Ötdü cavanlıq,Qarabağ

pol Sudden_Death 16 May 2013 / 04:16
Canavar nəslinə sərf etdi
dumanlıq Qarabağ

Ki, ola onlara hər dəmdə
yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi
dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq
Qarabağ.

İrəvan xanlığını zəbt
eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə
xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona,
o birinə bu,
Belə zəncirlə gedir hökmi-
rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın
əyindən tumanın,
Fatıya olmayacaq yoxsa
tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir
kimiyik,
Gah o yanlıq oluruq, gah da bu
yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana
əzablar verdin,
Həsrətinlə sovuşub ötdü
cavanlıq, Qarabağ.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1506 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az