Ibretamiz hekate (yetim)

pol Fako 10 May 2013 / 01:11
Salamlar, inwAllah vaxt olduqca her axwam bucurne hekayeler paylashacam ..buyurun oxuyun

Həyatını günahlarla doldurmuş bir adam,
yağışlı və palçıqlı bir gündə ayağı sürüşür
və yerə yıxılır. Yıxılan zaman üstündəki
paltarları çirklənməsin deyə əlləri ilə
yerdən tutur və ayağa qalxır.Yerdən
tutuduğu üçün sağ əli daha çox
çirklənmişdi. Amma bu bədəvi və
mədəniyyəti olmayan biri, əlini yumaq
yerinə, bir yerə silməyi üstün tutur. Siləcək
bir yeri olmadığından, həmin anda yoldan
keçən bir uşağın başını oxşayaraq əlini
silir və ordan ayrılar. Bu hərəkətdən
uşağın xəbəri belə olmur. Adam qısa bir
müddət sonra günahlarına tövbə edəcək
fürsət belə tapmamış vəfat edir.
Getdiyi yer mələklər tərəfindən
göstəriləcəyi zaman çox qorxur, çünki
həyatı büs-bütün günahlarla dolu
idi. Cəhənnəmi gözləyərkən həmin anda
mələklər ona cənnət bağçalarından bir
bağça göstərirlər. Adam çaşıb qalır və bu
qədər günahı olduğu bir halda necə olur
ki, Allah ona cənnəti bəxş edir? O quluma
söyləyin, bir gün əli palçığa bulaşdığında,
o, əlini silmək üçün bir uşağın başını
oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə,
o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb
başını oxşamamışdı. O qulum pis niyyətli
olsa da, o yetimi o qədər sevindirdi ki;
mən də, o, gözəl yetim qulumun
hörmətinə, o, günhkar qulumu
bağışladım.
Peyğəmbərimizdən bir hədis:«Kim
məhəbbətlə əlini bir yetimin başına
çəksə, Allah qiyamət günü yetimin
başındakı tükün sayı qədər ona
nur bağışlayacaq»

[cavab]

pol Fako 10 May 2013 / 01:12
movzunun adi sehf getdi moderlerden xaiw duzeltsinler

[cavab]

pol Qaynar 10 May 2013 / 01:49
Ela mövzudur.

[cavab]

pol Yumurta 10 May 2013 / 02:07
Maraqli hekayedir

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1347 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az