KELAMLAR1

pol sekurity1984 10 May 2013 / 18:56
HZ.MEHEMMEDIN KELAMLARI

[cavab]

pol sindirella1 10 May 2013 / 18:56
Allah-Təala duada israr edənləri sevər...


-Acı çəkən səbr etsin, -Acı çəkdirənsə acı çəkəcəyi günü gözləsin...


Üç xasiyyət kimdə varsa, Tanri ona rəhm edər və cənnətə göndərər.Bunlardan biri zəiflərə xoş rəftardır, biri ata-ananı saymaq, onların hörmətini gətirməkdir, biri isə kölələrə qarşı mərhəmətli olmaqdır...


İbadət yetmiş qapıdır (qisimdir), bunlardan ən üstünü ruzi qazanmaq üçün çalışmaqdır...


Yoxsullarla oturub-durmaq sadəlikdir, sədəqənin ən üstünü yoxsullara edilən yardımdır...


Mənasını bilmədən, dərk etmədən Quran oxumaq faydasızdır...


Mömin xurma ağacına bənzər; ondan nə alsan (xasiyyətindən, əməllərindən, sözündən-söhbətindən nə götürsən) sənə faydası dəyər...


İnsanlar darağın dişlərinə bənzərlər, bir-birlərinə oxşarı var...


Allah bütün insanları bir torpaqdan yaradıb...


Düşün və diqqət yetir, sən gözəlliyindən, yaxud sifətinin rəngindən savayı heç bir kəsdən üstün, xeyirli deyilsən; üstün olmaq istəyirsənsə, xeyirli (rəhmdil, mərhəmətli, xeyirxah) olmaq istəyirsənsə, çəkin Tanrıdan...


Əlinə sahib ol, pis iş görməyə alışdırma...


Dilinə sahib ol, nəyi demək nəyi deməmək lazım olduğunu bil...


Həqiqətən də, Tanri ilk sevgini qorumağı sevər...


Nöqsanı üzə vurmaqdan çəkin...


Daş qəlbli insanlar Allahdan ən uzaq olanlardır...


Gözəl xasiyyət dinin yarısıdır...


Sirkə bala necə təsir gətirirsə, pis xasiyyət də ibadətə eynən pis təsir gətirir...


Hətta bir sərçənin başının kəsilməsinə acıyan, həmin sərçəyə yazığı gələn adama Allah qiyamət günü acıyar...

[cavab]

pol Alik77 10 May 2013 / 19:11
sindirella1, twk.əllərin var olsun.

[cavab]

pol **Memo** 10 May 2013 / 19:24
Әla..

[cavab]

pol awk_yorgunu 10 May 2013 / 19:25
Elaa twk

[cavab]

pol Boss555 10 May 2013 / 20:02
cox gozel

[cavab]

pol sindirella1 10 May 2013 / 20:07
DƏYƏRLİ KƏLAMLAR
Ya ümidsizsiniz, ya ümid sizsiniz çarəsizsiniz, ya çarə sizsiniz

Təmiz əlləri olan insanların da kirli düşüncələri olur (S. Lec)

Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır (Nietzsche)

Fürsətlər depo oluna bilməz ( Yusif Mutlutürk)

Əlinə, dilinə, belinə sahib ol (Hz. Əli)

Böyük adamların xətaları günəş tutulmasına bənzəyir.Onları hamı görür (Cuconq)

Boş zaman yoxdur, boşa keçən zaman var (Taqor)

Keçmişimizə daş atmayaq ki,gələcəyimiz bizi topa tutmasın

İnsan, danış, görüm kimsən (Sokrat)

Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür

Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin

Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin.Çox hirsli anınızda kimsəyə cavab verməyin (Çin atalar sözü)

Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən (tibet atalar sözü)

Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar (Venesuela atalar sözü)

Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın

(Portuqal atalar sözü)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2425 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az