sevgi weir

pol TALIW_BALASI 6 May 2013 / 16:19
Sevgin ürəyimdə qərib düşübdür,

Yurdu talanıbdır yuvası uçub.

Gecələr sığınıb ümid payına

Dərin baxışında yuxu da susub.

***

Zaman çox yarama bil sığal çəkib,

Amma dərinlikdə nə çox qəm-kədər.

Nə çox iztirab var, nələr bilmirəm

Bəlkə ürək yatır bir ümman qədər.

***

Daha fikirlərim darma-dağındır,

Yolumun əvvəli başı görünmür.

Bəxtim daş içində sükut bağlayıb

Ayılan zamanı yaşı görünmür.

***

Özümü danlayıb günahkar deyə,

Elə hey kirpiklə od qaldırmışam.

Gözümü yollardan yığmışam daha

Özüm mən özümə dayaq olmuşam.

***

Ruhum bədənimdə hər çırpındıqca

Titrək baxışından sevgi ummuşam

İnsaf yaxşı şeydi, illər boyunca

Taleyin yükünü tək daşımışam.

***

Əlim yollarına uzalı qalıb

Belə çox çəkəcək uzun illər də.

Mənə dinclik vermir ,rahatlıq vermir

İttiham eyləyir xatirələr də.

***

Qəmim qəmim üstə yığılıb indi

Mənsə, bir ümidi dayaq bilmişəm.

Ömrün o başından dər ocağına

İri addımlarla qonaq gəlmişəm.

***

İllər bir dayağı qənimət bilib,

Nə səbrim vardısa, aldı apardı.

Ümid çırağımı söndürüb qəfil,

Qədər yaman yerdə pis axşamladı.

[cavab]

pol Mr_BlacK_BlooD 6 May 2013 / 16:21
Supper

[cavab]

pol naxci@one 6 May 2013 / 16:22
ela....

[cavab]

pol cavidan@ru 6 May 2013 / 16:23

[cavab]

pol TALIW_BALASI 6 May 2013 / 16:26
twkler

[cavab]

pol SIR 6 May 2013 / 16:31
E L A

[cavab]

pol BENI_SEVME 6 May 2013 / 16:34
TALIW_BALASI, cox gozeldi twk

[cavab]

pol TALIW_BALASI 6 May 2013 / 16:35
BENI_SEVME - deymez xowdu oxuyan gozler var olsun ,

[cavab]

pol =SeVGiLiM_oL= 6 May 2013 / 16:48
SUPERDİ BRAT

[cavab]

pol vasif658 6 May 2013 / 16:50
sagoley TALIW_BALASI aferin

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2293 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az