HƏR GÜNÜ BAYRAM OLAN XALQIM, BAYRAMIN MÜBARƏK!

pol Sago 10 May 2013 / 04:33
Şəhid olmuş övladının məzarınabir dəstə gül qoyammayan
vətəndaşım,
Gül bayramın mübarək!
Doğum günü sevdiyi o gözəl qıza,
bir tər çiçək alammayan
vətəndaşım,
Gül bayramın mübarək!
Bir cütlüyün mərhəmətinə sığınıb,
bürünmüş gül satan bala,
Gül bayramın mübarək!
Bir qarınlıq çörək üçün, harın
məmur maşınını silməyə can atan
bala,
Gül bayramın mübarək!
20 ildi əsirlikdə bir erməni
dığasına, bir gül körpə doğan
qadın,
Gül bayramın mübarək!
Yaş yerinə gözlərindən leysan
yağış yağan qadın,
Gül bayramın mübarək!
Bir şərəfsiz qapısında gül-çiçəyi
gübrələyən fəhlə kişi,
Gül bayramın mübarək!
Utancından öz-özünə qəsd eləyib
güllələyən fəhlə kişi,
Gül bayramın mübarək!
Ömrünün gül açan vaxtı
şərlənərək zindanlara düşən
qardaş,ÿ
Gül bayramın mübarək!
Haqsızlığın gur alovlu qazanında
çıtır-çıtır bişən qardaş,
Gül bayramın mübarək!
Vağzalı sədası altda subaylara gül
çələngi atan gəlin,
Gül bayramın mübarək!
Səhəri gün ehtiyacdan o cehizlik
güldanını satan gəlin,
Gül bayramın mübarək!
Bir abırsız müğənninin cır
səsindən ilham alıb yatan xalqım,
Gül bayramın mübarək!
Dayaz yerdə müqavimət
göstərmədən, dərinliyə batan
xalqım,
Gül bayramın mübarək!
Ey vətəndaş, ey millətim gül-çiçəyin
solmasın,
Ey bu şeiri yazan insan gül
bayramın heç mübarək olmasın!

[cavab]

pol Eltun 10 May 2013 / 04:45
ellerin derd gormesin brat..efir idi halal olsun..

[cavab]

pol Dj_kamo 10 May 2013 / 05:14
Sago, brat halal olsun,burdaki her kelmede heqiqet var,muellif kimdir?

[cavab]

pol narin_yagis 10 May 2013 / 07:07
Gozeldi cox sagol.

[cavab]

pol Romal5 10 May 2013 / 10:00
Eladir brat çog sag ol

[cavab]

pol Alag 10 May 2013 / 11:28
Cox sag ol ele bil ureyimi oxumusan

[cavab]

pol PASA 10 May 2013 / 11:46
eladi...

[cavab]

pol alis 10 May 2013 / 11:49
Cox cox sağ ol burda eşitdiyem ən gözəl mövzudur.

[cavab]

pol L_SimuS 10 May 2013 / 11:56
Gül yox Qul bayramı

[cavab]

pol Miran 10 May 2013 / 11:57
di twk.elerive sagliq.halaldi sene.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1326 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az