ROMANLAR

pol sindirella1 10 May 2013 / 23:27
ayla can ozleri biler.yazmayacaqlar mende finali yazmayacam))))

[cavab]

pol EMIN98 10 May 2013 / 23:54
Maraqlidi

[cavab]

pol **Memo** 10 May 2013 / 23:55
sindirella1, aa onda oxuyub werh yazanlara haqsizliq olur axiiii) )))

[cavab]

pol sekurity1984 10 May 2013 / 23:57
**Memo**, davami olacaq finala kimi.

[cavab]

pol sindirella1 11 May 2013 / 00:01
**Memo**, can narahat olma yazacam.bugunde olmasa sabah finali paylawacam

[cavab]

pol ejla 11 May 2013 / 02:25
Aydaa super hekayediye ardini istiyyemmm. Ellerinize sagliq
red. ejla (11.05 /02:26)

[cavab]

pol *KisS_THe_RaiN* 11 May 2013 / 03:36
Hm,BuDa SeVGi... CoX PiS oLDuM:(

[cavab]

pol ROM@NTIK_AWK 11 May 2013 / 04:20
bunedi Yox bir agladim yox bir kovreldim men hec oxumadim oxumaramda yox bir vaxztimi bow bow weylere qariwdirmayacam ki sizede baxiram gulmeyim gelir

[cavab]

pol sindirella1 11 May 2013 / 11:58
ROM@NTIK_AWK, beyenmirsense oxuma ve hec kime de qariwma

[cavab]

pol sindirella1 11 May 2013 / 11:59
SEVGI ZERBESI(bolum 5)
Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də
fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi
düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox
da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin
dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz
sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü
bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi.
Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.
"Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim,
yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini
etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss
etdi.
"Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı
ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr
et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ...
O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha
onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını
bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan
mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü
ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman
butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün
Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, mağazalarını, parklarını
gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual
verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi
ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar
çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən,
qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən
soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan
o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə
uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.

[cavab]

← 1 ... 4 5 [6] 7 8 ... 202 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2211 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az