Qorxulu Hekyeler
COMANDANTE
4 May 2013 / 12:49
3herfliler sozu KINO'dan goturulub molla iwledirdi o sozu.hekaye de pis doyul.amma gercek de deyil....ruhlar ve cinler var!amma insan bele weyleri aglina getirince onun gozunun gabaginda gorunen yalniz onun wûur alti ozu ucun yaratdigi canlilardi.HEC KIM ONLARIN NE FORMADA OLDUGUN BILMIR....[3herfliler :)]
[cavab]
perviz
4 May 2013 / 12:52
eeladi tezesin yaz
[cavab]
kiwi
4 May 2013 / 14:12
O ucherflilerle zarafat etmeyin...
Gercekden yuxuvuza girer
[cavab]
2012_2013
4 May 2013 / 14:21
Qaqaw bele hekayeleri cox yazda maraqlidir
[cavab]
ramil115
4 May 2013 / 15:01
qeweydi
[cavab]
Luisindo
4 May 2013 / 19:36
1999 yazında bir otelin barında işləyirdim.
Gecələri gec yatdığım üçün günorta qalxırdım.
Yenə belə gecələrdən biri, günorta saat 4 kimi
qalxdım və hər vaxt yemək yediyim yer olan
otelin qarşısındakı bufetə getdim. Orada
otelin mühazifizəçilərdən biriylə qarşılaşdım
və bərabərcə bir masaya oturduq. Yeməyimizi
yerkən yanımıza mənim arxamdan biri
yanaşdı və eynilə bu cümləni söylədi: "Falına
baxmamı istərsənmi?" Mən, bu sözün mənə
deyilmədiyini düşünərək yeməyə davam
edərkən səsindən qadın olduğunu anladığım
o şəxs eyni sualı təkrarladı: "Falına baxmamı
istərsənmi?" Arxamı döndüm. Mən də hər kəs
kimi, döndüyümdə o tipik falçı qılığındakı
birini görəcəyimi sandığımdan sürətli və əsəbi
bir çevriliş etdim, amma bunun bir başqa
səbəbi o günə qədər fala inanmamağım idi.
Qadınla göz gözə gəldik və qadın az əvvəl
soruşduğu sualı mənim ona hər hansı bir şey
söyləməmə fürsət vermədən təkrarladı: "Falına
baxmamı istərsənmi?". "Xeyr!" deyərək arxamı
döndüm. Yanımdakı mühazifəçi yoldaşımın
qadına, "Mənim falıma bax." dediyini eşitdim.
"eşitdim..." deyirəm, çünki o 3-5 saniyə arası
mənə, sanki yaşanmamış kimi gəlirdi.
Yoldaşım, qolumu tutaraq mənim də
baxdırmamı, pulunu özünün verəcəyini
söylədi. Mən də rahatlayacaqmışım kimi başmı
olar mənasında yellədim. Tam bu sırada falçı
qadın, yoldaşıma onun falına baxmayacağını
söylədi və mənim yanıma gələrək sanki bir
"Rıdvan" (cənnətin gözətçisi) kimi təpəmdə
tikildi. "Nə istədiyini, istədiyinin pulmu
olduğunu" soruşdum. Falçı qadın, eynilə
bunları söylədi: "Falına baxacam!" Mən də
sanki bu bir oyunmuşcasına, "Niyə?" dedim.
Qadın, buz kimi donuq səsiylə, "Çünki az əvvəl
istədiyini söylədin." dedi. Az əvvəl qaynağını
bilmədiyim, o diksinmə səbəbim kimi görünən
qadın, mənə bir anda cazibədar gəlməyə
başladı. Ağılımdan "nə itirərsən ki onsuz da"
deyilən o ən təhlükəli düşüncə keçdi. Falçı
qadına, "yaxşı, olar" dedim. Qadın yanıma
oturdu və başını yerə doğru əyərək gözlərini
yumdu, mənə sağ əlimi uzatmamı söylədi. Mən
də bir az çaşqınlıq olsun deyə ağılımdan sol
əlimi uzatmaq keçirdi ki, falçı qadının
ağızından beynimdəki bütün qanı donduran
bu sözlər töküldü. "Əsla, səhv əlini uzatmağı
düşünmə". O an özümü iflic olmuş kimi hiss
etdim. Oradan getmək istəyirdim, amma
mümkün deyildi. Ayaqlarım sanki yerə
mıxlanılmış kimi idi. Mən bu qorxuyla qarışıq
vəziyyətdə sağ əlimi qadına uzatdım. Qadın
barmaqlarımın arasına bir bezdən sıxdığı
mayeni sürdü və sağ əlimi sol əlimlə bağladı.
Sonra sanki mənə yazzığı gəlirmiş kimi baxdı.
Ardından əlimi açdı və bir şeylər zümzümə
etməyə başladı. Bir an susdu və mənə
sözlərinə heç ara vermədən bunları söylədi:
"Bir kağız götürəcəksən və bu səni böyük bir
birliyin içinə atacaq. 3 gün içərisində çox
sevdiyin iki insanı itirəcəksən. Bu an
çətinliklərin var, amma sabah bunların hamısı
sona çatacaq. Anan çox uzaqlardan bir xəbər
alacaq." Və ən son söylədiyi söz isə bu idi: "2
böyük qardaşından böyük olanı, kiçik
olanından daha uzaq bir yerə gedib sizdən
ayrılacaq." Hadisənin hekayə qismini keçərək
sizə o həftə olan hadisələrdən bəhs edim. 2
gün sonra universitet imtahan nəticə kağızım
gəldi və mən artıq bir kütlənin içində olmağa
haqq qazanmışdım. Bundan bir gün sonra,
əmi oğlumun intihar etdiyi xəbərini eşitdik və
eyni gün əmim infarktdan öldü. Ortancıl
böyük qardaşımın əsgərə getmək vaxtı xəbəri
gəldi və digər böyük qardaşım da universitet
üçün Avstraliyaya getdi. Mən, bu hadisənin
üzərindən təxminən 3 ya da 4 ay sonra təkrar
o bara getdim. Ağılıma bu qadın gəldi və
axtarışa qərar verdim. Ancaq bütün
axtarışlarım boşa çıxmışdı ki, son bir dəfə baş
çəkdiyim benzindoldurma məntəqəsindəkilərə
soruşarkən biri mənə, o qadını tanıdığını,
ancaq 3 il əvvəl öldüyünü söylədi. O an şok
oldum sanki, bir neçə ay əvvəl mənim falıma
baxan birinin 3 il əvvəl öldüyü çox qəribə idi.
Daha sonra adama hadisəni izah etdim.
Adamın mənə inanmamış olduğunu anlasam
da, qadının yaşadığı yeri bilib bilmədiyini
soruşdum. Mənə qadının evini tərif edə
biləcəyini söylədi. O istiqamətdə evə getdim.
Ancaq getdiyim yer, bir ev deyil xaraba idi.
Yanmış, yıxıq tökük içində içki içənlərin
olduğu xarabalıq bir yer idi. Evə girdim, bir az
gəzdim. İçəridə şərab içən insanlara belə
birini görüb görmədiklərini soruşdum. Kimsə
görmədiyini söylədi. Mən də ümidimi kəsmiş
evdən tam ayrılacağım sırada, az əvvəl
çıxdığım nərdivanların üstündə qadının
mənim əlimin üstünə sıxdığı mayeli bezi
gördüm. Eyni bez olduğunu ondan gələn
qoxudan anlamışdım, əlimə sıxdığı maye kimi
qoxurdu.
[cavab]
Luisindo
4 May 2013 / 20:12
rey bildirin saat 19:00 daha bir hekaye paylawilacaq
[cavab]
Luisindo
4 May 2013 / 22:27
Adım Şəhla. Əvvəllər men ruhlarla, cinlerle cox
maraqlanirdim, qorxulu hekayeler oxumağı
sevirem ve pessimistem. Özüme cox qapali
idim. Meni ancaq olum maraqlandiridi. Axir
gunler gecələri qorxulu kabuslar gorurdum,
qebirsanliq, zülmət qaranlıq kimi bir yerlər
kimi. Qebirsanliq bizim evə çox yaxin idi,
hemişe yatanda qebisanliq terefe baxan divari
doyub yatirdim. Bunu ölülərlə sağollaşma kimi
də düşünürdüm. Bir gecə saat 3 olardı,
sıxılırdım, özümü qəribə hiss edirdim,
gözümü açdım, bir qaralti gelirdi gozume,
qarabasma gorurdum ele bildim, sonra o
qaralti qapqara paltarla örtulmuş birinə
çevrildi, Ezrail idi sanki, ona oxşatdım. Mene
yaxinawdi ve dedi: "Eksiyin oLsun, yoxsa
özün? Birinci anlamadim onun ne dediyini,
düşündüm biraz, dedim "Teki hec kim
ölmesin, men ölüm." Onun elinde qara nə isə
var idi, sifeti gorsenmirdi. Mene baxdı və dedi
"Bogazindaki qara ipi at bura. Əlimi boğazıma
apardım, həqiqətən də bir ip asılmışdı, qırdım,
ora atdim, qalxdim ayaga, onunla getdim. Geri
baxdım, ozumu gördüm yatağımda, yatmış
halda, ruhum bedenimden qopmaga caliwirdı,
elim qolum terpenmir, bacimi cagira bilmirem,
sesim cixmir, nefes dayanir, elimi ne qeder
caliwdim, amma qaldira bilmedim, gozlerim
qaralirdi, hər tərəf qaranlıqlaşdı, beyin artıq
yavaş-yavaş gedirdi, düşünə bilmirdim. Çox
qorxmuşdum, o an olduyumu anladim, tekce
goz yawlarmin axtiğıni hiss edirdim, gozumu
yumdum kelmeyi-şəhadeti gucle yavaş səslə
soyledim, çox tek idim, tekce ureyim qalmiwdi,
ureyimde Allaha yalvardim mene komek etsin
sevdillerimi gormeden olmeyim, getdikcə
daha da ağırlaşdım, ürəyimin döyüntüləri
yavaşladı, dayandı və səssizlik, qaranlıq, heç
bir hərəkət yox idi. Xeyli vaxt keçdi, nəhayət
gözlərimi açdım, inanmadım, sağ idim,
yerimdən qalxdım. Hər şey əvvəlki kimi idi.
Çoxları yuxu gördüyümü desə də belə deyildi,
çünki gözlərimi açarkən yanağımda ağladığım
axşamdan yaş izləri qalmışdı...
[cavab]
EMIN98
4 May 2013 / 22:53
Eladi. .
[cavab]
Ayla
4 May 2013 / 23:07
supper axtardigim movzunu tapmiwam.davami olsun xaiiw
[cavab]
Bölmeye qayıt
0.1351 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az