#Yemekni dagidan qonaq(qisa hekaye)
Cavad_N_417
3 May 2013 / 22:41
#Yeməyini dağıdan qonaq
- Həzrəti İbrahim (ə.s.)
160 yaşına gəlmişdi.
Günlərin bir günü özündən iki yaş böyük bir qoca
ilə qarşılaşdı. Qocanın ayaq üstə durası halı yox
idi. Hz.İbrahim (ə.s.) onu evinə dəvət etdi və ona
süfrə açdı. Birlikdə yemək yeməyə başladılar. Lakin yaşlı qonaq heç cür yemək yeyə bilmirdi.
Üstəlik köməyə də razı olmurdu.Yeməyi
gözünə , burnuna soxur, arada da ağzına apara
bilirdi. Əli-üzü, üstü-başı tamam yeməyə
bulaşmışdı. Elə bir yeməyi o yox, yemək onu
yemişdi. Hz.İbrahim(ə.s.) ona baxıb: -Ey yaşlı qonağım, niyə belə edirsən? İcazə ver,
sənə kömək edim. -Ey İbrahim, bunlar qocalığın
əlamətləridir. Səni
incitmək istəmirəm, məni bağışla. -Yaxşı, bəs
neçə yaşın var? -Yüz altmış iki yaşındayam.
Həzrəti İbrahim(ə.s.) fikrə getdi. Qoca iki il özündən böyük idi. Əllərini qaldırdı və:" Allahım!
Mənim bu hala düşmədən canımı al," deyə Uca
Allaha dua etdi. Çox keçmədən yeməyini yeyə
bilməyən, üst-başına dağıdan yaşlı qonaq
dəyişilməyə başladı. Həzrəti İbrahim(ə.s.) ona
diqqətlə baxanda qarşısında ölüm mələyi Həzrəti Əzraili gördü. Əzrail əsl simasını aldı və
dedi:
Ey İbrahim, vaxtın gəldi. Duan qəbul edildi.Uca
Allahın hüzuruna çıxma zamanıdır. Mən də bu
vəzifəni yerinə yetirmək üçün gəldim. Əzrail
əleyhissalam Həzrəti İbrahimin yanına yaşlı qoca simasında gəlmiş və ölümü öz dili ilə istəsin
deyə Allaha dua etdirmişdir.160 yaşında vəfat
edən İbrahim əleyhissalam Şam bölgəsində
Xəlilür-Rəhman qəsəbəsində dəfn edilmişdir.
[cavab]
tofiq_7
3 May 2013 / 22:44
ilk werh
[cavab]
Juliet
3 May 2013 / 23:24
coox maraqlidir.twk yazdiginiz ucun
[cavab]
fidan29
4 May 2013 / 00:09
maragliydi
[cavab]
Anaska
4 May 2013 / 00:39
Yazan eleriniz var olsun
[cavab]
Osi2000
4 May 2013 / 01:21
Allah Razi Olsun Qardasim.Ne Yaxsi Dinimiz Haqda Melumat,Hekayeler Yazan Insanalar Hele Var.....
red. Osi2000 (04.05 /01:22)
[cavab]
Bölmeye qayıt