Xeyallar xowbext olmiyan insanlari ayaqta tutan tek weydir...

pol Juliet 14 May 2013 / 00:19
Vardır hər kəsin bir dərdi...qanayan
yarası...unudulub,
unudabilmədiyi...unutmaq istəmədiyi...
Vardır hər sərt simanın qırıq qəlbi...puç
olmuş xəyaları...tükənmiş ümidləri...
Vardır hər gülən üzün aglayan, qan yaş
tökən gözləri...
Vardır hər kobudun zərif, üstünə
titrədiyi incə xatirələri...
Vardır hər güclü qamətin zəif, qaygıya
ehtiyac duyan körpə qəlbi...
Vardır hər kəsin dilə gətirmədiyi...
danışa bilmədiyi...ürəyini
yaxan...susdugu cümlələrii...
Vardır hər kəsin yandıra bilmədiyi
keçmiş rəsimləri...gizlicə həsrətlə bu
rəsimlərə sıgal çəkən əlləri...
Vardır hər bir əlin sag əlin ayrılan, istisi
unudulmayan sol əli......
Vardır hər kəsin unudabilmədiyi,
həsrətini çəkdiyi sahibini
xatırladan...burnundan getməyən ətri...
Vardır hər kəsin hər keçəndə ayaq
basmaga qıymadıgı, həzin xatirələr
oyadan, bir zaman bərabər keçib, indi
tək gəzdiyi küçələri...
Vardır gözlərin bir zamanlar baxarkən
uzaqlara daldıgı...əksini unuda
bilmədiyi, hər yerdə axtardıgı gözləri...
Vardı hər kəsin qayıtmaq istədiyi
keçmişi...dəyişmək istədiyi bu
günü...ümidlər bəslədiyi sabahı...
Vardır hər kəsin gecələr yastıga
damlayan gizlin gözyaşları...
Asandır...insanı tanımadan
qınamaq...qiymət vermək elə asandır
ki...
Hər gülənə bəxtəvər demək... hər
susana dərdsiz
demək...tanımadan...səbəbini bilmədən
kiməsə iftira atmaq...səhvlərini
qabartmaq... yıxılana daş
atmaq...asandır...çox asandır...
Asan oldugu qədər də GÜNAHdır...
Bir də tanımaga çalışsaq...bir də
bilməyə...anlamaga çalışsaq...bir də
əlindən tutub qaldırmaga çalışsaq... bir
də yol göstərsək yolda azmışlara...bir
də həmdəm olsaq tənha qalmışlara...
Kimsəyə xor baxmasaq... dərdlərini
dinləsək...
Vardır bir səbəbi... Bəlkə də
dinlədiyimiz
zaman peşiman olacaq...utanacaqsınız
öncə düşündüklərinizdən... Bir qadına
ləkə atmaq asandır...nə
yaşadıqlarını...özümüzün onun
vəziyyətində olsaq nə edəcəyimizi
bilmədən qınamaq...
Gözəl dadlı yeməklərlə qarın doyurub,
gecələr isti yataqda yatırıq- soyuqda
kücədə dilənən dilənçi uşagı
qovmaq...təhqir etmək
asandır...dilənmə səbəbini bilmədən...
Nə bilirik sabahı... hər saniyənin bir
hökmü var...
Bu gün qınadıqların sabah başına
gələcək... mütləq gələcək... İlahi ədalət
var...
Hər kəsi aldada bilərik...özümüzdən
başqa... hər kəsdən gizlənə
bilərik...əməllərimizi gizlədə bilərik...
Allahdan başqa... O görür...O bilir...O
duyur... O hər
bəndəsinin sahibidir... O günahkarı
belə sevir...
Bu Dünyada Allah hər bəndəsinə
mərhəmətlidir...
Kimsəni qınamayın...tanımadan,
anlamadan...səbəbini bilmədən kimsəni
qınamayın...
Vardır hər kəsin dərdi...vardır hər şeyin
səbəbi...vardır hər əməlin bədəli...
Vardır mənim də dilimdə düyünlənən
kəlimələrim... Vardır mənim də təklikdə
gözümdən
damlayan yaşlarım...
Vardır mənim də hər şeydən bezib
qaçmaga meyilli ayaqlarım...
Vardır mənim də bir zəif anımda ülgücə
uzanan əllərim... Vardır mənim də bir
tanış musiqidə
canlanan xatirələrim...
Vardır mənim də sətirlərimdə
gizlədiyim sirrlərim...
Vardır mənim də
yaşadıqlarım...yaşamaq
istədiklərim...yaşaya bilmədiklərim...
Vardır mənim də geriyə
qayıdabilmədiyim keşmişim...dəyişmək
istədiyim bu günüm...ümid bəslədiyim
sabahım...
Vardır mənim də daş oldugu
sanılan...qırılıb ən kiçik zərrəsi
qalan...ən
dərində saxladıgım zərif qəlbim...
Vardır mənim də başqalarının soyuq
sandıgı...varlıgına şübhə etdiyi ülvi
hisslərim...
Vardır...hər kəsdən gizlədiyim əsl
üzüm...
Vardır...
Qınamayın, tanımadan
kimsəni...danlamayın, anlamadan
dərdini...

[cavab]

pol Heyox 14 May 2013 / 00:20
:::super:

[cavab]

pol ejla 14 May 2013 / 00:21
Superdi canim

[cavab]

pol Juliet 14 May 2013 / 00:22
ejla, heyat da super olsaa kawki :'(

[cavab]

pol awkin_atewi 14 May 2013 / 00:22
super

[cavab]

pol Juliet 14 May 2013 / 00:22
awkin_atewi, twk

[cavab]

pol **Memo** 14 May 2013 / 00:23
superdi twk.

[cavab]

pol awkin_atewi 14 May 2013 / 00:24
Juliet, deymez

[cavab]

pol ejla 14 May 2013 / 00:28
Juliet, Ehh olar bir gun INWALLAH

[cavab]

pol Boss555 14 May 2013 / 00:29
cox gozel yazmisiz.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1396 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az