Muellim ceza verdi.....Olen şagird.
Polad-PN
15 May 2013 / 23:18
Font Ölçüsü
«Ürəyinə güc
düşməsəydi,
uşağım ölməzdi.
Qaçırdıblar ki,
ürəyi dayanıb»
Azadın qardaşı Rəşad İlyasov:
«Məktəbdə dərsə gecikənləri
qaçırtmaq adi haldır»
Sumqayıt şəhər 17 saylı məktəbin 11-
ci sinif şagirdi Azad Ilyasov müəllimin
tənbehindən sonra dünyasını dəyişib.
Belə ki, şagird dərsə gecikdiyi üçün
müəllim ona cəza kimi məktəbin
həyətində qaçmağı əmr edib. Şagird
qaçan zaman qəflətən yıxılıb. Hadisə
yerinə həkim çağırılsa da, Azadın
həyatını xilas etmək mümkün olmayıb.
“Azada çox qaçmaq olmazdı”
1996-cı il təvəllüdlü Azad Ilyasovun
müəllimin cəzası ilə öldüyünün yalan
olduğunu deyənlər də var. Sumqayıt
şəhər təhsil şöbəsi sədrinin müavini
Vaqif Ələkbərov şagirdin ürək
çatışmazlığından dünyasını dəyişdiyini
bildirib.
“Şagird elə məktəb həyətindəcə,
dərsə girməmiş dünyasını dəyişib. Bu
gün Azad Ilyasov evdə də bildirib ki,
ürəyində ağrı var və dərman içib.
Anası dərsə getməsinə razı olmasa da,
o, özünün yaxşı hiss etdiyini söyləyib
və dərsə gəlib. Təxminən 15-20
dəqiqə sonra təcili yardım maşını
gəlsə də, artıq uşaq vəfat etmişdi”.
Məktəbin direktoru Nargilə Səfərova
olayla bağlı deyir ki, Azad Ilyasovun
halı qəflətən pisləşib: “Qaçırtmaq
məsələsi qətiyyən olmayıb”.
Ancaq mərhumun yaxınları bu
deyilənləri qəbul etmir.
Ötən gün yas yerinə gedib olayın
təfərrüatlarını öyrəndik. Biz mağarda
olanda mərhumun atası prokurorluqda
idi. O gələnə qədər Azad Ilyasovun
yaxınlarıyla, onu tanıyanlarla söhbət
etdik.
“Çox sakit, ürəyi yumşaq adam idi.
Musiqi məktəbinə gedirdi. Hadisə olan
gün adi qaydada dərsə gedib.
Gecikdiyi üçün müəllim o biri şagirdlər
kimi həyətdə qaçırdıb. Azada isə çox
qaçmaq olmazdı. Xəstəxanada
qeydiyyatda idi. Müalicə aldığı üçün
irəliləyiş də vardı. Ancaq ona çox
qaçmaq olmazdı”,- deyə yaxınları
bildirir.
Yas yerinə gələnlərdən öyrəndik ki,
Azad Ilyasovun ölümüylə bağlı onu
qaçırdan müəllimlə görüşüblər.
Müəllim həmin şəxslərə şagirdi
gecikdiyinə görə incitmədiyini deyib:
“Bizə dedi ki, Azad qaça-qaça dərsə
gəlirdi. Soruşub ki, niyə qaçırsan, o da
deyib dərsə gecikdiyinə görə.
Müəllimə yaxınlaşıb, sonra ürəyi tutub,
dünyasını dəyişib. Belə nağıl olar?
Məlikməmmədin nağılı bundan
inandırıcıdır? Multifilmlər belə bundan
inandırıcıdır”.
“Hamı təsdiq edir ki, dərsə gecikənləri
qaçırdırlar”
Prokurorluqdan qayıdan mərhumun
atası Tariyel Ilyasov olayın
araşdırılması barədə məlumat verib:
“Prokurorluqda dedilər ki, işi
araşdırırlar. Gözləyək görək nə olur.
Hadisənin necə baş verdiyini görənlər
də olub”.
Tariyel Ilyasovun sözlərinə görə, oğlu
həmişəki qaydada dərsə gedib: “Mən
işdə idim. Bir də xəbər gəldi ki, Azadın
başına iş gəlib. Gəldim gördüm ki,
artıq dünyasını dəyişib. Azadın
ürəyində qüsuru olub. Buna görə də
iki-üç aydan bir müalicə alırdı. Ürəyə
güc düşə bilməzdi. Bizə verilən
məlumata görə, dərsə gecikib.
Müəllim də o biri şagirdlər kimi bunu
da cəzalandırıb. Məktəbin həyətində
bir dairə vurandan sonra deyib ki,
qaça bilmirəm. Ancaq yenə qaçırdıblar.
Yəni az müddətə qaça bilər. Məsələn,
bizim evdən məktəbə kimi qaça
bilərdi. Ancaq məktəbin həyətində çox
qaça bilməzdi, ora çox böyükdür”.
Ata deyir ki, Azad Ilyasov xəstəxanada
qeydiyyatda olsa da, müalicə alsa da,
bunlar qısamüddətli olub: “Qüsur var
idi. Ancaq tez-tez ürəyi tutsun,
xəstəxanaya qaçaq, belə şey olmayıb.
Ürəyi sıxılanda hərəkət etmirdi və tez
də keçirdi. Şahidlər var ki, hadisəni
görüblər. Onlar da təsdiq edirlər ki,
dərsə gecikənləri qaçırdırlar. Müəllim
heyəti bunu danır. Deyirlər ki, əvvəllər
dərsə gecikməyə görə qaçırtmaq
vardı, indi yox. Ancaq ürəyə güc
düşməsəydi, uşaq ölməzdi. Yəni indiyə
qədər bir dəfə də olsun, ürəyini tutub
təcili xəstəxanaya aparmamışıq. Hamı
kimi dənizə, şəhərə gəzintiyə gedirdi.
Sadəcə çox qaçmaq olmazdı”.
“Son zəngə kostyu
[cavab]
*VendeTTa*
15 May 2013 / 23:21
bilirem bunu yenede sagol oo melimin anasin day demiremde
[cavab]
Xalide
15 May 2013 / 23:22
Allah rehmet elesinn...(âmin)
[cavab]
Polad-PN
15 May 2013 / 23:23
*VendeTTa*, Heee brAt duzdiyirsen daydemee uje doolube kantakdi muellimin
[cavab]
*_FoReVeR_*
15 May 2013 / 23:28
Kenar link yazma
[cavab]
Polad-PN
15 May 2013 / 23:28
*_FoReVeR_*, Oke
[cavab]
sirin
15 May 2013 / 23:29
allah rehmet elesin.
[cavab]
senle_sensiz
15 May 2013 / 23:37
ayda cok uzuldum allah rehmet elesin((
[cavab]
real85@mailru
15 May 2013 / 23:47
bizim mektebin uwaidi olen
[cavab]
Polad-PN
15 May 2013 / 23:49
real85@mailru, Dogurdan qacmaqdan olub ? (((
[cavab]
Bölmeye qayıt