ROMANLAR

pol sindirella1 11 May 2013 / 18:44
dediyim kimi sabah finaldi.bu romandan sonra nece bir roman isterdiniz mendn.yeni ne movzusunda(dedektiv,sevgi ve s.)
QEYD:belke axwam size SURPRIZIM oldu

[cavab]

pol Yumurta 11 May 2013 / 19:10
sindirella1, sevgi romani olsun.surprizleri xoslayiram

[cavab]

pol sindirella1 11 May 2013 / 19:34
NOVBETI ROMANIN ADI <XOWBEXTLIK HESRETI>-dir.EYNI YAZARIN EYNI KITABINDAN.BU ROMANDAN SONRA ISE DEDEKTIV ROMAN YAZACAM.CUNKI OZUM DEDEKTIV ESERLERI XOWLAYIRAM
red. sindirella1 (11.05 /19:35)

[cavab]

pol Ayla 11 May 2013 / 19:34
surprizleri xowlayiram amma.... gecikende mikro infakt kecirirem

[cavab]

pol ejla 11 May 2013 / 20:13
ayda hekayeye awik oldum Salehle Semra yeqin bir birilerini sever(:
sindi kitabin adi nedi?

[cavab]

pol wiraslan 11 May 2013 / 20:17
sindirella1, xaiw men uje infakt oldume yazda

[cavab]

pol Yumurta 11 May 2013 / 20:18
Sindi,bu hekayenin finalini ne vaxt yazacaqsan?

[cavab]

pol Melis 11 May 2013 / 22:06
sindirella1, mende dedektif eserlerini xoslayirem ..amma bunun ardini tez yazda ureyim partladi

[cavab]

pol sindirella1 11 May 2013 / 22:10
indi heyetdeym.soz eve geden kimi yazacm.soz verirem

[cavab]

pol sindirella1 11 May 2013 / 23:25
SEVGI ZERBESI (FINAL)

6 ay sonra...
Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh
istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı.
Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb
bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də
demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət
qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək
fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir
səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu
yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün
əlindən gələni edirdi.
Günlərin bir günündə Salehin atası həkimin kabinetindən sevincək çıxdı. Gəlib
Salehi bərk-bərk qucaqlayıb bağrına basandan sonra: "Artıq evə gedə bilərik"
dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin
səbəbini anlamırdı, amma onun həyata yenidən bağlanmağına və bunda öz
zəhməti olduğunu bildiyi üçün sevinirdi. Salehi axrıncı dəfə elə onunla tanış
olduğu pəncərədən gördü. Digər işçilər kimi onunla vidalaşa bilmədi. Amma
Saleh gözləri ilə Səmranı gəzirdi. Maşına minənə kimi dəfələrlə arxaya çönüb
onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki,
ona "Əlvida" deyə bilməyəcəkdi...
6 ay sonra...
Səmra hər gün işinə gedir, hər bir xəstəyə xüsusi qayğı göstərirdi. Onun bu
mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə
6 ay keçməsinə baxmayaraq hər boş olanda Salehin baxdığı pəncərədən yola
tamaşa edirdi. Beynində onu düşünürdü. "Görəsən indi necədi? Hardadır? Nə
işlə məşğuldur?" Bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu
öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə
"Saleh"deyirdi. Nə baş verdiyini dərk edə bilmirdi. Tibb bacıları onun Salehə
vurulduğunu aralarında şaiə etmişdilər. Onun qəlbində baş verənlər hər kəsə
məlum idi, bircə özündən başqa. Bir necə dəfə zarafat naminə Səmraya
"muştuluğumu ver Saleh gəldi ", deyib onun edəcəklərini gülüşlər içində
izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi.
Halbuki zarafat olduğunu anlayanda necə də kədərlənirdi. "Yəni Saleh daha
xatırlamır məni?..."
Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı
kimi Zərifənin onun sevdiyi oğlanla evləndiyini deyəcək. Amma əfsuslar olsun
ki, hər gün buna inamı get gedə azalırdı.
Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu
gözləməyə başladı. Qəfldən yanında bir maşın dayandı. Səmra ürəyində:
"Tərbiyəsizə bax, yer tapmır maşını saxlamağa." deyib üzünü sola çevirdi.
Maşının qapısı çırpılanda Səmra dönüb baxdı.

[cavab]

← 1 ... 8 9 [10] 11 12 ... 202 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1469 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az