#Kartof...
Cavad_N_417
8 May 2013 / 03:29
Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir
təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq
istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin
müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə
dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah
hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma
ertəsi gün sabah hamısının partalarında torbalar
və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə
baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və
üzərində həmin insanın adını yazın. Sonra isə o
kartofları torbalara qoyun. Bəzi şagirdlər torbaların içinə iki- üç kartof
qoyarkən, bəzilərinin torbası artıq ağzınacan
dolmuşdu. Müəllim ona baxıb sanki " bundan sonra
nə olacaq" deyən şagirdlərə deyir: — Bir həftə boyunca hara gedirsinizsə gedin, bu
torbaları özünüzlə gəzdirəcəksiniz. Yatarkən
yatağınızda, mindiyiniz avtobusda,
məktəbdəykən partanızın üzərində olacaq. Aradan bir həftə keçir. Müəllim sinfə girər-
girməz deyiləni etmiş uşaqlar şikayətə
başlayırlar:
— Müəllim, kartoflar iylənməyə başlayıb.
— Müəllim, bu qədər ağır torbaları hər yerə
aparmaq çox çətindi. — Müəllim, vallahi adamlar artıq çox qəribə
baxırlar mənə.
— Müəllim, həm sıxıldıq, həm də yorulduq. Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi
verir: — Görürsünüz ki, bağışlamayaraq əslində
özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır
yüklər daşımağa məhkum edirik. Bağışlamağı
qarşımızdakı insana bir lütf olaraq düşünürük,
halbuki, bağışlamaq ən başda özümüzə etdiyimiz
bir yaxşılıqdır
[cavab]
benzema
8 May 2013 / 03:33
[cavab]
nikow
8 May 2013 / 03:33
super
[cavab]
Vasif
8 May 2013 / 03:34
Super.
[cavab]
Gulsum*
8 May 2013 / 03:36
eeela,bele movzulara gore twk
[cavab]
Golf
8 May 2013 / 04:28
hmm ilk defe like+.en cox mene aiddi.
[cavab]
alis
8 May 2013 / 12:14
super :-D
[cavab]
tantuni
8 May 2013 / 12:24
qeweng
[cavab]
*KisS_THe_RaiN*
8 May 2013 / 13:17
QeWeNG))
[cavab]
_KING_
8 May 2013 / 13:24
MUKENMEL
[cavab]
Bölmeye qayıt
0.1405 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az