::::el formasina gore xasiyyet:::

pol **Memo** 13 May 2013 / 17:50
Mütəxəssislərin fikirinə görə
qarşımızdakı adamın
şəxsiyyətini əllərinə baxaraq,
anlamaq mümkündür.
İnsanların əllərinə baxaraq,
şəxsiyyətlərini və o ankı ruh
vəziyyətlərini anlamaq olar.
Əllərin şəklinin yanında hara
qoyulduğunun da əhəmiyyətli
olduğunu ifadə edən Erol,
"Qarşınızdakı adam,
danışarkən əllərini qoyacaq
yer tapa bilmirsə, bu kəslərin
çox utancaq olduğunu söyləyə
bilərik. Cəmiyyət içində
müvəffəqiyyətli olmayan və
çox bağlı olan insanlar,
reaksiyalarını əvvəlcə
əlləriylə dilə gətirərlər.
Həyəcanlandıqları zaman
əllərini qoyacaq yer tapa
bilməzlər" deyə danışdı.
"Daim haqlıyam" deyənlər,
yeriyərkən əllərini önə
qovuşduran fərdlərin,
duyğularına tez hakim olan
şəxsiyyət quruluşuna sahib
olduqlarını ifadə edən Erol,
özündən əmin kəslərin bu
davranış formasını
sərgilədiklərini qeyd etdi.
Erol, sözlərini bu şəkildə
davam etdirdi: "Yeriyərkən,
əllərini arxaya tutan insanlar,
özlərini daim haqlı olduğuna
inanırlar" şəklində danışdı. Bu
şəxsiyyətə diqqət edin: Bir
əlini cibinə qoyub, digər əlini
başqasının bədəninə söykəyən
insanlara yaxınlaşarkən,
diqqətli olunması lazım
olduğunu izah edən Erol, "Bu
kəslər, başqalarını idarə
etməyi sevirlər" deyə danışdı.
AÇIQ ƏLLƏR
Qarşınızdakı insanin əlləri
açıq dayanırsa, yəni ovucları
görünürsə, onun olduğu kimi
görünməkdən xoşlanan, bir
şey gizlətməyən, sirr
saxlamağı da bilməyən biri
olduğunu söyləyə bilərik. Bu
insan ayrıca cömərd sayıla
bilər. Hələ ovucu görünən
əllərin barmaqları da
açıqdırsa, yəni barmaqlar
arasında açıqlıq varsa, bu
insan son dərəcə cömərd
olacaq.
BAĞLI ƏLLƏR
Oturarkən ovucları
görünməyən, yəni yumruq
edilmiş əllərin sahibi,
həyatlarına dair hər şeyi
gizləməyi seçirlər. Hətta bəzi
düşüncələrini özlərinə belə
etiraf edə bilməzlər. Gizlilik
içində hərəkət etməyi sevən
bu kəslər, pula da çox
əhəmiyyət verərlər. Buna
görə xəsis olduqları da deyilə
bilər.
YARI AÇIQ ƏLLƏR
Oturarkən, ya da danışarkən
əllərini yarı açıq tutan
insanlar, ən etibarlı
insanlardır. Sirr saxlamağı
yaxşı bilən bu qrup, hər
insanla rahat əlaqə qura
bilərlər. Bu əldə barmaqlar
yüngülcə içəriyə doğru
bükülmüşdür, lakin barmaqlar
ovucu bağlamamış olur. Yəni
ovuclar görünməməkdədir. Bu
əlin sahibi lazım olduğunda
sirr saxlaya, ağıllı duyğularla
baş arasında tarazlıq qura
bilən, pulu da uyğun şəkildə
xərcləyən biri ola bilər. Özü
nə xəsisdir, nə də kifayət
qədər cömərddir.
CİBDƏKİ ƏLLƏR
Əllərini cibdə tutan insanlar,
izah etmək istədiklərini heç
cür izah edə bilməyən
insanlardır. Ümumiyyətlə
tapıldıqları yerdən
narahatlıqlarını əlləriylə dilə
gətirərlər. Qorxularını xaricə
vurmaq istəməzlər.
Narahatdırlar.
HƏRƏKƏTSİZ ƏLLƏR
Bəzən insanlar, əlləri yoxmuş
kimi davranaraq, heç hərəkət
etdirməzlər. Bu tip əlləri
gördüyünüzdə sahibinin
dalğın, öz başına qərar verə
bilməyən şəxsiyyət
quruluşuna sahib olduğunu
söyləyə bilərsiniz.
CANSIZ ƏLLƏR
Bəzən əllərin sanki
sallandıqlarını görərsiniz.
Əllərin sahibi onları unutmuş
kimi davranmaqdadır. Bu tip
əlləri gördüyünüzdə sahibinin
dalğın, yaxşı düşünməyən, öz
başına qərar verə bilməyən,
iradədən məhrum biri
olduğunu söyləyə bilərsiniz.
CANLI ƏLLƏR
Əllər sakit dayanır, lakin hər
an hərəkətə keçəcək kimi
görünürsə, yəni barmaqlarda,
ovucda bir gərginlik varsa,
yaxşı sayılar. Bu əllərin
sahibi ağıllı, qərarlı, həyatı
sevən, zəkasından asanlıqla
faydalanan biri ola bilər.
Lakin ortada heç səbəb
yoxkən sıxılmışsa, yəni
yumruq halını almışsa,
qarşısında son dərəcə qərarlı,
bildiyindən
təəccüblənməyəcək biri var
deməkdir.

[cavab]

pol sindirella1 13 May 2013 / 17:53
emeye hormet tewekkkr MEMOcan
red. sindirella1 (13.05 /17:53)

[cavab]

pol MaraZ 13 May 2013 / 18:09
tewekkur

[cavab]

pol Ayla 6 Avq 2013 / 22:42
Tapdim

[cavab]

pol Golf 6 Avq 2013 / 22:43
Ayla, Afferin sana

[cavab]

pol ErRoR_MeMo 6 Avq 2013 / 22:45
biy

[cavab]

pol aynur653 6 Avq 2013 / 22:45
oooofffffff gozlerim agridi axtarmaqdan

[cavab]

pol Ayla 6 Avq 2013 / 22:50
aynur653, tapdim axirki

[cavab]

pol Ayla 6 Avq 2013 / 22:51
ErRoR_MeMo, obiri movzunun tekrar oldugunu subuta yetirirdim

[cavab]

pol Ayla 6 Avq 2013 / 22:52
Golf, kafama takdimmi yaparim ulen

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1719 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az