Sənk yu (THANKYOU)

pol Sudden_Death 16 May 2013 / 04:24
Sənk yu, yevropian
ünvanımızçün sənk yu,

Bay ze taym tas yevro
qanımızçün, sənk yu.

"Dobrı" şalbandan sürüşdük
düşdük "avro"-şalbana,

Çiynimizdən düşməyən
şalbanımızçün sənk yu.

Mən bilirdim ki, səninkiynən
bizimki tutmayır,

Sən tutuzdurdun dili-
viranımızçün sənk yu.

Şərqimizdə qərbimizdir,
qəbrimizdə şərqimiz,

Şərqi derkən burcudan
oğlanımızçün sənk
yu.

Can fəda etdik Vətənçün,
bilmədik bir gün Vətən,

Ləğv edər hər bir güzəşti
canımızçün sənk yu.

Həm ayağmız yüngül, həm də
çox "sürüşkənmiş" bizim,

Bakü, İstanbul, Dubay
imkanımızçün sənk yu,

Qapları Avropaya açdıq, fəqət
meydana yox,

Bir muzeytək qorunan
meydanımızçün sənk yu.

Doq dey of Nardaran ənd
popleyşen Baku,

Yəni ki, döndərdiyin
dövranımızçün sənk yu.

Xəlqə göstərmək üçün
qeyrətmizinmiqdarını,

Lüttərə meydan açan
ekranımızçün sənk yu,

Ey Conum, gəl biz sənə hər sübh
qud moninq deyək,

Sən bizə zəbt etdiyin
şirvanımızçün sənk yu.

No it iz not eşqi-Məcnun, lonq liv
Emmanuel,

Eşqi beynəlxalq olan
dastanımızçün sənk yu.

Qulp olanda qulp qoyur, qulp
olmayanda mız qoyur,

Hər şeyə bir mız qoyan Pünhani-
mızçün sənk yu.

[cavab]

pol Xalide 16 May 2013 / 04:30
Thank you...very much..very good...

[cavab]

pol Sudden_Death 16 May 2013 / 04:31
Xalide, DEYMEZ... BEYENDINSE, NE XOW MENE :)

[cavab]

pol Xalide 16 May 2013 / 04:36
Hee,yaxsi sozlerdi..

[cavab]

pol Sudden_Death 16 May 2013 / 04:45
Xalide, )))

[cavab]

pol Xalide 16 May 2013 / 04:47
En yaxsida.."qulp olanda qulp qoyur,qulp olmayanda mız qoyur"tamamile duzdu..

[cavab]

pol Sudden_Death 16 May 2013 / 04:52
Xalide, hee. ele mene de o yeri lezzet eledi :)))

[cavab]

pol Xalide 16 May 2013 / 05:06
Heee,tamamile doğrudur..

[cavab]

pol Dark-Host 16 May 2013 / 12:01
Çoox pısdır.

[cavab]

pol *KisS_THe_RaiN* 16 May 2013 / 13:52
MöVZüÇüN "SeNK Yu" ))

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1736 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az