Seyirler

pol Qeseng_qiz 15 May 2013 / 19:51
Bacındır anadan qalan yadigar
Bacın hər zaman sənin dərdinə yanar
Odur həyatda başının tacı
Dünyada ən şirin varlıqdır bacı

Elə dərd var deyə bilmirsən bacıya deyirsən
Onu öz anan tək həmişə sevirsən
Bacın anan tək saçını oxşayır
Şirin əməlləri sənə bir-bir sayır

Mənim bacım olmasada bacı demişəm
Namuslu qızlara bacı demişəm
Onlari öz anam tək həmişə sevmişəm
Çünki anadan sonra bacıdır, bacı !!!

----------------------

Ata

Ata üstündür ata ucadır
Ona ağ olmayın vallah xatadır
Ona hörmət edib izzət göstərin
Ataya hörmət et olar hörmətin

Atalar evin uca dirəyidir
Atalar sinədə döyünən ürəkdir
Atasız ailə qanasız quşdur
Göyde Allahdır yerdə atadır

Mən haqq elçisiyəm silahım qələm
Kim ataya hörmət etmir canı cəhənnəm
Atanın üzünə ağ olmayın əsla
Vay o gündən kimsə atasız qala

--------------------

Bir insanam

Bir insanam, bu gün varam,
Köçüb getsəm bir xəyalam.
Bu dünyada heç bir insan
Həyat sirrin aça bilmir.

Bir ocağam, yanmır odum,
Qalmayıbdır közüm, qorum,
Dağ əridən bu alovun
Odu sönüb, yana bilmir.

Bir aşiqəm, sevgim dərin,
Tənhalanıb məhəbbətim.
Qan ağlayan xəstə qəlbim
Bu həsrətə dözə bilmir.

Bir sevgiyəm itib eşqim,
Batıb gedib eşq günəşim.
Tənha qalan məhəbbətim
Öz sevgisin tapa bilmir.

Bir şeirəm, kəm şeirlər,
Misralardan çıxır sözlər.
İtib-batan qafiyələr
Misrasına yata bilmir.

Bir gəmiyəm, yelkənsizəm,
Su üzündə kimsəsizəm.
Hara gedir heç bilmirəm
Sahilinə çata bilmir.

Bir baxtsızam, çönüb baxtım,
Bəd yazılıb alın yazım.
Bu bəxtimə ulu Tanrım
Xoş bir saat yaza bilmir.

Bir yazıyam, alın yazım,
Qarlı qışdır güllü yazım.
Bəxt yazsa da o Allahım
Yazdığını poza bilmir.

Bir düyünəm, sirli düyün,
Sarınıbdır hər bir yönüm.
Bu dünyada bir münəccim
Taleyimi yoza bilmir.

Bir cəsədəm, buzdurnəşim,
Döyünməyir vuran qəlbim.
Tufanlardan çıxan cismim
Bir kəfəndən çıxa bilmir.

Bir tabutam, yoxdur cisman,
Qalmayıbdır bədəndə can.
Qayaları yaran insan
Məzarımı qaza bilmir.

Bir məzaram, dardır gorum,
Hörülübdür sağım, solum.
Göylərə can atan ruhum
Axirətə çata bilmir.

Bir zülmətəm, sönüb ruhum,
Çıxıb candan, gedib ruhum.
O dünyaya köçən ruhum
Bu dünyasız qala bilmir.

[cavab]

pol amaci 15 May 2013 / 19:59
Qeseng_qiz, Saqol Tşk

[cavab]

pol Ayan01 15 May 2013 / 20:09
ela

[cavab]

pol VALI1996 15 May 2013 / 20:16
Superdı. Çox sağol

[cavab]

pol sindirella1 15 May 2013 / 20:18
qeweng qiz ozun yazmisan?

[cavab]

pol Qeseng_qiz 15 May 2013 / 20:44
sindirella1, Elbetde

[cavab]

pol VALI1996 15 May 2013 / 20:45
Qeseng_qiz, Əllərınə sağlıq çox sağol

[cavab]

pol toprak 15 May 2013 / 20:49
bu weiri hardasa gormuwem deyesen..

[cavab]

pol bahar* 15 May 2013 / 21:33
twk saqoleeee

[cavab]

pol EMIN98 15 May 2013 / 21:40
O birileri yox Axirinci eladi. Cùnki esl weir formasi odu. Digerleri uygun deyl.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1395 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az