Hekaye - Şeytan
Sudden_Death
16 May 2013 / 05:08
Yaşlı qadın olduqca Allaha bağlı
bir adam idi. Hər səhər
qapısının ağzına çıxar və uca
səslə: " Allahım, bizə verdiyin
hər şey üçün sənə şükürlər
olsun! " - deyə dua edərdi. Hər
dəfə də yan qonşusunun səsi
eşidilər, qonşusu səsi çıxdıqca: "
Allah yoxdur, Allah yoxdur! " -
deyə fəryad qoparardı. Yaşlı
qadın bundan nə qədər incisə
də, sözündən dönməzdi. Ertəsi
gün yenə qapısının ağzına çıxar,
dua edər, sonra evinə
qayıdardı. Qonşusu da inad
olsun deyə ar gücü ilə " Allah
yoxdur, Allah yoxdur! " - deyib
təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına
" tələ qurmağı " qərara aldı.
Dükana gediv meyvə, tərəvəz,
çörək aldı. Doldurduğu torbaları
yaşlı qadının qapısının ağzına
qoydu. Ertəsi gün yaşlı qadın
qapını açıb torbaları gördü.
Əvvəlvə təəccübləndi, sonra
əllərini Allaha açıb sevinclə, "
Sənə şükürlər olsun, Allahım.
Göndərdiyin bu nemətlər üçün
sənə şükürlər olsun! " - deyə
dua etdi. Bu vaxt ağacın
arxasından ona tamaşa edən
qonşusu səsləndi: " Allah
yoxdur, qadın, Allah yoxdur! O
gördüyün şeyləri sənə mən
aldım! " . Yaşlı qadın heç halını
pozmadı və bu ibrətli sözləri
dedi: " Uca Allahım! Sənə nə
qədər şükür etsəm, yenə azdır.
Həm bu nemətləri mənə
göndərmisən, həm də xərcini
şeytana ödətdirmisən " ...
[cavab]
Xalide
16 May 2013 / 05:17
Cox gozel!süper...qadin ne gozel deyib,Allahi dananlar,özlerini mehv edirler...
[cavab]
Qaynar
16 May 2013 / 06:06
Elaaa
[cavab]
Dark-Host
16 May 2013 / 11:40
ALLAH QOYSA. 2o mərhələ olum gor sızə nə hekayələr yazajam
[cavab]
sindirella1
16 May 2013 / 15:14
Dark-Host, inwallah
[cavab]
Azenec
16 May 2013 / 16:05
BUNA TELE DIYIRSEN SN?
[cavab]
Sudden_Death
16 May 2013 / 16:08
cox sagolun :)
[cavab]
Bölmeye qayıt
0.1611 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az