ROMANTİQQ
Qeseng_qiz
12 May 2013 / 23:50
Məcnun öpmüşdü Leylinin itini.
"Leylinin iti də gözəldi" deyə.
Yaşatdı qəlbində məhəbbətini
Öldü qəbri üstdə qəm yeyə-yeyə.
Fərhad Bisitunu çapmazdan qabaq,
Şirinin rəsmini çəkdi qayada.
Fitnəkarın verdiyi yalan soraq,
Onu da nakam apardı dünyadan.
Kərəm tapdaladı dini-imanı,
Hər şeyini qurban etdi Əsliyə.
Özünü də etdi sevgi qurbanı,
Yenə də çata bilmədi vəslinə.
İndi elə sevənlər də qalmayıb,
sevgi də dəyişib donunu artıq.
Unudulmuş sevgi burun sallayıb,
Oturub gözləyir sonunu artıq.
Zaman söndürüb ürəyin şövqünü,
Sevən olub dərdə, zülümə məhkum.
Onunçün haı unudub sevgini...
Sevgini etmişik ölümə məhkum!
Üəklərdən silib, uzaqlaşdırıb,
Tamam-kamal unutmuşuq sevgini.
Gör zəmanə bizi necə çaşdırıb?!
Eyş-işrətlə bir tutmuşuq sevgini.
Meyı salıb gördüyümüz gözələ,
Hər gün neçə ürəklər yandırmışıq.
O gözəli almaq üçün tez ələ.
"Sevirəm" demişik, inandırmışıq.
Belə-belə sevgi də ucuzlaşıb,
Qəpik-quruşa tay olubdur indi.
Ona görə də bizdən uzaqlaşıb,
Sevgi də bizi unudubdur indi.
Bax
red. Qeseng_qiz (12.05 /23:52)
[cavab]
Melis
12 May 2013 / 23:56
Qeseng_qiz, bunu ozun yazdin ?ELAdiyeee
[cavab]
ROM@NTIK_AWK
12 May 2013 / 23:57
[cavab]
Qeseng_qiz
12 May 2013 / 23:57
Beli Men Ozum Yazmisam
[cavab]
Melis
12 May 2013 / 23:58
Qeseng_qiz, yene yaza bilersenmi?????
[cavab]
Qeseng_qiz
12 May 2013 / 23:59
Melis, Ondan Gozelini yazaram
[cavab]
Qeseng_qiz
13 May 2013 / 00:04
oldu yazarram
[cavab]
Bölmeye qayıt
0.141 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az