Qorxulu Hekyeler

pol Luisindo 4 May 2013 / 23:14
soz verdiyim kimi her gun en azi 2 hekaye paylawilacaq belkede daha cox amma sadece bunlar sizin reylerinizden asilidir ugurlar!!!

[cavab]

pol Luisindo 5 May 2013 / 17:15
1994 ilində Muğla Universitetində oxuyurdum
və universitetin bağçasındakı yataqxanada
qalırdım. Universitet, şəhərdən 10 dəqiqəlik
bir məsafədə, yüksək bir sahədə tikilmişdi. Qız
və oğlan yataqxanası yan-yana uzanırdı. Qız
yataqxanasından bir yoldaşım vardı. Orda
davamlı qəribə hadisələr olurdu. Gecə
dərindən gələn çalğı səsləri eşidilir, amma
haradan gəldiyi anlaşılmırdı. Davamlı olaraq
hər gün bir nəfər ağlını qaçırırdı ya da
universitetin yüksək mərtəbələrindən özlərini
atırdılar. Otaqlar, 6 nəfərlik idi. Sibelin otaq
yoldaşı hər gecə yuxusundan, "Gəldilər,
gəldilər!" deyə qışqırıqlar ataraq oyanırdı.
Yuxusunda insana bənzəyən amma qıçları
keçi qıçı kimi olan kəslərin onu oyandırdığını
söyləyirdi. Qız, artıq qorxusundan yata da
bilmirdi. Altı -yeddi gündür yatmamışdı. Nə
vaxt göz qapaqlarını endirsə, o adamlar onu
qolundan tutub qaranlıq bir çəmənliyə doğru
çəkirdilər. Musiqi səsləri qışqırıq səsləinə
qarışır və getdikcə azalaraq yoxa çıxırdı, ən
çox onun otağından eşidilirdi. Tam da səhər
azanı zamanı. Günün ilk işıqlarla işıqlanmağa
başladığı alaqaranlıqla da itirdi. Çərşənbə
axşamı saat 01:00 ətrafında,
yataqxanadakılardan biri "Gəldilər, məni
aparırlar, onlarla gedirəm!" deyə qışqıraraq
özünü üçüncü qatdan aşağı atdı.
Mühafizəçinin dediyinə görə danışarkən səsi
qəribələşmişdi, onu nə qədər çalışsam da yola
gətirim, fikrindən daşınsın amma son
sözlərini dedi və atladı, sonuncu sözü isə belə
oldu "sənin üçün də gələcəklər, öləcəksən". Bu
hadisə Azadlıq Qəzetində "universitetdə
intihar" deyə də çıxmışdı. . Bu hadisə
yoldaşımı da çox sarsıtdı. Uzun müddət özünə
gələ bilmədi. Orda cümə günləri duş gününür.
Saat 22də başlar və 23də su soyuduğu üçün
bitər. Dostum gecikmiş və saat 23ə yaxın duşa
girmiş. Uzun bir koridor kimi və sağlı sollu duş
bölmələri var. Tək qapılı və girişlər pərdəli.
Yuyunarkən su ilıqmış hələ. Yavaş yavaş digər
kabinlerden gələn su səsləri kəsilir. Su, buz
kimi olur. Dostum dəsmala sarılıb çıxır. Amma
son kabinden hələ su səsi gəlir, amma su buz
kimi olduğu üçün bu vaxta kimsə qalmaz,
hərhalda açıq unudulmuşdur deyə kabineyə
gedir və pərdəni açır. Şok olur, çünki keçi qıçlı
olan bir qız yuyunurmuş orda. Qorxudan ağzı
söz tutmayan qız qışqıraraq otağına qaçır.
Otaqda digər bir yoldaşı duşdan yeni çıxmış
qurulanır. Olanları ona izah edir qız, yoldaşı
mənasızca gülməyə başlayır və "Beləmi?"
deyərək birdən dəsmalını açır. Ağzı açıq qalır
bu hadisəyə, çünki onun da qıçları keçi qıçı
kimi idi. Qışqırıqlarla kalidorda qaçır. Digər
qızlar, onu sakitləşdirməyə çalışıb otağına və
duşa baxırlar, amma kimsələr yox idi artıq. Bu
hadisədən sonra dostum dəlilik gətirir, öz-
özünə gülür, yanında kimsə olmasına
baxmayaraq danışıb söhbət edərmiş öz-
özünə, hətta digər qızların dediyinə görə
gecələr duşa gedər və divarla danışmağa
başlar, "nə vaxt gələcəksiz, oralar da gözəl
mi?" deyə. Bir neçə gündən sonra qızı duşda
ölü tapdıq. Normal cəsədlər kimi yox, saçları
ağarmış, üzü qırış-qırış, gözləri isə çevrilmiş
bir halda. Bu hadisəni unutmamışdıq ki,
sabahı gün mühafizəçinin 3cü qatdan özünü
ataraq, öldürdüyü xəbərini eşitdik. Artıq o
universitetdə təhsil ala bilməzdim, sənədlərimi
götürüb universitetdən çıxdım və öz
məmləkətimizə döndüm. Bir neçə həftə sonra
isə yataqxanada gecə yanğın çıxdığı xəbərini
eşitdim, xeyli sayda tələbə yanaraq ölmüş,
bəziləri isə sadəcə xəsarət almışdılar. O
hadisədən sonra universitet təmamilə
bağlanmış. Bəzi yayılan xəbərlərə görə isə bir
vaxtlar universitetin yerləşdiyi yer kütləvi
məzarlıq olubmuş. Buna görə orda qəribə
mistik hadisələr baş verirmiş. Bəziləri isə oranı
cinlərlərin qaldığı yer olduğunu deyirdi.

[cavab]

pol EMIN98 5 May 2013 / 17:24
Eladi..

[cavab]

pol Ayla 5 May 2013 / 19:16
qewey

[cavab]

pol Luisindo 6 May 2013 / 18:34
1990 cı ildə mahallların birində bir inşaat
firmasıyla 2 il işlədim. Firmanın sahibi öz
xeyirinə bir məscid tikdirdi. Bitincə də
müvəqqəti olaraq Məmməd adında təqaüdçü
bir mollanı vəzifələndirdilər. Məmməd böyük
qardaşımız idi, mahalın ağsaqqalı və çox
hörmət etdiyimiz biri idi.
Bir gün başından keçən bir hadisəni mənimlə
paylaşdı. Eynilə nəql edirəm. "Kənddə
axundluq edərkən bizim kəndə yaxın, amma
mollası olmayan bir kənddən, bir qadının
ölmək üzrə oldugu mənim də oraya getməm
gerekdiyini söylədilər. Mən də Quranı Kərimi
götürüb getdim. Evə çatdığıma bir otağının
içində 10-15 adam yataqda yatan xəstə
qadının başında aglıyır, feryad edirdilər.
Amma daha pisi qadının bogazından çıxan
xırıltılar idi, gözləri elə böyümüş və tavana
tikilmişdi ki, qorxumdan nə edəcəyimi
bilmədim. İlk dəfə idi bu hadisə ilə
qarşılaşırdım. Qadın rahat can verə bilmirdi.
Sanki onu bu dünyaya bağlayan yarımçıq
qoymuş bir işi var idi, kimsə icazə vermirdi
getməsinə. Dərhal otaqdakıları çölə çıxartdım,
Quranı açıb oxumağa başladım. Mən oxduqca
qadın rahatladı və axşamüstü o iztirab çəkən
qadın yuxuya daldı. Mən isə evə döndüm.
Ertəsi gün məni təkrar çagırdılar.
Yenə eyni hal. Quranı oxuduqca qadın təkrar
rahatlayır, sanki ağrıları bitirdi. Axşam olunca
təkrar evə dönürdüm. Yenə çagırdılar, yenə
qalxıb getdim yenə oxumağa başladım. Mən
oxuyarkən qadın rahatlamış, yanındakı az
yaşlı uşaqları da məni dinləyirdilər. Bir an elə
bir səs-küy qoptu ki... Tavandan torpaqlar
tökülməyə başladı. Pəncərənin şüşələrindən
biri sındı, divardan asılmış güzgü öz-özünə
yerə düşdü və param-parça oldu. Evin içinə
sanki kimsə daxil oldu, özünü görməsəm də,
səsi qulaqlarıma gəlirdi. Mən bir an zəlzələmi
olur deye tavana baxırdım, bu zaman qadının
bogazından elə bir xırıltı gəldi ki, sanki
yanımda dəvə kəsirdilər. Çünki o xırıltını başqa
bir şeyə bənzəmirdi. Gözləri yuvasından
çıxmışcasına böyük olmuş tavana eləcə
baxırdı. Donub qaldım. Qorxumdan qalxıb
qaçmaq istədim, amma gücüm taqətim
qalmamışdı.
O qadın xırladaya-xırladaya gözümün
qarşısında ağzı əyilərək can verdi. Üzərindəki
örtüyü üzünə çəkərkən qollarına gözüm
sataşdı, üzərində qızartılarla ərəbcə izlər
yaranmışdı, bükülü, çarpaz halda idi. Bir qədər
sonra özümə gəlib arxamı döndüyümdə,o
qadının nə uşaqları, nə yoldaşı, nə də
qohumları qalmışdı. Hamısı qorxudan çölə
qaçmışlardı. Hərçənd mən də qaçacaqdım,
amma özümü saxlamağı bacarmışdım. Çölə
çıxanda uşaqlarını çagırdım ve analarını
göstərdim, "dünyasını dəyişdi artıq, o" dedim.
Uşaqları analarını halını görüncə qorxudan
aglayamadılar belə. Üzünün rəngi qaralmış,
gözləri bərəli halda, ağzı isə geniş açılmışdı.
Gözlərini əlimlə bağlamağa çalışsam da göz
qabaqları gözlərini örtməyə yetmirdi. Bu
hadisə kəndə təlaş yaratmasın deyə gizli bir
şəkildə, bağlı bir yerde meyidi yuyub,
kəfənləyib, dəfn etdik. Bu mənim bu günə
qədər nə ağılımdan çıxdı nədə gözümün
qarşısından getdi."
Mən sonra Məmməd axundan soruşdum.
"Qardaş, görəsən, necə bir insanmış kı bu
qədər əzaba məruz qalmış. Günlərcə yataq
xəstəsi olmuş, əzablı bir şəkildə dünyasını
dəyişmişdir?" O isə "soruşdum, araşdırdım"
dedi. Amma kimsə bir şey demədi.
Yoldaşından üstü örtülü bir şəkildə soruşdum,
sadəcə bunu dedi, başqa heç bir şey
"yoldaşım falçılıq edirdi, kəndlilərin falına
baxır, gələcəyi gördüyünü deyirdi"...
Bəlkə bu gün neçə insan Əzrailin əlində əcəl
tərləri tökür. Allahım bizləri bu dünyaya
gönderdigi sifətlə və iman ilə dincliyinə
çıxmağı nəsib etsin.

[cavab]

pol Ayla 6 May 2013 / 18:54
Luisindo, amin

[cavab]

pol EMIN98 6 May 2013 / 19:06
Elaydi.:)

[cavab]

pol **Memo** 6 May 2013 / 19:08
Super)

[cavab]

pol Luisindo 7 May 2013 / 01:35
Bacımla 3 hərflilərə cox maraq göstərən bir
xüsusiyyətimiz var idi, astral səyahət haqqında
olduqca araşdırmalar və bu səyahəti etmək
üçünn çox səylər sərf etmişik.. Bu səyahət
ümumiyyətlə gecələri tətbiq olunar amma hər
insan bunu edə bilməz. Mən də çox istəyirdim
amma edə bilmədim . Bir gecə yatmadan əvvəl
yaxşıca konsantrə oldum. Lazımı şəraiti
yaratdım və gözlerimə bağlandım. Elece dərin
bir yuxuya dalmisdim. Birdən qəribə səs
eşitdim qulağımın dibində, sanki bi əl
toxundu mənə birdən oyandım və özümü 3cü
mərtəbədə əmimin evində tapdım. Gəlinimiz
mənə "get mətbəxdən bir stəkan su gətir"
dedi. O anda mətbəxə gedərkən özümü öz
evimizin mətbəxində tapdım. Həm də əlimdə 1
stəkan su ilə. Cox qorxdum özümə sillələr
atdım, yuxudayam sandım, yəqin zaman fərqi
yaranıb, məkanlar qarışıq düşüb deyə yuxu
gördüyümü fikirləşdim, ancaq gercekten oyaq
idim. Amma mən bu mətbəxə ne zaman
gəldim, 3cü mərtəbədən ne zaman cixdim, ne
zaman su doldurdum deyə dusundum.
Stəkənaı stolun üstünə qoyub otağıma
qaçdım.
Saatlarla duşúndúm anamı, atamı, bacımı
oyandırıb onlara izah etsəm məni dəli
sanacaqdılar. Güzgüyə baxdıgımda gózlerimin
altı gömgöy olmuşdu və rəngim dümağ idi.
Agladim, çox agladım, həm də qorxurdum.
Astral səyahətə cıxarmişlardı 3 hərflilər məni..
Yorğanımın altına girmişdim. Səhər
oyandigimda hal qalmamısdı, 10 yaş
qocalmışdım sanki. 2 gecə qorxudan yata
bilmirdim. Ətraf cox sessiz idi. Saat 2:30
kimiydi yalnız agaclardaki yarpaqların səsləri
gəlirdi qulagima, bir payız vaxtı idi. Yenə
yuxuya getmişdim. Bir an yenə bil əl toxundu
mənə sanki, dünənki kimi. Bəli biri var idi . Bu
əmim idi, sol qolumu i qucaqlayırdı. Mən o 3
hərfliləri unutmustum artıq. Əmim agliyırdı.
"Nə oldu?" deyirəm cavab vermir. Və mən də
özümdən asılı olmayaraq onunla aglamaya
baslamisdim, gercek kimiydi. Bir anda sag
tərəfimdə anam və atamı górdum . Şok
olmusdum. "Ne zaman gəldiniz yanıma" deyə
suallar soruşurdum amma məni eşitmirlərdi,
səsim cixmirdi. Bir yandan da əmimə
baxırdım. "Allahım" dedim nə olur burda. Heç
nə anlamamışdım. "Allah" dediyim kimi itdilər,
gizlicə gedib baxdım anam da, atam da
yatirdilar. Anladim ki 3 hərflilər mənimlə oyun
oynayırlardı.. O 2 gece hec yatmamışdım, indi
isə hər gecə dua oxuyub yatıram və artıq
görmürəm onları. Bunu anam, atama izah
etmədim, inanmazlardı çunku. Amma bacıma
izah etdim və inandı.

[cavab]

pol BerryBlack 7 May 2013 / 02:22
Luisindo, qurban sene bizi bir teher eledinee:/bu qeder hadise senin bawiva gelib?

[cavab]

← 1 2 [3] 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2146 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az