sevgi hekayeleri yazin

pol nicat@ru 14 May 2013 / 22:27
kim hansi sevgi hekayesi bilir bura qexd etsin.

[cavab]

pol lion 14 May 2013 / 22:28
men bilirem

[cavab]

pol sindirella1 15 May 2013 / 01:40
Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:
'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik... Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm. 1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə, sən mənimsən yenə də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əksik olursa, məsələn, 99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür...

[cavab]

pol sindirella1 15 May 2013 / 01:40
DAVAMI
Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir... Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.

Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.
Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur : 'Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim.Say bunları, bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...'
Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır... Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar sancmışdı. Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir...
Və beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır...

[cavab]

pol **Memo** 15 May 2013 / 01:45
sindi,

[cavab]

pol sindirella1 15 May 2013 / 01:50
**Memo**, TWK CAN

[cavab]

pol Romantik747 16 May 2013 / 03:39
Thank you very much
cox sagolun

[cavab]

pol sindirella1 16 May 2013 / 17:31
HEKAYE.....
Yağışlı bir günde tanış
olmuşdular. Oğlan onu çox
sevirdi, ancaq qız onu heç
cüre başa düşmek
istemirdi. Bir gün balaca bir
sehv üstünde küsürler.
Oğlan ele bilirdi ki,
barışarlar. Hardan bilerdi ki,
qız onu bağışlamıyacaq.
Oğlan zeng edib üzr
istemek isteyende ... qız
onunla danışmaq
istemediyini bildirdi.
Amma oğlan bunu heç
istemirdi. Çünki onu çox
sevirdi. Oğlanın onu ne
qeder sevdiyini qız ağlına
bele getirmezdi.
Bir gün oğlan zeng edib
ondan barışmasını istedi,
ama qız onu yene
bağışlamadı. Oğlan onunla
görüşüb her şeyi hell
etmek isterken... qız
razılaşdı.
Oğlan çox sevindi, ama
hardan bileydi qız bu
görüşe 3 şert qoyacaq.
Nehayet qız oğlana
şertlerini bildirdi:
1)Gelmeyeceksen dalımca
2)Meni birde
görmeyeceksen
3)Zeng etmeyeceksen
Oğlan birinci razılaşmaq
istemedi. “Onda bir daha
üzünü görmeyib sesini
eşitmeyessen” dedi qız.
Oğlan çıxılmaz veziyyetde
qaldı ve razılaşdı.
Düşündü belke könlünü ala
bildim. “Son görüş ilk görüş
ola biler” deye... ancaq
hardan bileydi ki, o son
görüş günü onun heyatının
son günü olacaq. Oğlan çox
düşünüb daşındı ve o
görüşe getmeyi qerara aldı.
Seher açıldı, yeni bir gün
başlayırdı. Oğlan çox
sevincliydi. Bir vereq
götürüb son sözlerini yazdı.
Eger qız onunla barışmağı
qebul etmese bu vereqi
ona verecekdi.
Vereqde: “Seninle ilk defe
görüşdüyümüz gün doğum
günüm oldu, ölüm günüm
ise sen meni terk etdiyin
gün olacaq. Bağışla!!!”
yazdı. Oğlan evden çıxdı,
gül dükanına getdi ve bir
eded qızılgül aldı.
Hazırlıqlarını gördü ve
görüş yerine üz tutdu.
Nehayet 39 günlük hesret
sona çatdı. Oğlan qızla
görüşdü. Ve ilk
görüşdükleri yere getmeyi
qerara aldılar. Oğlan
barışacaqlarına ümid
edirdi. Sahile çatanda
oturub bir yerde son
söhbetlerini etdiler. Oğlan
qızın elinden tutub onu
bağışlamasını istedi, lakin
qız heç bir söz demedi.
Bir az gezib dolaşdılar,
oğlan yene barışaq dedi,
qızdan ses çıxmadı. Oğlan
her şeyi anlamışdı, son
görüş olduğunu bilmişdi.
Oğlan qızın ellerini tutub
son sözlerini
demesini.söyledi. Qızın son
sözü “her şey bitdi” oldu.
Oğlan elacsız qalıb vereqi
ona vermedi. Sağollaşdılar
ve yolları ayrıldı.
Qız eve geldi ve düşündü
göresen düz hereket
edibmi, ama çox peşiman
oldu. Sen deme o da
sevirmiş oğlan tek, ama
deye bilmirdi.
Qız oğlana zeng etmeyi
qerara aldı ve etdi. Ama
telefona cavab gelmedi,
artıq qızın üreyi döyünür,
qorxurdu. Evlerine zeng
eledi ancaq eve
gelmediyini dediler.
Qız her şeyi anladı, sebri
tükenmişdi, her şey bitdi
deyib yere yıxıldı.
Seher yuxudan duranda
qızın telefonuna mesaj
gelmişdi. Oğlandan
geldiyini görüb çox sevindi.
Mesaj: “Meni başa
düşmeliydin...”. Ancaq son
andan qız mesajın 2 gün
bundan evvel geldiyini
görende... oğlanın evine
zeng eledi.
Anası götürdü telefon, qız
oğlanı olar deyende anası
ağlaya ağlaya dünen gece
intihar edib dedi...
Anası “ellerinde bir vereq
var idi” dedi. Qız soruşdu
ne vereq deye, ne
yazılmışdı deyende anası
dedi ki: “Seninle ilk defe
görüşdüyümüz gün doğum
günüm oldu, ölüm günüm
ise sen meni terk etdiyin
gün olacaq.
Bağışla!!!

[cavab]

pol Yumurta 16 May 2013 / 18:45
Cox kovreldim.

[cavab]

pol Xalide 16 May 2013 / 18:45
Sindirella,1ci cox kovreltdi meni heqiqeten gozel idi...indi bele Aşiqler coooox azdiii...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1511 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az