::::uz formasina gore xarekteriniz:::
**Memo**
13 May 2013 / 17:54
Üz şəklinizi xarakteriniz
haqqında məlumat verdiyini
bilir idinizmi?
Gözlər, burun, dodaqlar necə
bir insan olduğunuz haqqında
məsləhətlər verir. Bu mövzu
haqqında məlumat əldə
etməniz insanları tanıma
mövzusunda sizə kömək edə
bilər.
Alın
İnsanların düşüncələrini
inkişaf etdirmə üsulu
haqqında məlumat verir.
Geniş alın- güclü bir təxəyyül
və intellektual şəxsiyyət
quruluşunu ifadə edir. Dar
alın isə adamın diqqətli,
zamanlamaya əhəmiyyət
verən, riyazi qabiliyyətləri
qüvvətli biri olduğunu izah
edir. Donqar bir alına sahib
kəslər isə təşəbbüs sahibi,
uyğun və paylaşımçı olaraq
qəbul edilir.
Gözlər
Həyata baxışını və stres
qarşısındakı davranış şəklini
izah edir. Çuxur gözlü kəslər
ciddi və sirrli olarkən,gözləri
yaxın olanlar vasvası, qərarlı
və detalçı şəxsiyyət
quruluşuna sahib
olurlar.Böyük gözlər- açıq
sözlülüğü, nəzakətliliyi və
sözünə etibarlılığı, kiçik
gözlər isə diqqətini asan
cəmləməyi və qapalılığı ifadə
edir. Aşağı gözlü kəslər
həyata optimist baxmağı
sevməzkən, partlaq göz
şəklinə sahib olanlar həyata
qarşı həvəsli və küsəyən
olurlar.
Burun
İş həyatındakı seçimləri və
pul mövzusuna baxışı ifadə
edir. Geniş burun- iş
həyatında özünə güvənən və
ictimai quruluşu, dar burun-
idarəçiliyi və zəmanətçiliyi,
böyük burun- idealistliyi və
lider olma istəyini, aşağı
əyilmiş burun- insanlarla
yaxşı ünsiyyət qura bilmə
qabiliyyətini, yumru və şiş
burun isə pul mövzusunda
müvəffəqiyyəti və qənaət
düşkünlüyünü göstərir.
Dodaqlar
lduğunu və cinsi həyatını
geniş təxəyyüllə rəngləndirə
biləcəyini, incə dodaqlar- az
və öz danışmağı, ehtirası və
mühafizəkarlığı ifadə edir.
Həddindən artıq böyük alt
dodaq isə adamın tənbəl və
zövqə düşkün olduğunu izah
edir.Çənə
Özünü müdafiə etmə üsulunu
və təcavüzkarlıq səviyyəsini
təyin edir. Geniş çənə-
avtoritarlığı, mərhəmətsizliyi
və enerjini, iti çənə- tez
əsəbiləşən olduğunuzu
göstərir. İkiyə ayrılmış çənə-
qərarsızlığı ,yumru çənə-
enerjililiyi və canlılığı, irəliyə
doğru çıxıq çənə- inadçılığı və
tolerantsızlığı işarələyir.
Qaşlar
Həyata dair əhəmiyyətli
qərarların necə alındığı
haqqında məlumat verir.
Aşağıya doğru qaşlar- insanın
əlaqələrini ciddi qəbul
etdiyini və sahibləndiyini, dik
qaşlar- ehtiraslı biri olduğunu
və asan əsəbiləşdiyini, uzun
qaşlar- güclü və mübarizəçi
şəxsiyyət quruluşunu, incə
qaşlar- asan imtina edən və
elastik quruluşu,birləşmiş
qaşlar- macera pərəstliyi, düz
qaşlar isə optimizmi ifadə
edir.
[cavab]
sindirella1
13 May 2013 / 17:55
tewekkur can.maraqliydi
[cavab]
MaraZ
13 May 2013 / 18:10
tewekkur maragliydi
[cavab]
Ayan01
13 May 2013 / 18:24
Twk maraqli idi
[cavab]
Bölmeye qayıt