Oxumadan KEÇƏN PEŞMAN OLACAQ ÇOX GÖZƏL Bir hekayə!
AnGeL_BoY
11 Avq 2012 / 15:09
-Anamın yalnız bir gözü var idi. O biri gözü çuxur idi, yəni yeri boş idi.
Ondan nifrət edirdim. Çünki bu vəziyyət məni yoldaşlarımın arasında utandırırdı.
Atam, mən daha kiçikkən bir qəzada öldüyünə görə, ailəmizi saxlamaq da anama qalmışdı. Bunun üçün məktəbdə aşbazlıq edirdi.
İbtidai məktəbdə ikən bir gün anam mənə salam deməyə gəlmişdi. Sanki, yerin dibinə girmişdim. Bunu mənə necə edə bilərdi ..?
Onu görməməzlikdən gəldim, ona nifrətlə baxaraq oradan qaçdım.
Ertəsi gün sinifdə bir yoldaşım mənə:
Sənin ananın yalnız bir gözü var. Digəri 'o nə gözdü elə' dedi.
Digər yoldaşlarım da gülüşürdülər.
O anda yerin dibinə girdim və anamın dərhal yox olmasını istədim.
Buna görə, o gün onunla qarşılaşınca dedim ki:
Məni gülünc vəziyyətə salacağına, ölsən daha yaxşı idi..!
Anam cavab vermədi. Yalnız, tək gözüylə mənə bir az baxdı və uzaqlaşdı getdi.
Dediklerim haqda bir saniyə belə düşünməmişdim, çünki çox hirslənmişdim ona. Onun duyğuları məni heç maraqlandırmırdı. Onu evdə istəmirdim amma ev onun üzərinə idi.
Çox çalışdım, özümə yetər oldum, sonunda Sinqapura oxumağa getdim.
Bir müddət sonra da evləndim. Özümə bir ev aldım.
Daha sonra uşaqlarım oldu və həyatımdan məmnun idi. Anamı unutmuşdum.
Bir gün anam bizi ziyarətə gəlmişdi. Neçə ildir məni görməmişdi.
Qapıya gəlincə, uşaqlarım tək gözlü birini görüncə birdən qorxdular, sonrada güldülər.
Nənəniz deyə bilmədim. İçəri girincə ilk fürsətdə ona:
Evimə gəlib uşaqlarımı necə qorxuda ..? Buradan dərhal get ..! dedim.
Bu sözümə anam sakit bir səslə:
Bağışlayın, mən səhv ünvana gəlmişəm deyəsən dedi. və çıxdı-getdi ..!
Aradan yenə uzun bir zaman keçmiş.
Bir gün məzunlar toplantısı üçün okulumdan bir məktub aldım.
Arvadıma; iş səyahətinə gedirəm deyə bəhanə uydurdum.
Məzunlar toplantısından sonra, birdən ağlıma gəldi. Yalnız maraqdan köhnə evimə getdim.
Köhnə qonşularımıza soruşduğumda, anamın öldüyünü söylədilər.
Əvvəl bir az sevinc duyar kimi oldum amma içimdə bir üzüntü və sızı hiss etdim.
Mən çaşqın halda gözləyərkən, mənə verilsin deyə anamın bir məktub buraxdığını söylədilər.
Açdım və oxumağa başladım:
Ən sevimli oğlum. Hər zaman səni düşündüm.
Sinqapura gəlib uşaqlarını qorxutduğu üçün bağışla.
Məzunlar günündə gələcəksən deyə çox sevindim və gözlədim.
Amma; səni görmək üçün yataqdan qalxa bilər bilərəmmi deyə çox düşündüm.
Səni böyüdərkən, tək gözümlə davamlı bir utanc qaynağı olduğum üçün də təəssüf edirəm.
Bilirsənmi yeganə oğlum ..?
Sən balaca olanda, atanla birlikdə bir qəza keçirmişdin.
Atan öldü lakin sən, bir gözünü itirmişdin. Bir ana olaraq, sənin tək bir gözlə böyüməyinə dayana bilməzdım.
Buna görə, atandan qalan tarlanı sataraq, əməliyyat xərclərinə qoydum.
İndi o yeri boş olan gözüm var ha, onu sənə vermişdim.
Nəql çox müvəffəqiyyətli keçmişdi, heç fərq edilmirdi.
O gözlə, vahid oğlum görür deyə çox xoşbəxt olurdum.
Ana ürəyi oğul, sənə sən mənim gözümlə görürsən deyə bilmədim.
Müvəffəqiyyətlərindən ötəri səninlə o qədər qürur eşidirdim ki, bu mənə kifayət edirdi.
Hər şeyə baxmayaraq, sən mənim oğlumsan ...
[cavab]
kaktus21
11 Avq 2012 / 15:38
tesirlidi...chox teessuf ki bu tekce hekaye deyil, aci heqiqetdir...:(
[cavab]
Boncuq
3 Apr 2013 / 15:44
hm cox uzuldum:(ve cox gozel hekaye idi twk
[cavab]
Ceyla
3 Apr 2013 / 16:09
Cox pis oldum coooxxx, Ilahi insan oz anasinin qusurundan nece utana biler axi? Allah hec kime bele pis ovlad qismet elemesin. Ve Allah butun analarimiza can sagligi versin! Amin
[cavab]
xati
4 Apr 2013 / 00:59
Kas oğlu bele etmezdi
[cavab]
Bölmeye qayıt