'' ''Bizimkilər Motoskletnən Gedir'' ''

pol Sago 16 May 2013 / 02:31
Yağışdan əvvəl «qrom» olsun gərək,
Söz deməyə «motodrom» olsun gərək,
Dubinkanın yerinə lom olsun gərək,
Çünki çoxu özgə süjetnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir
.
Topxanadan başladı bu dığ-dığa,
Gəldi xəbər armudu kəsmiş dığa,
Vurrey ilə töküldük «Azadlığa»,
İndi ora quş da biletnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Topxanada top atdılar topçular,
Əhalini qaçırtdılar gopçular,
Düşdü məqam tutdu özün «YAP»çılar,
İndi ömür-gün kabinetnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Bu millətin dərdi var, azarı var,
Bu ölkənin mizansız bazarı var,
Bu xalqımın neçə ac yazarı var,
Söz tökülür, gilas səbətnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Ay bəri bax, pəncərədən daş gəlir,
Dəyib mənə gözlərimdən yaş gəlir,
İqtidarla müxalifət çaş gəlir,
Hərdən azıb bizim piketnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Möcüzədir, ac qalırıq, ölmürük,
Güldürürük heç özümüz gülmürük,
Köhnə nədir, tazə nədir bilmirik,
Tazə qurum, köhnə «sovetnən» gedir.
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Hərdən istəyirəm mən də tac qoyum,
Səndən acıq çıxım, səni ac qoyum,
Yan-yana məhləmdə beş qarac qoyum,
Rüşvəti «tem bolee» paketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Gedib bağ-bağatım, gedib talvarım,
Gedib göy Xəzərim, gedib bulvarım,
Əgər getsə belə, düşər şalvarım,
Çünki kəmərlər dolu neftnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Tərk eləmə düz sözü, tərkib elə,
Düzdən alıb söz, düzü tərtib elə,
Kim-kimədir, söy, sora təkzib elə,
Dava-dalaş indi qəzetnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

«Haydı» dedi, «haydı» vətən oğluna,
Ölüm-itim paydı vətən oğluna,
Gülləsini qıydı vətən oğluna,
İndi «Xiyaban»a buketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Şillə-qapazdayıq çərxi-fələknən,
Jurnalistin vur başına kötəknən,
Müxalifət mitinqə şor-çörəknən,
Amma iqtidar kotletnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Qabağa verib, dalda pusarlar səni,
Dilinə görə bir gün asarlar səni,
Yürüşə salıb üç il basarlar səni,
Məhkəmələr milli maketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Atam buralıdır, anam oralı,
Gəlinimiz də Mozambikin maralı,
Yüyür məndən üç yüz metr aralı,
Divarımız yaşıl biretnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.

Qırx küpüvün qırxı da qulpu qırıq,
Ver, Baba Pünhan yamasın fısqırıq,
Hamısına qulp qoymağa çatdırmırıq,
Çünki «Qulp»un özü mopednən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir.


Baba Pünhan

[cavab]

pol Dark-Host 16 May 2013 / 02:37
SUPERDI BRATIŞIM :)

[cavab]

pol 2012_2013 16 May 2013 / 02:37
Ela idi. ALLAH Baba Punhana rehmet elesin

[cavab]

pol Seyfu 16 May 2013 / 02:38

[cavab]

pol ARDIMINUS 16 May 2013 / 02:39
qewennn

[cavab]

pol Sago 16 May 2013 / 02:42
Sevindim :)

[cavab]

pol L_SimuS 16 May 2013 / 02:59
Allah rəhmət etsin.həqıqətı yazan şair olub.ama bu milləti ayılda bilmədi

[cavab]

pol Sago 16 May 2013 / 03:02
L_SimuS, onu heç kim edə bilmədi qaqa :/

[cavab]

pol Alik77 16 May 2013 / 03:46
Yaxşı yazıb rəhmətlik.əladı

[cavab]

pol Sahin00 16 May 2013 / 03:53
eladiiii

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1406 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az