/heyat dersi/
Memo
11 Avq 2012 / 09:23
Salam dostlar çox illər bundan
əvvəl bir hekayə, bir həyat dərsi
eşitmişdim və bunları sizinlə
bölüşmək qərarına gəldim.
Demək bir gün həyatdan
şikayət edən bir qız olur.
Həyatın dözülməz olduğunu
düşünür. Mübarizə aparmaqdan
yorulur. Bir problem
qurtarmamış başqası ilə üzləşir.
Atası qızının bu halını görür və
ona dərs verməyi qərara alır.
Qızın atası aşbaz olur və qızını
mətəxə aparır. 3 qab götürüb
ocağın üzərinə qoyur. Su ilə
doldurduqdan sonra altını
yandırır. Su qaynamağa
başlayanda bir qaba yerkökü,
ikincinə yumurta, o irisinə isə
qəhvə tumları atır. Qızına bir
kəlmə də demədən gözləməyə
başlayır. Qızı heç bir şey başa
düşmədiyi üçün sakitcə baxır və
bu işin nə ilə qurtaracağını
bilmək istəyir. Ancaq o qərəd
səbrsiz olur ki biraz keçməmiş
sual verməyə başlayır. Atası
dinmir. 20 dəqiqə sonra ata
qabların altını söndürür və
yerkökünü çıxarıb bir qaba
qoyur. Sonra yumurtanı çıxarır.
Və nəhayət sonda qəhvəni
götürüb bir fincana süzür.
Üzünü qızına tutub deyir:
- Qızım nə görürsən?
- Yerkökü, yumurta, qəhvə deyə
qız saymazcasına cavab verir.
- Bir az yaxından bax! deyir
atası... yerkökünə toxun...
Qız deyiləni edir. Yerkökü
yumşalmışdı.
- İndi də yumurtaya bax!
Yumurtanın qabığı əvvəlkindən
də bərk idi.
- İndi də qəhvənin dadına bax!
Qızı qəhvədən bir balaca içir.
Qəhvənin çox gözəl dadı var idi.
Qızın üzündə təbəssüm yaranır.
Amma yenə də heç nə başa
düşmür.
- Bütün bunlar nə deməkdir
ata?
Ata belə izah edir:
- Yerkökü, yumurta və qəhvə
eyni şeyə məruz qaldı. Ancaq
hər birinin də münasibəti
başqa-başqa oldu. Yerkökü
əvvəl bərk, amansız görünsə də
qaynar suyun içərisində boşaldı.
Yumurta isə zərif idi. Nazik
qabığı ilə içərisindəki mayeni
qoruyurdu. Buna baxmayaraq
qaynar suda içərisindəki maye
qatılaşdı. Amma qəhvə tamam
başqa idi. Qaynar suda həm özü
dəyişdi, həm də suyu dəyişdi.
Sən bunlardan hansısan?
Həyatda bir problemlə
qarşılaşdıqda necə münasibət
göstərəcəksən? Yerkökü kimi
yumşalıb əziləcəksən? Yumurta
kimi qatılaşacaqsan? Yoxsa,
qəhvə kimi baş verən bir
hadisənin həyatına dad
verməsinə
çalışacaqsan? Qız artıq atasının
nə demək istədiyini başa
düşmüşdü...
P.S: Həyatdan şikayət etmək
lazım deyil. əgər həyatınızda
bir problem varsa və siz onun
qarşısında acizsinizsə, mənim
fikrimcə günah sizin
özünüzdədir. Bunun
öhdəsindən asanlıqla gəlmək
olar. Əsas iradə, dözüm və
özünə inamdır. Az əvvə
oxuduğunuz hekayədə son
misralarda deyildiyi kimi:
“Sən bunlardan hansısan?
Həyatda bir problemlə
qarşılaşdıqda necə münasibət
göstərəcəksən? Yerkökü kimi
yumşalıb əziləcəksən? Yumurta
kimi qatılaşacaqsan? Yoxsa,
qəhvə kimi baş verən bir
hadisənin həyatına dad
verməsinə çalışacaqsan?”
[cavab]
behbud
11 Avq 2012 / 12:05
qewengdi.
[cavab]
Harun
11 Avq 2012 / 12:13
halaldir bacim cox saqol
[cavab]
Memo
11 Avq 2012 / 13:51
oxudugunuz ucun twkler.
[cavab]
Memo
10 Mart 2013 / 10:37
Movzuya davam)
[cavab]
EMIN98
10 Mart 2013 / 23:36
Oxumamışdım. Menalıdı
[cavab]
Juliet
10 Mart 2013 / 23:45
tam mene aid idi
[cavab]
murk
11 Mart 2013 / 01:04
super.
[cavab]
Bölmeye qayıt
0.1831 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az