(=olmur=)
Boss555
10 May 2013 / 13:58
Zorda həqiqət yox, kor gözdə işıq,
Zülmətdə axtarma yersiz yaraşıq.
Əzilmiş sümük də bitsə yapışıq,
Sınmış qəlb yarasın sarımaq olmur.
Yanaram oduna mənə yananın,
Yox olur ümidi çox vaxt gümanın.
Heyf ki, belədir hökmü zamanın,
Ötən hər xoş günü qaytarmaq olmur.
Nə çoxdur cahanda arzu-diləklər,
Şad olmaq istəyən qəmli ürəklər.
Olsa da yanında huri-mələklər,
Cavanlıq yaşını saxlamaq olmur.
Yox əlacı bircə ölüm sözünə,
Bir alovdur, alışırıq közünə.
Elə öyrədibdir həyat özünə,
Bu gözəl dünyadan heç doymaq olmur.
[cavab]
=SeVGiLiM_oL=
10 May 2013 / 14:00
PiS DEYİL.YAXWİDİ
[cavab]
Sago
10 May 2013 / 14:10
gözəll
[cavab]
Bölmeye qayıt
0.2249 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az