:::urek ve agil arasinda dialoq:::

pol **Memo** 12 May 2013 / 15:13
Ürək: Yenə tənhayam... Yenə
səni düşünürəm. Sənsizlik
əzab verir mənə...
(Ağıl dözmədi ürəyin bu
iztirablarına və sanki bir
mübarizə başladı içində)
Ağıl: Nədir dərdin, nədir bu
iztirabların səbəbi ?
Ürək: Sevdiyimdən ayrı
olmağım.
Ağıl: Sevdiyin !? Sən onu
sevirsən?
Ürək: Sevirəm.
Ağıl: Bu sənə elə gəlir.
Ürək: Yox, bu həqiqətdir.
Ağıl: Həqiqət... Həqiqət odur
ki, sən özün-özünü
aldadırsan.
Ürək:Yalan deyirsən!
Ağıl: Yalan deyirəm? O zaman
cavab ver suallarıma.
Ürək: Buyur.
Ağıl: Demək sən onu sevirsən.
Ürək: Sevirəm! Sevirəm!
Sevirəm!
Ağıl: Çoxmu sevirsən ?
Ürək: Hər şeydən çox.
Ağıl: Onun bundan xəbəri
varmı ?
Ürək: Yox.
Ağıl: Sənin onunla hər hansı
yaxın münasibətin varmı?
Ürək: Yox.
Ağıl: Deməli onun xasiyyətinə
yaxından bələd deyilsən?
Ürək: Yox.
Ağıl: Yaxşı, bax onda nəyini
sevirsən sən onun? Sadəcə
xarici görünüşünü?
Ürək: ...(sükut və səssizlik)
Ağıl: Susursan, çünki qəbul
eləmək istəmirsən bunu,
amma bu belədir. Onu
sevdiyini söyləyirsən, amma
yaxından tanımırsan, yəni
onun müsbət və ya mənfi
xüsusiyyətlərini bilmirsən.
Belə çıxır ki, sən onu yox, o
gözəlliyin timsalında
xəyalında canlandırdığın ideal
bir qızı sevirsən. Onun yerində
başqa bir gözəl qız da ola
bilərdi. Nə isə, davam edək.
Bu sevgidən nə gözləyirsən?
Məqsədin nədir?
Ürək: Mən bu sevginin
qarşılığında ondan heç nə
gözləmirəm, onun varlığı
bəsdir mənə.
Ağıl:Bax bunu isə mən qəbul
eləmək istəmirəm. Demək bu
sevgi deyil, sadəcə gözəlliyə
olan vurğunluqdur. Sevgi-
sevdiyinə qovuşmaq
arzusudur, onunla birlikdə
olmaq istəyidir.
Ürək:Elə bilirsən mən bunu
istəmirəm !?
Ağıl: Bunun üçün konkret bir
addım atmısanmı ?
Ürək: Yox.
Ağıl: Niyə ?
Ürək: Bu mümkün deyil,
məndən asılı olmayan
səbəblər var.
Ağıl: Bəlkə qorxursan?
Ürək: Nədən?
Ağıl: Bəlkə onun səni qəbul
etməyəcəyindən? Bəlkə onun
sənin xəyalında
canlandırdığın kimi
olmayacağından?
Ürək: ...(yenə də sükut və
səssizlik)
Ağıl: Yenə susursan. Nə vaxta
kimi davam edəcək axı bu
hisslər? Nə vaxta kimi özünü
inandırdığın bu sevgidən əzab
çəkəcəksən?
Ürək: Nə qədər ki, sağam, Nə
qədər ki, döyünürəm
sevəcəyəm onu.
Ağıl: İnanmıram. Ötəri hissdir
bu. Gözdən uzaq olan
könüldən iraq olar deyiblər. O
sənin yanında deyil və əvvəl-
axır unudacaqsan onu.
Ürək: Yox, heç vaxt. Mən hər
an onu düşünürəm. Onun
xəyalı həmişə mənimlədir.
Ağıl: Boş təsəllidir. İnsan
ömrü boyu xəyalla yaşaya
bilməz. Sənin bu hisslərinə
cavab vərəcək birinə ehtiyac
duyacaqsan və nə vaxtsa onun
kimi gözəl, eyni zamanda səni
sevən, başa düşən bir qız
qarşına çıxsa unudacaqsan bu
sevgini. O yalnız şirin bir
xatirəyə çevriləcək səninçün.
Ürək: İnanmıram sənə !
Ağıl: Nə qədər ki, tezdir, əl
çək bu sevdadan. Boş yerə
aldatma özünü, əzab vermə
özünə.Sabah onu bir
başqasıyla görsən-ki, onun
buna haqqı var- daha çox əzab
çəkəcəksən. Yaxşısı budur
çıxart bu fikirləri başından.
Necə ki, onun varlığna
alışmısan, çətin də olsa
yoxluğuna da alışacaqsan.
Bunu da yadında saxla: Nə
qədər ki, insan fanidir və fani
olanı sevir, bu sevginin ömrü
çox az olacaq. Əbədi olanı
sevmək lazımdır!!!
Ürək: ... (Ürək susdu bu
sözlərin qarşısında, gülüm, nə
cavab verəcəyini bilmədi.
Amma ağlın dediklərini də
qəbul etmədi, çünki o, sabahı
düşünmür, o, bu günü yaşayır.
İnsan ağlıyla həkəkət edir,
amma qəlbiylə sevir.İnsan
ağlının dərk etmədiyi hələ çox
şey var bu dünyada. Kim nə
deyirsə desin, mən səni bütün
qəlbimlə sevdim, sevirəm və
sevəcəyəm. Heç vaxt
bitməyəcək bu sevda, heç
vaxt..)....

[cavab]

pol Cavad_N_417 12 May 2013 / 15:19
bunun qisa ozeti var?axot yoxduyee

[cavab]

pol Just_farmer 12 May 2013 / 15:21
Super(ilk werh

[cavab]

pol elninio-wehruz 12 May 2013 / 15:22
menim üreyim de birini sevdi,amma ağlım sevmedi. Ağlım üreyimden üstün çıxdı. O qız mene yox dedi. Insan ağılla hereket etmelidir.

[cavab]

pol QEMLI_GOZLER 12 May 2013 / 15:28

[cavab]

pol DARKNESS_angel 12 May 2013 / 15:51
Super

[cavab]

pol @Damla@ 12 May 2013 / 16:06
Super♡♥

[cavab]

pol *KisS_THe_RaiN* 12 May 2013 / 16:22
SuPeR((((

[cavab]

pol **Memo** 12 May 2013 / 20:56
twk hamiya

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1288 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az