IBRETAMIZ HEKAYELER

pol sindirella1 12 May 2013 / 13:37
Bir yaşlı qadın olduqca dininə, Allaha bağlı bir
adam idi. Hər səhər qapısının ağzına çıxar və uca
səslə:
“Allahım, bizə verdiyin hər şey üçün sənə
şükürlər olsun!”
– deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah
yoxdur, Allah yoxdur!” – deyə fəryad
qoparardı.Yaşlı qadın bundan nə qədər incisə də,
sözündən dönməzdi. Ertəsi gün yenə qapısının
ağzına çıxar, dua edər, sonra evinə qayıdardı.
Qonşusu da inad olsun deyə var gücü ilə, “Allah yoxdur, Allah yoxdur!” – deyib təsəlli
tapmağa çalışardı. Bir axşam qonşusu yaşlı qadına
“tələ qurmağı” qərara aldı. Dükana gedib meyvə,
tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı
qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı
qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə,
“Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu
nemətlər üçün sənə şükürlər olsun!”
– deyə dua etdi. Bu vaxt ağacın arxasından ona
tamaşa edən qonşusu səsləndi:
“Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!”. Yaşlı qadın heç
halını pozmadı və bu ibrətli sözləri dedi: “Uca
Allahım! Sənə nə qədər şükür etsəm, yenə
azdır. Həm bu nemətləri mənə göndərmisən,
həm də xərcini şeytana ödətmisən”

[cavab]

pol Ayan01 12 May 2013 / 13:41
Ewitmiwem bunu ama yenede twk yazdigincun

[cavab]

pol Alik77 12 May 2013 / 13:46
Maraqlıydı twk.

[cavab]

pol Melis 12 May 2013 / 13:47
qadin ela deyib

[cavab]

pol Yumurta 12 May 2013 / 14:09
Cox maraqlidir twk

[cavab]

pol PRINCE 12 May 2013 / 14:52
qeweng

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2097 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az