Qarabağ getsəəgər

pol Sudden_Death 16 May 2013 / 04:12
Məni udsun qara torpağ,
Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ,
Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir
göz görəsi,
Yaz mənim qəbrimə alçaq,
Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi
çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ,
Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni
xalqın qəzəbi,
Yetməz imdadına çildağ,
Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün
nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq,
Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-
nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq,
Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş
çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ
getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu
işə,
Atmaq üçün təzə qarmaq,
Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən,
Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ
getsə əgər.

Müəllif: Baba Pünhan

[cavab]

pol L_SimuS 16 May 2013 / 04:16
əla.belə mövzular qəşəngdi.allah rəhmət etsin baba pünhana.

[cavab]

pol Sudden_Death 16 May 2013 / 04:16
L_SimuS, AMIN

[cavab]

pol Seyfu 16 May 2013 / 04:30
Əladır

[cavab]

pol Sudden_Death 16 May 2013 / 04:31
Seyfu, TEWEKKUR QAQA

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1466 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az