QARAQAN (ROMAN)

pol sindirella1 16 May 2013 / 21:39
MENveSEN, qaraqanin A romani

[cavab]

pol sindirella1 16 May 2013 / 22:27
DOGUKAN, deymez

[cavab]

pol HOSTcu_girl 16 May 2013 / 23:11
Men A ve MELEK romanin oxumuwam

[cavab]

pol sindirella1 17 May 2013 / 00:56
QARAQAN A ROMANI (bolm 2)
Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı. Hər şey bu cür olmalıdır. Bu bizim bağlandığımız dirəkdir. Mən də bu dirəyi qırmaq qərarına gəldim. Həyətdən çıxan kimi dedim ki, düz gedəcəm. Nə qədər gedə bilsəm gedəcəm. Nə xəritəm vardı, nə də başqa bir şey. Sadəcə düz. Nağıllardakı kimi. Dərələr-təpələr hündür-hündür binalara cevrilmrşdi. Ağ atımı hərdən taksi, hərdən avtobus əvəz edirdi. Qılıncım hesabında 1000 dollar olan kredit kartım idi. Mənim haqqımda dillərdə gəzəcək dastanları isə portfelimdəki gündəliyimə özüm yazırdım. İçimdə dəhşətli bir həvəs oyanmışdı. Mən ilk dəfə öz taleyimlə görüşə gedirdim. Yolda müxtəlif insanlar görürdüm. Onlar danışmağa o qədər də meylli deyildilər. Avtobusda oturan kişidən soruşanda “Necəsiz?” çox təəccübləndi. Heç səsini də çıxarmayıb başını yellədi. Elə bildi ki, sərxoşam. Mən bir də soruşdum: “Necəsiniz?”. Yenə cavab vermədi. “He , he cavab vermirsiz...”, – dedim. Ona bir lətifə danışdım. ”İki mavi avtobusda oturur. Biri o birinə deyir ki, “gəl sevişək”, o da deyir ki, “ayıbdı, qabaqda adamlar oturub”. Birinci mavi əl çəkmir ki, “nə olsun adamlar oturub ee, onlar bizə fikir vermir, heç eşitmirlər də.. İnanmırsan bax...” Mavi avtobusdakılara üzünü tutub: “Ey kim deyər saat neçədir?”,- soruşur. Heç kəsdən səs çıxmır. Onda mavilər işə başlayırlar. Bir müddət sonra qabaqda oturan qoca bir kişinin ürəyagrısı tutur. Ürəyini tutub əsməyə başlayır. Sürücü narahat olur:
- Ay baba, nə olub?
- Pristupdu. Ürəyim tutub.
- Dərmanın yoxdu ?
- Yox bala yoxdu.
- Bəs niyə içəridəkilərdən soruşmursan? Bəlkə kimdəsə validol var?
- Eh, soruşmaq olur ki, bayaq biri saatı soruşdu onu arxada bilirsən neylədilər?” Ha, ha , ha ha ...
Amma kişi gülmədi. Bilmirəm niyə insanlar bu qədər soyuq olub.
Yavaş-yavaş şəhər mərkəzindən uzaqlaşırdım. Gecələri gah kiçik otellərdə, gah bağlardakı skamyalarda yatırdım.Yəqin evdəkilər məni axtarırdılar. Mənsə geri qayıtmaq istəmirdim. Nə həmişə deyinən valideynlərin yanına, nə həyasız sevgilimin yanına, nə də ki, cındır redaksiyama.

[cavab]

pol sindirella1 17 May 2013 / 00:57
bolum 3
Tək gəzmək doğrudan da əla şeydir. Ən adi yemək yeməyi misal çəkim. Dostlarımla, ya da sevgilimlə yemək yeyəndə gərək bahalı bir yerdə oturaydım. Amma indi harda gəldi dönərdən, peroşkidən yeyirdim pulum da özümə qalırdı.Yemək də ki, həmin yemək. Hərdən yeməyin yeyilməkdən əvvəlki görünüşünə yox, yeyilib ifraz olunandan sonrakı görünüşünə baxın. Onda görəcəksiniz ki, yeməklər eynidir. Hər halda bunu sonradan görürük. Heç vaxt ifrazata baxıb bozbaşı pitidən seçə bilməzsən. Elə iəs fərqləndirmək nəyə lazım? Bütün bu səyahətimin bircə məqsədi vardı. Özümə uyğun həyat tapmaq. Bilirsiniz, həyat paltar kimidir. Əvvəlcə biz dükanda ən öndə olan paltarı görürük. Təsəvvür edin ki, hamı dükana girir və birinci qarşısına çıxan paltarı alır. Belə olmur axı. Gərək özünə uyğununu seçəsən. Həyat dükanında da birinci paltar ”Məktəb-İş-Ailə”-dir.
Deyə bilərsiniz ki, sizin həyatınız fərqlidir. Ola bilər siz “məktəb-iş-ailə” paltarının bir rəngini geyinirsiniz, qonşunuz başqa rəngini, ya da ki başqa ölçüsünü. Amma tərz etibarilə eyni modeldir. Başqa modelləri isə gərək axtarasan. Məsələn, Tibet monaxları tamam başqa tərzdə yaşayırlar. Ya da ki, fahişələr. Bu da bir tərz cinayətkarlıqdır. Başqa bir tərz Hollivud ulduzları.Ya da həyatlarını orduya həsr edən paqonlu adamlar. Mən də öz həyatımın mənasını axtarmaq istəyirdim. Yoxsa axın məni də sizin kimi sıradan birinə, evinə yem daşıyan adi qarışqaya çevirəcəkdi. ”Cırcırama və qarışqa” hekayəsini eşitmisiniz də. Bütün yayı cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir. Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı, xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm.
Bakının mərkəzi küçələri geridə qaldı. Mikrorayonlardan keçirdim. Hava isti idi. Ona görə əlavə paltara o qədər ehtiyac olmurdu. Köynəyim çirk olan kimi su tapırdım, yuyub çiynimdəcə qurudurdum. Şamaxinka tərəflər lap isti idi. Avtobusların istisi-tüstüsü, çayxanalardakı armudu stəkanlar, bağıra-bağıra nəsə deyən insanabənzərlər, yayın cırhacırında yun paltarlı nənələrin yun paltarın üstündən bellərinə bağladıqları şal adamı lap bir təhər edirdi. Ordan avtobusa minib Şamaxıya gedəcəkdim. Arada bir iki saatım vardı. Yaxında bir bina gördüm. Dedim qalxım görüm bir saat harda qalıram. Çayxanada oturmaq istəmirdim. Binanın birinci mərtəbəsində qapını döydüm. İçəridən səs gəldi: “Kimdi?”. Dedim ki, adım Anardı, siz məni tanımırsız. Yenə səs gəldi: “Nə istəyirsiniz?” Cavab verdim: “Heç nə, elə-belə gəlmişəm”.. Sizcə qapını açdılar? Düzdü açmadılar. Heç siz də açmazdnız. Heç mən də açmazdım. Bəlkə oğrudur? Bəlkə bizi öldürəcək? Amma həmin an ondan məzəli məşğuliyyət tapmamışdım. Bir-bir qapıları döyürdüm. Eyni suallar, eyni cavablar. Axırda bir qapını açan oldu. Bu 4-cü mərtəbədə yaşayan pəzəvəng idi. Keçəl başı elə bil ki, çay daşından idi. Bədəni də ki heç qapıya sığmırdı. Başımı 90 dərəcə qaldırıb divin sifətinə baxdım. Sifətində bir dənə də olsun emosiya yox idi. Div kimi baxıb soruşdu:
- Sən kimsən ə?
- Anar .
Tərs-tərs baxıb soruşdu:
- Nəyə gəlibsən?
- Heeç, elə-belə.
- Ə-ə, sən səysən yoxsa məni doluyursan?
-Yox, o nə sözdü. Doğrudan elə-belə gəlmişəm. Darıxırdım, dedim gəlim sizə qonaq.
- Əə, sən lap ....... san əə səni ..
- Niyə söyürsən, istəmirsənsə gedə bilərəm.
Yavaş-yavaş geri çəkilməyə başladım. Div də üstümə gəlib dedi:
-Əəəəə, hara gedirsən əəə? Gə bura görüm..Səni .... ay....
Davamını eşitmədim, çünki qaçırdım. Elə dalımca söyə-söyə qapısını çırpdı. Görürsünüz, adi qonağı necə qarşılayırıq. Ya qorxub qapını açmırıq. Ya da ki, qapını açıb qorxuduruq. Görəsən niyə insanlar bu qədər qəribə idilər?

[cavab]

pol sindirella1 17 May 2013 / 00:57
bolum 4
Bakı ilə belə sağollaşıb avtobusa mindim. İki saata Şamaxıya çatdım. Burada camaat bir az başqa cür idi, az da olsa qonaqpərvərlik vardı. Bilmirəm niyə belədir. Kiçik şəhərlərdə, kəndlərdə insanlar daha istiqanlı olur. Amma paytaxtda belə deyil. Şamaxıdan sonra İmayıllıya qalxdım, ordan Qəbələyə. Böyük Qafqazın çox hissəsində oldum. Kəndləri gəzdim, müxtəlif insanlarla tanış oldum. Çoxu mənə turist kimi baxırdı. Gündəlik yazdıgımı görəndə elə bilirdilər yazıçıyam. Yuxarı dağ kəndlərinin birində kasıb bir kişi ilə maraqlı söhbətimiz alındı.

Onların qonağı idim. İki gün dincəlib yoluma davam edəcəkdim. Kişinin heç kəsi yox idi, tək yaşayırdı. Mənə də maraqlı gəldi ki, görəsən niyə tək yaşayır? O da “eh bala” deyib xatirələrini danışdı.”Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, elə bu kənddə də qocalmışam.Yəqin bu kənddə də öləcəm. Mənim arvadım varıydı, yaxşı hörmətli kişinin qızıydı. İki oğlumuz oldu. Oğlanlar böyüdülər, evləndirdim, köçdülər şəhərə. Sonra balaca oğlumu xəstəlik apardı. Böyük oğlum da ailəsi ilə köşdü Rusyetə. Mənə da arvadımla qaldım burada. Bax o inəyləri aparıb otarırdım. Arvad çörək bişirirdi. Axşam üstü inəyləri gətirirdim. Toyuq-cücəyə baxırdıx. Sonra arvadın vaxtı çatdı, keçindi. Rəhmətlik qızıl insan idi. İndi də qalmışam burda təkcə”. Soruşdum niyə oğlunuzun yanına getmirsiniz. Dedi ki, bu yerlərə çox öyrəşib. “Heç yana getmərəm. Bu evdə mənim atam yaşayıb. Onun atası yaşayıb”.
Utandım soruşmağa ki, bəs indi nə edirsiniz? Və ya nəyi gözləyirsiniz? Ya da ki, bir ay sonra nə etmək istəyirsiniz? Çünki bu sualların cavabı yox idi. O heç bu haqda düşünmürdü. Sadəcə yaşayırdı. Görəsən bütün qocalar belədir? Onlar nə fikirləşirlər? Mənim nənəm deyirdi ki, bircə sənin universitetə daxil olmağını görüm day heç nə istəmirəm. Universitetə daxil olandan sonra dedi ki, bircə toyunu görüm heç nə istəmirəm. Ondan sonra da yəqin deyəcəkdi ki, bircə oğlunu görüm daha heç nə istəmirəm. Bəs sonra nə deyəcəkdi? Bircə xoş gününüzü görüm, heç nə istəmirəm. Sonra da bircə oğlunun məktəbə getməyini görüm.. Lap nağıldakı kimi. Bir kişi günah etdiyinə görə mələklər onu cəzalandırırlar. Cəzası da ölümsüzlük olur. Kişi ölmür. Həmişə cavan qalır. Bu ilk baxışdan əla görünə bilər. Həmişə cavansan. Amma təsəvvür edin ki, kişinin sevgilisi olur. Sonra sevgilisinin qocalmağını görür. Gözünün qarşısında uşaqları ölür. Nəvələri qocalır. Sonra onlar da ölür. Kişi nəvəsinin nəvəsinə aşiq olur. Evlənir. Sonra o da qocalır. Bunu görəndə başqa şəhərə qaçır. Orada da ailə qurur. Dostlar tapır. Amma hamısı bir gün məhv olub gedir. Onda kişi dövlətinə, vətəninə xidmət eləməyə başlayır. Amma illər ötür, sərhədlər dəyişir, yeni millətlər əmələ gəlir, yeni dövlətlər qurulur. 300 il ərzində kişinin 15 vətəni olur. Günün birində kişi özünü öldürmək istəyir. Amma ölə bilmir. Başlayır özü kimi ölümsüzləri axtarmağa. 500 il, 1000 il keçir, heç kimi tapmır. Tək-tənha qalır. Bu illər ərzində o qədər bilik toplayır ki, artıq insanlarla da ünsiyyətə girə bilmir. Çünki 50 illik həyat təcrübəsi olan insanlar onun qarşısında 5 yaşlı uşağa bənzəyirlər. Kişi həyatın içini də çölünü də bilir. Bütün ölkələri gəzir. Dənizlərin qurumasını görür. Bəzi heyvanların nəslinin kəsilməsini şahidi olur. Çoxlu var-dövlətə sahib olur. Hərəmxana açır. Sərvət sahibi olur. Artıq içində heç kimə qarşı sevgi olmur. Bütün günlərini eyş –işrətlə keçirir. Ölüm qorxusu olmadığından, həm də ölüm onun üçün gizli qalan yeganə sirr olduğundan nökərlərinə əmr edir ki, onu edam etsinlər. Onun əl- ayagını doğrayıb, başını kəsirlər. Sonra bədənini yandırırlar. Amma səhəri gün o yenidən yeni bir cilddə peyda olur. Gah dənizin sahilində, gah mağarada, gah meşənin içində, gah küçələrin arasında. Vəziyyəti belə görüb başlayır ibadətə. Hər şeyi atıb günlərini məbədlərdə keçirir. Amma hər dəfə yeni dinlər yaranır, yeni peyğəmbərlər gəlir. O da hər dəfə yeni dinlərə qoşulur ki, bəlkə Allah onu bağışlayar. Amma ölüm gəlmir. Onda kişi başlayır insanları öldürməyə, fəlakətlər törətməyə, gəmiləri deşir, evlər yandırır, ordular qurub dünyanı idarə etməyə çalışır. Çox zaman da bu alınır. Kişi ən güclü sərkədə olur. Onu öldürürlər. O isə başqa cilddə peyda olur, başqa bir dövləti idarə edir. Bu işdən də bezəndə rəssam olur, sonra şair, sonra balıqçı, sonra müğənni və bir gün hər şeydən bezir. Onda dəli olur. Ağlını itirir. Başlayır hər kəsə bəyan eləməyə ki, hər dəfə yeni cilddə dünyaya gəlir. Amma insanlar ona inanmırlar. O keçmişdən danışır. Sirrlərdən danışır. Deyirlər ya falçıdır, ya cadugər. Və onu yenidən edama, ya da ki zindana aparırlar. Bu nağıl bitmir. Sonda heç nə deyilmir. Deyilənə görə bu nağılı elə həmin kişi özü yazıb. O indiyə qədər bizim aramızdadır. Sadəcə artıq yorulub. Çox yorulub. O bizə baxır və susub yanımızdan keçir. Onun baxışları dərinlərə, çox dərinlərə zillənib. Onun bu həyatda heç kəsi yoxdur. O təkdir.

[cavab]

pol sindirella1 17 May 2013 / 00:58
BOLUM 5
Bu kişinin də heç kəsi yox idi. Niyəsə ona baxanda həmin nağıl yadıma düşürdü. Amma bu kişi artıq qocalmışdı. Ayaqları güclə tərpənirdi. O biləndə ki, mən elə belə gəzirəm, macəra axtarıram, 3 atından birini mənə verdi. Bu qapqara ata görə kişiyə minnətdarlıq bildirib yoluma davam etdim. Atın belində özümü lap qəhrəman kimi hiss edirdim. Ömrümün son bir ayı əvvəlki bir ilindən maraqlı idi. Mən inanırdım ki, bu səyahət məni sonda harasa çıxaracaq. İnanırdım ki, taleyimlə qarşılaşacam. Düzdü 21-ci əsrdə sehrli heç nə ola bilməzdi. 21-ci əsr “Hər şeyin bir rasional açıqlaması var” əsri idi. 21-ci əsr “Oğlum, ya pul qazan ya da pul qazan“ əsri idi. Və bu cındır dövrdə heç nə baş verə bilməzdi. Ən qeyri adi hadisə də 100 % hansısa şou proqramın gizli çəkilişlər zamanı göstərdikləri priyomlardan başqa bir şey olmayacaqdı. Amma bu baş verdi. Möcüzə. Mən doğrudan da tale axtarmağın nəticəsini gördüm. Hər şey iyulun 27-si baş verdi. Bu günə qədər bu tarix yadımdadır. Atdan enib bulaqda əllərimi yuyurdum. Son 3 gün ümumiyyətlə bir nəfərə də rast gəlməmişdim. Bu dağlarda artıq heç kəs yox idi. Amma yol uzanırdı. Mən də getmək istəyirdim. Atımı sığalayıb yaş əski ilə belini sildim. Hava çox isti idi. İstəyirdim bir az sərinləsin. Sonra foto aparatla dağların şəklini çəkdim.Yol boyu çoxlu şəkil çəkmişdim. İstəyirdim bu günlərdən bir yadigar qalsın. Bir az da dincələndən sonra atı minib yoluma davam etdim. Günəş zeniti keçmişdi. İndi yavaş yavaş qərbə doğru əyilirdi. Atı yavaşca sürürdüm. Tələsəsi yerim yox idi. Elə növbəti təpəni aşmışdım ki, açılan məzərə məni valeh etdi. Belə gözəl çəmənlik görməmişdim.Yaşıl otların arasında əlvan çiçəklər. Çəmənliyin qırağı ilə qaçışan iki ceyran. Elə bil cənnətə düşmüşdüm. Əsasən də şahzadəyə görə. İstəyirsiz inanın, istəyirsiz inanmayın. Çəmənliyin ortasında ağ atın belində gözəl bir şahzadə yavaş-yavaş at sürürdü. Bu, kənd qızı deyildi. Əsl şahzadə idi. Qolları qızıl bilərzikli, ipək saçlı, bəyaz uzun donlu şahzadə. Mən də qara atımı sürə-sürə ona yaxınlaşdım. Artıq üz-üzə gəlmişdik. Donub qalmışdım. Elə həmin an bizim atlarımız bir-birinə yaxınlaşdı. Bunu nə mən etdim, nə də o. Elə bil ki, atlar bir-birinə vurulmuşdular. Mən gözlərimi şahzadənin mavi gözlərindən ayıra bilmirdim. Bilmirəm, bəlkə zaman geri çəkilmişdi, bəlkə mən nağıla düşmüşdüm, bəlkə o, nağıldan gəlmişdi. Amma həqiqi şahzadə mənim üzümə baxıb gülümsəyirdi. Biz bir-birimizə heç nə demirdik. İkimiz də donub qalmışdıq. Özümdən asılı olmayaraq atdan düşüb ona yaxınlaşdım. Əlimi uzatdım. Lap nağıllardakı kimi əlimdən tutub atdan düşdü. Artıq ondan gələn inanılmaz ətri də hiss edirdim. O hələ də mavi gözlərini məndən çəkmir, gülümsəyirdi. Mən də gözümü gözlərindən çəkə bilmirdim. Bir dəqiqə də sükut içində keçdi. Əlimi hələ də əlindən buraxmamışdım. Özümdən asılı olmayaraq ona bir az da yaxınlaşdım.Və yavaşca əyildim. İndi bizim dodaqlarımız bir-birinə toxunurdu. Mən onu öpürdüm, o də məni. Bu inanılmaz bir şey idi - ilk baxışdan məhəbbət idi. Biz sanki bir bütövün iki parçası idik. Mən inana bilmirdim. Bu sehr idi. Bu möcüzə idi. Amma uzaqdan gələn səs bu möcüzəni pozdu.
“EEEyyy, eeyyy. Neyləyirsən? Bu o deyil. Aysel, bu o deyil!” Bu sözləri eşidəndə şahzadə geri çəkilib təəccüblə mənə baxdı. Mən də donub qalmışdım. Sonra soldakı dağın başına baxdı. Orada dörd kişi vardı. Qabaqlarında da ştativ, kamera və s.
Onlardan biri yenə bağırdı.
-Aysel, neyləyirsən sən? Demədik ki, oğlan ağ atda gələcək? Sən nə edirsən?
Şahzadə bir də mənə baxdı, sonra atıma baxıb qışqırdı.
-Bəs hanı oğlan? Niyə gəlmir? Bu kimdi bəs?
Dörd kişidən ikisi bizə yaxınlaşdı. Mən heç nə başa düşə bilmirdim.
- Ay qız, nə bilim bu kimdi. Çobandı nədi. Hər halda bizim oğlan deyil. Hər gördüyünü öpməlisən?
Şahzadə dedi:
- Nə bilim eee, dediniz ki, oğlan gələcək mən də onu öpməliyəm. Nə bilim bu deyil? Heç qoydunuz ki, aktyorlarla tanış olum.
Kişi dedi:
- Vaxt yoxdu hamınızı tanış etməyə. Əhh. Bir klip çəkiriy. Başımıza oyun açılır. Əhh, axırncı işimdi mənim. Oğlan qalıb dee o təpənin başında. Atı sürə bilmir gic oğlu gic.

Bu sözləri deyib üzünü mənə tutdu.
- Bəs sən kimsən ?
Bilmədim heç nə deyim. Deyəsən çox pis vəziyyətdəydim.
- Mən Bakıdan gəlmişəm. Səyahət eləyirəm.
Kişi üzünü turşudub dedi:
-Bakıdan gəlib. Əhh. Bəyəm Bakıda hamı tanımadığı qızı basıb öpür? Xəstəsən nəsən? Görmürsən burda çəkiliş gedir? Bakıdan gəlib.. Buna bax..
-Mən.. ıı..- deyəsi sözüm yox idi. Onda qız dedi:

[cavab]

pol sindirella1 17 May 2013 / 00:58
BOLUM 6
-Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm. İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin.
Kişi ikimizə də baxıb dedi:
- Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa çıx meydançadan.
Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel, fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O gülümsəyib dedi:
- Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim saxlayır?
Mən fikirləşmədən cavab verdim:
-Hər kim saxlayır. Hər bir şahzadənin dizində yatan div olur.
Operator da qəhqəhə çəkib dedi :
- He-he-he, şahzadə, div. Bəs sən kimsən, Məlikməmməd? He-he ..Allah səni güldürsün.. Lap yerinə düşdü. Səhərdən bir zibili çəkə bilmirik bezmişəm lap.
Operatorun yanındakı daşda oturdum. Çəkiliş meydançasına uzaqdan bir ağ atlı gəldi. Qıza yaxınlaşdı və qucaqlaşdılar. Yenə də kök rejissor bağırmağa başladı:
-Aysel, nə olub sənə? Qucaqlamaq yox, öpmək lazımdır, öpmək.
Aysel rejissora yaxınlaşıb:
-Mən onu öpməyəcəyəm,- dedi.
Rejissorun gözləri kəlləsinə çıxdı:
- Necə yəni öpməyəcəksən?
- Görmürsən nə gündədi? Necə öpüm ee onu..Sifəti gör nə iyrəncdi.
- Ay qız, sən onun sifətini nəyləyirsən. Kameraya düşmür sifəti. Heç kəs görməyəcək.
- Nə olsun ki, heç kəs görməyəcək. Mən ki görürəm. Sonra hər klipə baxanda bu sifət yadıma düşəcək.
Şahzadənin bu danışıqlarından niyəsə xoşum gəlirdi. Həm də məni öpmüşdü axı. Deməli məndən xoşu gəlmişdi. Mənə tərəf işarə edib sakitcə rejissora nə isə dedi. Sonra çəkilib kölgəlikdə oturdu. Rejissor ona baxdı, mənə baxdı, dərindən “fufff “ eləyib atlı oğlana yaxınlaşdı. Sonra məni çağırdı.
- Oğlum, sənin adın nə oldu?
- Anar.
- Anar, hmmm...Anar sən klipə çəkilmək istəmirsən? Bu qız deyir ki, səninlə çəkilmək istəyir. Əlavə heç nə eləmək lazım deyil. Elə bayaqkı kimi gəlib öpəcəksən.
Sözsüz ki, mən də razılaşdım. Kim razılaşmaz ki? Bu dəfə mənə təmiz paltar və ağ at verdilər. Artıq şahzadə ilə şahzadə görüşürdü. Yenə də eyni şey təkrar olundu. Mən atla yaxınlaşdım. Sonra onu öpdüm. Bu dəfə daha möhkəm və uzun öpüş oldu. Elə bil hiss etmişdim ki, onunla çox uzun müddətə ayrılacağıq. Öpüşümüz bitmişdi. Amma gözlərimiz ayrıla bilmirdi. Mən dəqiq bilirdim ki, o oynamır. İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub. Ola bilməz? Ola bilərdi. Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq. Amma bu ola bilərdi, olmuşdu. Rejissor uzaqdan əli ilə işarə etdi ki, əl-ələ tutub çəmənlikdə gəzişək. Onun incə, yumşaq, isti əllərindən yapışdım. Bu mənim şahzadəm idi. Mən 21-ci əsrin ortasında şəhzadə axtardım, nağıl axtardım. Allah da mənim arzularımı ürəyimdə qoymadı. Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti – heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim - mənim Ayselimin, mənim şahzadəmin.
Çəmənliyin qırağında mənim qara atımın yanında dayandıq. Çəkiliş qurtardı. Rejissor gəlməyimizi işarə etdi. Amma Aysel gözünü məndən ayırmırdı. Nə isə soruşmaq istəyirdi. Yəqin ki, adımı soruşacaqdı. Mən də hazırlaşdım. Gözlərini gözlərimə zilləyib soruşdu:
-Sən məni sevirsən?
Bunu heç gözləmirdim. Amma çox da fikirləşməyə dəyməzdi. Cavabım qəti idi.
-Hə. Bəs sən?
-Mən də.
Onda vəziyyətin çətinliyini başa düşdüm. Bu baş vermişdi. İlk baxışdan məhəbbət.
Amma bayaqkı operatorun sözü də ağlımdan çıxmırdı. Onu kimsə saxlayır. Kim ola bilərdi? Bəlkə hansısa varlı bir kişi? Bəlkə hansısa vəzifəli adam? Bəlkə hansısa cinayətkar, bankir, ya narkobaron? Mən xoşbəxtliyimin əlindən tutmuşdum. Onu buraxmaq istəmirdim. Sağ tərəfə baxdım. Rejissorun başı operatorla söhbətə qarışmışdı. Sonra sola baxdım. Mənim qara atım məni gözləyirdi. Sonra düz baxdım. Uzun bir yol vardı. Cığır dağların arasından keçib gözdən itirdi. Bu mənim yolumun davamı idi. Ayselə baxıb dedim:
-Gəl gedək.
- Hara?
Dedim:
-Düz.
Sonra atın belinə qalxdım. Əlimi uzatdım, o da oyan-buyana baxıb əlimdən yapışdı. Rejissor hələ də söhbət edirdi. Biz isə atın belində yaşıl təpələrin arasıyla get-gedə gözdən itirdik.

[cavab]

pol sindirella1 17 May 2013 / 00:59
BOLUM 7
Göydən üç alma düşmədi

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.


Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim:
- Soyuq deyil?
-Yox , soyuq deyil. Olar bir sual verim?
-Ver.
- Sən yaxşı insansan?
Mən bir az duruxdum:
-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan?
Aysel gözlərini qaçırtdı:
- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım.
- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? Niyə bu qədər qorxursan?
- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə qorxu. Bir müddət sonra onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox.

[cavab]

pol sindirella1 17 May 2013 / 01:00
BOLUM 8
Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm.
Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil itirilmiş bir dostunu tapırsan və xəbər tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən bilməmisən. Bəlkə mən əvvəllər Ayseli görsəydim heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim.
Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq.

Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim:
-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan sənə hər şey edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla.
Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim:
- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam.

O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi.

[cavab]

← 1 [2] 3 4 ... 11 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1559 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az