Qorxulu Hekyeler

pol Luisindo 4 May 2013 / 03:09
Dayım bu hadisəni mənə izah etdiyi zaman
inanın tüklərim tikan tikan oldu. Və o
qızcagıza həqiqətən də çox yazzığım gəlmişdi.
Anamım 20 yaşlardaykən sevdiyi bir dostu
varmış, Vildan. Ama Vildan digər yoldaşları
kimi gəzməkdən, əylənməkdən xoşlanmazmış.
Çox içinə qapalı biriymiş. O daha çox cinlər,
ruhlar və təbiət üstü hadisələrə maraqlıymış.
Yoldaşları tərəfindən nə qədər xəbərdar
edildisə də bu marağından imtina edə
bilməmiş. Və hər şey o yaz gecəsi başına
gəlmiş Vildan'ın. dostlarının izah etdiyinə görə
o gün hər zamankindən çox məşğul olmuş
cinlərlə. Sıx sıx o"üç hərflilərin" adını söyləmiş.
Gecə olunca hər zamanki kimi yatağına
yatmış, yatmağı gözləyərkən birdən
qışqırmağa başlamış. Anası və atası otağının
qapısını açmağa nə qədər çalışsa da edə
bilmirlərmiş.İçəridən qəribə səslər gəlirmiş
heç də tanış olmayan səslər həm də çox
qarışıq imiş. Vildan isə içəridən "Rahat
buraxın məni. Sizinlə heç bir yerə
gəlməyəcəyəm" deyə qışqırırmış. İçəridə nələr
olduğunu bilmək istəyən ana - atası "Qızım
nəyin var? Kim sənə pislik edir? Öz-özünə
kiminlə danışırsan?" deyə soruşmuşlar. Vildan
da; "Kömək edin, məni aparmaq istəyirlər.
Məndən onlarla birlikdə getməmi istəyirlər.
Getmək istəmirəm. Qurtarın məni." deyə
qışqırmış. Birdən səslər kəsilmiş. Atası qapını
qıraraq içəri girmiş. Qızı yerdə huşsuz halda
tapmış. Bir neçə saat keçəndən sonra qız
özünə gəlmiş olanları anlatmış. Rəngi
ağappaq imiş danışarkən belə dodaqları
əsirmiş, dilində də qüsurlar yaranmışdı.
Dediyinə görə otaqda o üçhərfli varlıqlardan
görmüş. Onun dalınca gəlmişdilər. Tam olaraq
üzünü görməsə də qara bir şey olduqlarını
demiş. Sesi çox qorxunmuş. Ona
yaxınlaşmışlar qorxudan qışqırıb geri geri
çəkilsə də üstünə doğru gəlmişlər, dözə
bilməyib huşunu itirib. Ayıldığında da ata-
anasını görmüş. O hadisədən sonra qız
havalanmış kimi gəzmiş, dilindəki qüsular
çoxalaraq danışmaz hala gətirmiş qızı. Gecələr
isə yuxularında yənə onları görmüş, -səni də
aparacıq- deyirmişlər qıza. Heç bu hadisənin
üstündən bir ay geçməmişdi ki, qız səhər
yatağında ölü tapılmış. Ata və anası çox
pərişan halda evdən daşınmışlar. Neçə illər o
ev bağlı qalmış. Yaxınlıqdakı qonşuların
dediyinə görə gecələr evdən qışqırıq səsləri
gəlirmiş. Kiminsə yalvararaq kömək istəməsini
eşidiblərmiş. Amma heç kəs gecə cürət edib o
evə gedə bilməmiş...

[cavab]

pol (=NesiB=) 4 May 2013 / 03:12
Luisindo, inboxa bax

[cavab]

pol Luisindo 4 May 2013 / 03:12
beyendinizse werh yazin fikir bildirin bu hekayelerin davami olacaq!!!

[cavab]

pol Just_farmer 4 May 2013 / 03:39
Ela.cox qewey

[cavab]

pol alem 4 May 2013 / 03:46
Qorxunc
red. alem (04.05 /03:46)

[cavab]

pol Qizil_Eli 4 May 2013 / 04:00
qaqaw otagda tekem butun evin iwiqlarifa sonuludu senin bu hekayen.meni infakt etdi uje :)

[cavab]

pol Dj_kamo 4 May 2013 / 04:17
Luisindo, men bunun neyini beyenim axi adam deli olar ozude gece vaxti bele wey yazma,cinlergeler uuuuuuuuuuuu hhhhhaaaa seni aparacaaaaaam
red. Dj_kamo (04.05 /04:17)

[cavab]

pol Senmenimol 4 May 2013 / 04:21
FULDU QAQAW TEZESIN YAZ

[cavab]

pol _PaCHKeR_ 4 May 2013 / 06:32
Olub bu hadise heqiqeten?
Ama Ufolar heqiqeten var inanmayanlar baxsinUFO

[cavab]

pol Sevsen 4 May 2013 / 10:22
Luisindo, yenede yaz maraqliydi

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1728 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az