1 Saat ...

pol (=Mr_ViRuS=) 4 May 2013 / 01:35
Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi.
Oğul:"Salam Ata ! Sənə bir sual verə bilərəm ?"
Ata:"Əlbəttə!"
Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?"
Ata:"Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə sərt cavab verir.
Ogul başını aşağı salaraq sakitcə deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim."
Ata:"Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram."
Uşaq utanaraq: "Ata olar mənə 10$ borc verəsən?"
Ata qaşlarını çataraq cavab verir :"Əgər bir oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və yat !"
Uşaq bir söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək " Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım" düşünərək oğlunun otağına üz tutur.
Ata qapını sakitcə döyərək "Oğlum yatmısan?" deyə soruşur.
"Xeyir ata yatmamışam" deyə uşaq cavab verir.
Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır.
Uşaq pulu götürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır.
Bunu görən ata biraz təəccüblü bir az da acıqlı halda soruşur:
"Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?"
Uşaq sevinc dolu körpə baxışları ilə atasına baxaraq cavab verir:
"Ata mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et ."

Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailəmizlə istədiyimiz qədər vaxt keçimədiyimizə görə peşman olmayaq.

[cavab]

pol Anaska 4 May 2013 / 01:40
Super

[cavab]

pol YalniZ 4 May 2013 / 01:43
ELA. Cox TesiRLiDi.

[cavab]

pol Golf 4 May 2013 / 01:46
Tekrardi,coxda tesirli.

[cavab]

pol DOGUKAN 4 May 2013 / 01:53
AMMA TEKRAR

[cavab]

pol vanpiremi 4 May 2013 / 01:56
cox gozel yazmisan cox sagol ellerin yorulmasin

[cavab]

pol SweeT(Love) 4 May 2013 / 02:06
Tekrardi amma pis deyil

[cavab]

pol (=Mr_ViRuS=) 4 May 2013 / 02:10
Tekrardisa baglayin movzunu. Bilmirdim.

[cavab]

pol Heyat2miz3un 4 May 2013 / 02:12
AGLAMAYİM GELDİ

[cavab]

pol Gizir 4 May 2013 / 02:31
Cox gozeldir hm

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.3251 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az