Atam qışqırırdı:
-Yox, yox əl dəyməyin. Onu götürün, bu gün qızımı verirəm sizə. Onu götürün. Buraxın barmağımı.
Atam məni bir barmağına satdı. Mən donub qalmışdım. Amma o alçaqların da deyəsən bu fikir daha çox ağlına batmışdı. “Bax bu başqa məsələlə. Sən özünü belə aparanda bizim də xoşumuza gəlir. Bax bu tamam başqa məsələ. He-he-he”. Mənim tüklərim biz biz olmuşdu. Biri atamı tutmuşdu, o biri ikisi üstümə gəlirdi. Bir onu bildim ki, əlimdəki qaynar çayı onların üstünə tökdüm. Birinin üzü yandı. Mən də tez mətbəxə qaçdım. Bıçagı götürüb arxamca gələn kişinin böyrünə soxdum. Onu itələyib qapıya yaxınlaşdım. Elə qapını açmışdım ki, atamı tuan kişi üstümə yeridi. Onda ilk dəfə atamı köməyə çağırdım. O isə qorxaq pişik kimi küncə qısılıb qalmışdı. Bunu görüb məni tutmağa gələn yekəpərin qucağına atıldım. Dişlərimlə yanağından yapışdım. Bir dişləyə onun yanağını qopardım. Qan fışqırmağa başladı. İkinci dişləyim boğazına kecdi. Deyəsən qırtlağından yapışmışdım.Var gücümlə dişlərimi bir birinə yaxınlaşdırdım. O da saçımda tutub məni yerə çırpdı. Onu öskürək tutmuşdu, boğazı qan içindəydi. Iməkləyə-iməkləyə onun yanında qapıya doğru keçdim. Pilləkənlərdən üzüaşağı qaçmağa başladım. Nə qədər bərk qaçmağa çalışdımsa da həyətdən çıxanda o biri ikisi mənə çatdı. Həyətdə kimsə yox idi, zil qaranlıq idi. Onlar məni öldürəcəkdilər. Həmin anda A gəldi. O məni xilas etdi. İndi də mən buradayam. Çox sevinirəm ki, qısa vaxtda özümə bu qədər çox dost tapa bilmişəm. Keçmiş həyatımla vidalaşıb yeni həyata başlamağa hazıram.

Bu sözlərdən sonra Aynuru özümə elə yaxın hiss etdim ki. Istəyirdim bağrıma basıb onu necə çox istədiyimi deyim. Indi başa düşmüşdüm ki, işığı niyə söndürmüşdülər – Aynur cəkinməsin deyə. Qaranlıqda Aynurun danışdığı bütün səhnələr gözümün qarşısında canlanmışdı. Onun bütün ağrılarını hiss edirdim. İşıq yananda gördüm ki, Aynurun gözləri yaşla dolub. Ənənəvi olaraq hamı əl çalmağa başladı. Sonra Abbas dedi:
- Uşaqlar, bağışlayın mövzunu dəyişirəm. Bayaq A ilə görüşdüm. A dedi ki, bəzi dostlarımız artıq böyük planı həyata keçirməyə başlayıblar. Biz bilirik ki, A ilə olan söhbətləri hər kəs sirr saxlamalıdır. O özü dedi ki, bunu hamıya deyim. Hamı bilsin ki, artıq hazır olanlar işə başlayıb. Onları təbrik edirik. Yeni gələnlərə də uğurlar arzulayıram.

- Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.

[cavab]

pol sindirella1 17 May 2013 / 19:05
Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi.
Hamınız bilirsiniz bizi burada birləşdirən nədir. İndi isə meydan açıqdır kim nə demək istəyirsə buyursun.

Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş paranoik. Belə bir söz var -
”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”.

Abbasdan sonra bir oğlan danışdı. O da qısaca öz fikirləini bildirdi. Azad mənə işarə etdi ki, çıxaq bayıra.
Biz o biri otağa keçdik:
- Anar, daha ünvanı tanıyırsan, nə vaxt istəsən gələ bilərsən. Mən indi uşaqlarla danışım, sənin qoşulmağını müzakirə edəcəklər. Yəqin başa düşdün, qəbul olunmaq üçün əvvəlcə öz həyatını danışırsan. Bunu bu gün də edə bilərsən. Amma məncə hər şeyi evdə danışsan daha yaxşı olar. Sən artıq Bakıdasan, evdəkilərsə narahatdır. Yaxşısı budur bu gün evə get.
- Hə, mən də elə onu deyəcəkdim. Evə gedim, görüm nə var nə yox.
- Mənim də bəzi işlərim var. İstəsən səni maşınla ötürə bilərəm. Elə mərkəzə gedirəm, yol üstüdür.
- Hə, gedək. Azad, bəlkə bu gün gəlmədim.
- Niyə?
- Yorulmuşam yaman. Həm də çimim, bir az dincəlim. Bir aydır evdə görünmürəm. Məni asmasalar yaxşıdır.
- He-he, asacaqlar, asacaqlar.

[cavab]

pol sindirella1 17 May 2013 / 19:06
BAŞLANDI



Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən - “mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə müəlliməyə xüsusi diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç güzəşt etmirdi. Yox... İnsan kimi də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus ölçüsü vardı. Kim hörmətini qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və xoş sözlə qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər imtahan avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini müəyyənləşdirirdi. Amma bu gün Nanə müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift gələnə kimi arxadan iki nəfər bloka yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu. Qapı bağlanmamış qara geyimli oglanlar da liftə girdilər.
Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni basıb lifti yarıda saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski ilə onun ağzını tutdu ki, qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu oğlan onun piyli qarnına iki zərbə endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun boğazına tutdu. Nanə xanım bıçağı görüb sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı:
- Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı qonşular yatır.. Biz istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə qızım, mənə deyiblər ki, sən özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik eləməz. Sən imkansız, kasıb uşaqları universitetdən qovursan. Amma yaxşı qızlar belə şey eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son ümidi - bilikləri də onlara kömək edə bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb oğlanlar isə elə kasıb qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid edirəm ki, bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə olmaz...

Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi:
- Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış. Yoxsa mənim dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə doğramaqdan.
Oğlan Nanənin ağzını açdı.
Nanə ağlaya-ağlaya sakitcə dedi:
- Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de, istəsən sənə ən yaxşı qiyməti yazaram.
Oğlan əskini yerinə basdı və gülümsədi:
- Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən mənim kim olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm. Bəlkə mən birinci partada otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə mən sənin sinifinə təzə gələn oğlanam. Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram? Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax, ağıllı bala, əgər sən bir də mənə layiq olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan, səninlə bir də görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə nəsə demək istəyir.
Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra isə üz-gözü göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar sanki qeyb olmuşdular. Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma Nanə müəllimə sakit oturan, ya çox danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə bileti çəkən hər bir oğlanda onları görəcək. Və cəsarəti çatırsa verdiyi sözü tutmasın.

Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asıllıdır.

[cavab]

pol sindirella1 17 May 2013 / 19:06
Evin qapısını döyməmiş qabaqcadan hazırlaşdım. Aha, deməli atam qapını açsa şillə gələcək. Anam açsa ürəyi gedəcək – tez onu tutmalıyam ki, yerə yıxılmasın. Bacım qapını açsa rahat evə girə bilərəm. Amma deyəsən ən dəhşətli variant oldu. Qapını NƏNƏM açmışdı.
- Ay köpəy oğlu. Küçüy balası! Ay səni anan doğan yerdə daş doğaydı. Gəl bəri, sənin belin qırılsın.
- Nənə.
- Kəs səsini, murdar adam. Gör nə günə düşmüsən. Bunun üz-gözünə bax. Başın batsın sənin, başın batsın. İt balası it. Haralardaydın? Hə, haralardaydın. Cavab ver.
- Mən getmiş...
- Kəs səsini cavab qaytarma, küçüy. De görüm hardaydın.
- Mən..
- Sus.. suss.. Səsin gəlməsin. Boyunu yerə soxum sənin.
Sözsüz ki, səs-küyə atam gəldi. Şillə qaçılmaz idi. Sonra da o biri otaqdan səs eşidildi. Deyəsən anam yıxılmışdı. Nə isə.
Bir saata hamı sakitləşəndən sonra başa saldım ki, həyatdan bezmişdim. Hər gün eyni işləri görməkdən yorulmuşdum. Özümü öldürmək istəyirdim. Ona görə də bir aylıq səyahətə çıxdım. (Əslində həmişəlik çıxmışdım). Yolda çoxlu insanlarla tanış oldum. İstirahət elədim. Gəzdim, dincəldim. (Nə Ayseldən, nə də türmədən bir kəlmə də danışmadım). Bu sözlərimdən sonra atam dərindən “ah” çəkib dedi:
- Ehh. Bala, niyə belə oldu ki, nəyin çatışmırdı ki? Şükür, evimizdə hər şey var.
Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm onların bütün ömürlərini mənasız bir şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, “çirkinlik pis şeydi”. Deyərik - “Əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan.
Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur. Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır...
Bir az da bu haqda söhbət etdik. Sonra nənəm gözəl bir nahar hazırladı. Mən də iştahla yeməyə başladım. Atam televizora baxırdı. Korifey sənətkarlar bizim muğamımızı dünyaya tanıtmaq haqda danışırdılar. Düz bir saat ancaq muğamın üstünlüklərini sadaladılar. Xalq mahnılarımızın dərin, kamil məğzindən söhbət açdılar. “Pəncərədən daş gəlir” i dünya şedevri etmişdilər. Bu bizim xalq mahnımız idi. Və onun əlində xüsusi bir vəsiqə vardı. Hər gələnə deyirdi: - “Ey brat, mən xalq mahnısıyam haaa, kişisənsə de ki, məndən xoşun gəlmir, gör sənə neyniyərlər? Başına oyun açarlar. Bildin? Məni sevməlisən. Başqa yolun yoxdu”.
Atam da inanırdı ki, nə vaxtsa bütün dünya muğamı tanıyacaq və qəbul edəcək. Ondan sonra sözsüz ki, MTV artıq Music TV yox, Mugam TV olacaq. Amma mən bu haqda heç düşünmək də istəmirdim. Nənəmin hazırladığı dadlı xörəyi iştahla qarnıma ötürürdüm. Yeməyin dörd ləzzəti var. Birincisi onun ətridir. İkincisi görünüşü. Üçüncüsü dadıdır. Amma mənə ən xoş olanı dördüncüsü idi. Yemək qarna dolanda gələn hiss. Bu bəlkə 6-cı qaşıqdan sonra gəlirdi. Hiss eləyirdim ki, ilıq bir məhlul sinəmdən qarnıma süzülür. Bu hiss mənə çox ləzzət eləyirdi. Yeməkdən sonra isti vannaya qəbul elədim. Sonra qurulanıb otağıma keçdim. Anam çay gətirmişdi. Çayımı içib yerimə uzandım. Anam yatağımın kənarında oturub dedi:
- Anar, söz ver ki, bir də belə eləməyəcəksən.
Onun əlindən öpüb dedim:
-Ana, söz verə bilmərəm. Hər şey ola bilər. Sən niyə narahat olursan ki? Artıq böyümüşəm və özüm özümə cavabdeh ola bilərəm.
- Bilirəm özün özünə cavabdehsən. Bəs biz? Sənin valideynlərin? Bizi tək qoyub gedərsən? Hələ biz qoca deyilik. Amma bir azdan qocalanda bizə kim baxacaq? Hə? Bizə kim baxacaq? Bəs səni nəyə böyüdürdük?
Anamla mübahisə etmək istəmirdim. Amma bu haqda tamam fərqli düşüncələrim vardı.
1)Təbiətin qanunu.
Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyyət dogduqlarını böyüdür. Sonra uşaqlar valideynlərini tərk edib öz həyatlarını yaşayırlar. Və heç bir heyvan demir ki, mən qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk ediləndən sonra niyə ölmür?

[cavab]

pol sindirella1 17 May 2013 / 19:07
Cavab: Çünki hər bir heyvan özü özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə pensiyaya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısındakı borcunu yerinə yetirmiş olsun. Yəni hər bir heyvan öz anasına olan borcunu öz övladını böyütməklə ödəyir, anasına qaytarmaqla yox. Heyvanlarda olan bu “ötürücü yaxşılıq” insanlarda inkişaf etməyib. Biz yaxşılıq edənə həmin yaxşılığı qaytarmaq istəyirik. Çünki bizə yaxşılıq edən o yaxşılığın qarşılığını gözləyir. Kiminsə toyuna gedəndə o bizə nə qədər pul saldırmışdısa biz də o qədər veririk. Kim bizə nə qiymətə hədiyyə alıbsa ona uyğun hədiyyə seçirik. Bəs hədiyyə verə bilməyənlər nə olur? Yaxşı, olmaz ki yaxşılığı edən hər kəs qarşısındakından xahiş etsin ki, o da başqa bir adama yaxşılıq etsin? Onda yaxşılıq dairəsi genişlənər və bir insanın ürəyindəki yardımlaşma hissi bir bir başqalarına ötürülər. O da başqalarına, o da başqalarına. Balaca bir qar topu dağdan aşa-aşa ətrafına digər qar dənəciklərini birləşdirərdi. Və tez bir zamanda kiçik bir qar dənəciyindən böyük bir köməkləşmə lavinası yaranardı. Heyvanlardakı kimi. Mən valideynimi atıram ki, övladlarım üçün daha uyğun bir yer seçim. Və yaxşılığı onlara ötürüm. Onlar da məni atacaqlar ki, daha yaxşı yerlərə getsinlər.
2)İnsanların qanunu.
Uşaq doğmağın 3 mənası var.
Birincisi ən təbii uşaq istəmək hissi ilə bağlıdır.
İkincisi ictimai fikirlə bağlıdır. Ola bilsin ki, uşaq saxlamaq istəmirlər amma camaat nə deyər? Deyərlər ki, filankəsin ərinin problemi var. Sonsuzdur. Deyərlər ki, arvad boşanmaq istəyir ona görə doğmaq fikri yoxdur.
Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?
O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağına desin - sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.
Bütün valideynlər deyir - Sən bizə borclusan. Sən bizi saxlamalısan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir? Yadınıza salın köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır - at silahını yerə. Cinayətkarsa deyir - sən at silahını yerə... Biz sənin sevgilini oğurlamışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə, özünüz deyin. Yox, gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu isə daha da çətinləşir.
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayırıq. Çünki öz həyatımızın yaxşı illəri keçib.
Məni də valideynlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.

Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə Firona borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində qəşəngcə batırır da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs allahın hədiyyəsidir. Daha bilmirəm yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar vətənə borcludurlar. Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar. Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş batareyası qoyub elektriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar. Çünki sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlirik?
Amma izahlı lüğətdə BORC sözü belə izah olunur.

[cavab]

pol sindirella1 17 May 2013 / 19:08
“Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal”.
İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz doğulanda demişik ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey olmayıb. Qaytarılması danışılmayan bir şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik.
Təsəvvür edin ki, kimsə sizə bir hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsız? Mən deyərəm ki, gicdi yəqin.
Indi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.
Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdu. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var -“verməzdilər, xahiş eləməmişdim”.
Çox bu mövzunu çürütmək istəmirəm. Onsuz da hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risq edib daha çox şey qazana bilərdim.

Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO)

Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb etməsinlər. Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi:
- Sən təzə gələnsən? Keç içəri.
Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı axtardım. Kinozaldan Aslan məni çağırdı:
- Eyy Anar, gəl bura yaxşı film var. Baxmaq istəyirsən? Təzəcə başlayıb.
Kinozal çox rahat bir otaq idi. Rəflərdə müxtəlif DVD-lər vardı, çoxu sənədli filmlər idi. İkinci dünya müharibəsindən tutmuş insanlar üzərində aparılan gizli təcrübələrə qədər. Bütün məxfi və adi vaxt görə bilməyəcəyim filmlər burada idi.
Aslandan başqa otaqda üç nəfər də vardı. Salamlaşdıq. Aslan dedi ki, Azadın işi var axşam gələcək. Amma bir azdan Abbas gəlməlidir. Deyəsən maraqlı xəbərləri var.
Biz filmə baxdıq - Spilberqin ən dramatik filmlərindən biri olan “Şindlerin Siyahısı”na. Sonra bizi nahara çağırdılar. Yeməkdən əvvəl uşaqlar əllərini açıb Allaha dua etdilər. Naraha sonra istirahət otağına keçdik. Aslan yanımda oturdu:
- Hə Anar, darıxmırsan ki?
- Yox, əksinə, çox rahatam.
- Hə, elə mən də. 2 aydır uşaqlarla tanış olmuşam amma elə bil ki, uşaqlıqdan tanıyıram.
- 2 ay? Doğrudan? Adam baxanda deyir yəqin uşaqlıq dostlarısız.
- Hə, çox yaxınıq. Sən də bir-iki günə öyrəşəcəksən. Təzə-təzə mən də sıxılırdım ki, yəqin mənə özgə kimi baxırlar. Sonra gördüm elə deyil. Burda hamı bir-birini dinləməyi bacarır. Hər kəs həyatını danışdıqca daha da yaxınlaşırıq. Əslində yaxınlıq və ya özgəlik özü də nisbi şeydi axı. Məsələn, ekstremal vəziyyətlər bir günə insanları bir-birinə sevdirə də bilər. Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu insanları həmişə yaxınlaşdırır.
Bizi də burda birləşirən elə çətin vəziyyətdir. Buradakı uşaqların hər birinin öz hekayəsi var. Hər bir hekayə də faciədir. A isə bizi burada topladı ki, özümüzü tək hiss etməyək. Təsəvvür elə ki, bir universitet binası var, amma fakültələri yoxdu. Hamı eyni binaya daxil olur. Bir nəfər tarix dərsini keçmək istəyir, biri ədəbiyyat oxumaq istəyir, biri riyaziyyat, o biri fizika. Amma onlar hamısı bir-birinə o qədər qarışıblar ki, heç biri istədiyi kimi təhsil ala bilmir. Birdən bir nəfər çıxıb qışqırır: ”Heeyy, riyaziyyatı öyrənmək istəyənlər bura gəlsin”. Bu, bir-birlərinin varlığından xəbəri olmayan bütün riyaziyyatçıları bir yerə yığır. Onlar da rahatca istədikləri elmi öyrənirlər. Eləcə də həyatda. Biz hamımız ayrı -ayrı qalmışdıq. Hamımız öz əhatəmizdə darıxırdıq. Hamımız sinifdən çıxıb evə gedirdik. Çünki sinif yoldaşlarımızın mobil telefonlar haqda söhbətləri bizə maraqlı deyildi. Hamımız elə bilirdik ki, bu planetə səhv olaraq gəlmişik. Biz təkik və bizim kimi yalqız, bezmiş, tənha heç kim yoxdu. Amma A bizi birləşdirdi. İndi biz darıxmırıq

[cavab]

pol sindirella1 17 May 2013 / 19:09
İndi bizim öz fikirlərimizi paylaşa biləcək dostlarımız var. İstədiyimiz kimi quraşdırılmış evimiz var. Öz musiqimiz, öz kitablarımız, öz filmlərimiz. Burada biz özümüzü dərk edirik. Burada biz kim olduğumuzu, bu həyata niyə gəldiyimizi bilmək üçün axtarışlardayıq. Abbas deyir ki, biz fərqlilərin birliyiyik. Hər bir kəs burda öz individuallığı ilə seçilir. Məsələn, Abbas özü həmişə təşkilatçılıqla məşqul olub. Araz düşdüyü bütün vəziyyətlərdə gülməli bir şey tapacaq. Hətta yaxın bir dəfə yasda 5-cə dəqiqədə elə şeylər danışmışdı ki, yasın qalan 2 saatı ancaq camaatın bir birinə lətifə danışmağıyla keçmişdi. Hətta ölünün ən yaxın adamları gülməkdən özlərini saxlaya bilmirilər. Bəlkə ölü də cənazənin içində gülürdü. Ya Azad. Azadın çox qəribə musiqi zövqü var. O, Rockun ən qəribə tərzlərinə qulaq asırdı. Hərdən Skinhedlərin Ska musiqisini dinləyirdi. Adi cəmiyyət bu cür insanları qəbul edə bilmir. Amma adi cəmiyyət bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər. Əslində biz hamımız eybəcər ördəklərik. Bizi birləşdirən də elə budur. Mən özüm əvvəl hüquq fakültəsində oxuyurdum. 3-cü kursa kimi bir təhər oxudum. Amma bir gün başa düşdüm ki, mən hüquqçu olmaq istəmirəm. Evdəkilər dəlı oldular - “Ondan yaxşı sənət var ki? Həmişə çörəyin olacaq”. Dedim, əgər iştah yoxdursa çörək nəyimə gərək? Dedim rəssam olmaq istəyirəm. Amma evdə bu fikir onlara gülünc gəldi. Məni çox danladılar. Bütün yaxşılıqları başıma vurdular. Universitetin illik ödənişlərini yadıma saldılar. Anam dedi, iki il də dözüm sonra rəssamlıq da eləyərəm. Atam dedi ki, yaxşı çəkmək istəyirsən çək, amma dərsdən sonra. Amma mən dərsə getmək istəmirdim. Zəhləm gedirdi quru-quru qaydalardan.
Mən dedim:
- Aslan, səni çox yaxşı başa düşürəm. Bəs sən nə etdin?
- Nə etdim? Heç nə, gizlicə dekanlığa gedib ərizə yazdım ki, çıxıram universitetdən. Ondan sonra özümü axır ki, azad hiss elədim. Hər gün rəsmlər çəkirdim. Mən xoşbəxt idim. Valideynlərim şoka düşmüşdü. Əslində istəmədiyin gözəl fakültədə oxumaq sevmədiyin gözəl qızla evlənmək kimidir. Amma indi çirkin də olsa öz sevgilimin yanında idim - mənim sevimli fırçamın. Cəmiyyət hələ 100 il də böyüməlidir ki, mənim əslində düz etdiyimi başa düşsün. Mən arzuma çatmışdım.
Günlərin bir günü məni əsgərliyə çağırdılar. Mənim tamam yadımdan çıxmışdı ki, dövlət adlı qəribə bir qurumun əsgərlik adlı mənasız bir orqanı var. Onlar məni aparmağa gəlmişdilər. İnsanı heç kəs rahat buraxmır. Bəlkə mən getmək istəmirdim? Bəlkə mən əsgər olmaq istəmirdim? Amma bu fikirlər çox təhlükəli idi. Mənə vətən xaini deyərdilər. Çünki belə bir söz var ki, bu torpaqda böyümüsənsə bu torpağa borcunu qaytarmalısan. Ana vətən əsgərliyə çağırır. Amma mən heç vaxt görməmişəm ki, torpaq ağzını açıb desin ki “Oğul, sən mənim üstümdə gəzirsən, get mənə borcunu qaytar”. Deyən dövlətdi. Dövlət isə Vətən deyil. Malı mala qatmaq olmaz.
Nə isə, getdim əsgərliyə. Bütün rəssamlıq həvəsimi də orda öldürdülər. Yadıma gəlir ki, əsgərlikdən əvvəl ancaq işıqlı rəsmlər çəkərdim. Günəş, uşaqlar, kəpənəklər. Amma əsgərlikdən sonra elə bil bütün nifrətimi kağızlara köçürürdüm. Ancaq qoca eybəcər qırışlı üzlər, çürümüş meyvələr, xarabalıqlar çəkirdim. Əslində bununla ürəyimi boşaldırdım. Sonra sərgi keçirdim. Sərgidən sonra mənə zəng gəldi - bu, A idi. Mənim bütün həyatım o zənglə dəyişdi. A mənim rəsmlərimi görmüşdü. Elə bil içimdəki bütün sıxıntıları rəsmlərdən oxuyubmuş kimi mənimlə danışırdı. İndi də gördüyün kimi mən buradayam.
Mən axır məni ən çox maraqlandıran sualı verdim:
- A kimdi ki?
Aslan özünü eşitməməzliyə vurdu:
- Abbas da çox qəribə həyat yolu keçib. Atası ilə Rusiyaya getmişdi. Amma millətçilər atasını öldürmüşdülər. Abbas isə bir təhər canın qurtara bilmişdi. Bakıya qayıdanda dayısı onu saxlamağa başlayıb. Bir müddət MTN-də işləyib. Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda gözəl bir varlanmaq üsulu var. Əgər kiminsə pullarını hər kəsin gözünün qabağında oğurlasan, tutaq ki 100000 dollar pul oğurlasan. Məhkəməyə 50000 dollar rüşvət verib işi tər təmiz uda bilərsən. 50000 dollar da özünə qalar. Amma deyirdi ki, əvvəlcə xırda bizneslə başlayın. 3000 dollar oğurlayıb məhkəməyə 2000 dollar verin 1000 dollar qabaq düşün. Eləcə də o bir çox qeyri qanuni, amma cəzası olmayan üsullar bilir. Bir kredit kartından eyni pulu iki dəfə çıxartmaqdan tutmuş Bakıda heç bir vergi düşməyən nöqtələrə qədər.
Mən yenə soruşdum :
- Bəs A kimdi?
Aslan susdu. Sonra dedi:
- Elə suallar var ki, onların cavabı yoxdu...

[cavab]

pol sindirella1 17 May 2013 / 19:09
HAVA, OD, SU, TORPAQ

Abbas gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı:
- Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün.


H.O.S.T

Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.

Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.

Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.

Bu mətni tam anlaya bilməmişdim. Amma onda nə isə qəribə bir doğmalıq hiss olunurdu. Birdən-birə beynimə təzyiq gəldiyini hiss etdim. Az qala huşumu itirirdim. Mətnin şüuratı təsiri vardı. Özümü pis hiss etməyə başladım. Sonra bir də oxudum. İçimdə hansısa bir sıxıntı yaranadı. Çox qəribə idi. Elə bil sözlərdə hansısa gizli bir şifrə, kod var idi. Onu tapmağa çalşırdım. Abbasın səsi fikirlərimi yayındırdı:
- A dedi ki, bu vərəqləri hər yerdə paylayaq. Bu gün bir çox ali məktəblərə paylamışıq. Arxada əlaqə internet ünvanı da var. Bizə məktub yazırlar. Məncə bu sözlərdə nə isə gizli bir şey var. Çünki onlardan sonra elektron ünvana xeyli məktub gəlib. Intihar etmək istəyən, depressiyada olan gənclər öz dərdlərini danışırlar. Onlara heç kəs deməyib ki, bizdə belə bir qayda var. Onları heç kəs məcbur etməyib ki, tanımadıqları ünvana bütün həyatlarını yazsınlar. Məktubları da sizə paylayaram. Özünüz görəcəksiniz.

Aysel yadıma düşmüşdü. İstəyirdim ki, iclası saxlayıb Ayseli necə sevdiyimdən danışım. Sonra Aslana baxdım. Onun gözləri dolmuşdu. Ümumiyyətə içəridə olan hər kəsdə qəribə bir narahatlıq vardı. Bircə Abbas rahat idi.
O deyirdi:
- Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz tanıdığımız insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal,

[cavab]

pol sindirella1 17 May 2013 / 19:10
dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən ölür. Ölənlərin 60 %-i 5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 2007-ci il üçün dünya gəlirinin 80 %-i dünya əhalisinin 15 %-inə çatır. Burda bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta aylıq maaş 30 dollardır.
Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır.
Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas edə biləcək pul narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub? Yox, bu qədər ədalətsiz dövr hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz?
Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud, MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, cərrahiyyəyə ehtiyac yaranır. “Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var.
Bu sözlərdən sonra mən Abbasa dedim:
- Sual vermək olar?
- Buyur. Burda hər şey olar.
- Mən bir şeyi başa düşmədim. Sistemə qarşı döyüşməklə necə xoşbəxtliyə çıxmaq olar ki? Dağıtmaq, sındırmaq - axı bu düz olmaz. Əslində düzəltmək lazımdır. Dağıtmaqla necə xoşbəxt ola bilərik ki?
- Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır.

[cavab]

← 1 2 3 [4] 5 6 ... 11 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.199 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az