Cox ibretamiz..
PLAYBOY
7 Avq 2012 / 17:24
Endirim
(rəvayət) Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə
yerləşdirərkən, küçədəki bir uşaq onu
izləməkdə idi. Məktəblər bağlanmaq
üzrə olduğundan, idman
ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün uyğun idi.Onların ən
gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə
doğru bir az daha yaxınlaşdı.Lakin bir
qoltuqağacı istifadə etməkdə idi. Həm
də çətinliklə.. Adam ona bir daha nəzər saldı.
Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi. Buna görə də
sağa sola uçuşurdu. Uşağın baxdığı
ayaqqabılar,sanki onu özündən
keçirmişdi.Bir müddət elə dayandı.Daldığı xülyadan çıxıb yola
qoyulduğunda, adam dükandan çölə
atılıb: - Balaca!. deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər
bir möcüzədir!. Uşaq, ona dönərək: - Həqiqətən çox gözəldirlər!. deyə
təbəssüm etdi. Amma mənim bir qıçım
doğuşdan əskikdir. - Məncə əhəmiyyətli deyil!. deyə, atıldı
adam. Bu dünyada hər şeyiylə tam
insan yoxdur ki!. Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da
imanı. Kiçik uşaq, bir şey söyləmirdi.
Adam isə danışmağı davam etdirdi: - Kaş ki imanımız əskik olacağına,
ayaqlarımız əskik olsa idi. Uşağın ağlı
yaxşıca qarışmışdı. Bu səfər adama
doğru yaxınlaşıb: - Anlaya bilmədim!. dedi. Niyə elə olsun ki? - Çox sadə!. dedi, adam. Əgər imanımız
yoxsa, cənnətə girə bilmərik. Amma
ayaqlar yoxsa, problem deyil. Onsuz da
orda bütün əskiklər tamamlanacaq.
Hətta şikəst insanlar, sağlamlara
nisbətlə, daha çox mükafat görəcəklər… Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi.
O günə qədər çəkdiyi ağrılar,
yüngülləşmiş kimi idi. Adam, vitrinə
işarə edərək: - Baxdığın ayaqqabı, sənə yaraşar!.
dedi. Sınamaq istərsənmi? Uşaq, başını yanlara yelləyib: - Üzərində 30 manat
yazır, dedi. Almağım mümkün deyil ki!. - Endirim mövsümünü, sənin üçün bir
az önə alaram!. dedi adam. Bu halda 20
manata düşər. Onsuz da sən bir təkini
alacaqsan,o da 10 manat edər. Uşaq bir az düşünüb: - Ayaqqabının digər təki işə
yaramaz!.
dedi. Onu kim alacaq ki? - Amma uzatdın ha!. deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa
sataram. Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı.
Adam, davam edərək: - Üstəlik də şagirdsən deyilmi? deyə
soruşdu. - İkiyə gedirəm!.deyə atıldı uşaq. Üçə
keçdim sayılır. - Lap yaxşı!. dedi adam. 5 manat da
şagird endirimi etsək, geri qalar 5 manat. O da bazarlıq payı olar. Bu
vəziyyətdə ayaqqabı sənindir, satdım
getdi!. Ayaqqabıçı, uşağın çaşmış baxışları
arasında dükana girdi. İçəridəki rəflər,
onun bəyəndiyi modelin eynisiylə dolu
idi. Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən
sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni
göstərərək: - Mənim satış əməliyyatım bitdi!. dedi.
Sən də mənə, bunu satsan məmnun
olaram. - Zarafatmı edirsiniz? deyə kəkələdi
uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi? - Sən çox cahil qalmısan ay yoldaş..
dedi, adam. Antikvar əşyalardan
xəbərin yoxdur hər halda. Bir antikvar
nə qədər köhnə isə, o qədər çıx pul
məbləği edər. Bu yüzdən ayaqqabın,
məncə ən az 30- 40 manat edər. Kiçik uşaq, ard-arda yaşadığı şokları, üzərindən ata bilmiş deyildi. Mütləq bir
yuxuda olmalı idi. Həm də həyatındakı
ən gözəl yuxu. Adamın, həyəcandan
tərləyən ovuclarına sıxıştırdığı kağız
pullara göz gəzdirdikdən sonra, 10 manatlıq banknotu geri
verərək: - Mənə görə 20 manat bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!.. Adam onu qıra bilməyib pulu götürdü.
Və bu vaxt yanağına bir öpüş
qondurdu. Nədənsə içi içinə
sığmırdı.Əgər bütün mallarını bir gündə
satsa, belə bir xoşbəxtliyi tapa bilməzdi.
Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu.İsti bir təbəssümlə təşəkkür edib: - Atam haqlıymış!. dedi. Şikəst olduğu
üçün, kədərlənməmə heç ehtiyac
yoxdur!.? demişdi… ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ
ƏSKİK ETMƏSİN..!
[cavab]
Memo
7 Avq 2012 / 20:00
PLAYBOY,hekaye ucun twkler.
[cavab]
PLAYBOY
8 Avq 2012 / 05:30
Memo,Cox sagol.
[cavab]
Dilek
8 Avq 2012 / 07:30
PLAYBOY,sen sagol.
[cavab]
samka
8 Avq 2012 / 12:47
cox gozel edi twk
[cavab]
samka
8 Avq 2012 / 12:47
cox gozel idi twk
[cavab]
xtreme
8 Avq 2012 / 12:49
\___/
red. xtreme (08.08 /12:50)
[cavab]
PLAYBOY
8 Avq 2012 / 12:52
samka,Mende oxudugunuzcun size tesekkur edirem.
[cavab]
_ErRoR_HaCk_
10 Avq 2013 / 08:29
Gedðr
[cavab]
HIRSIZ
10 Avq 2013 / 13:03
ela
red. HIRSIZ (10.08 /13:03)
[cavab]
Bölmeye qayıt
0.1443 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az