Oglanlar cavab verin!!!

pol Seva_ViP 3 May 2013 / 16:24
İllərcə üzərimizdə əməyi olan, hər an, hər yaşda üzərimizə titrəyən, gözündə hər vaxt körpəsi olduğumuz,evə gec gələndə yatmadığını gördüyümüz, məktəbdən geri qayıdanda küçədə gözləri bizi axtaran, hər davranışımıza səbir göstərən , bizim dərdlərimizə bizdən daha çox kədərlənən, bizim üçün heç bir fədakarlıqdan qaçınmayan ANALARINIZ
Həyatda kişilərin ən gözəl dostu ,həyatını bölüşdüyü insan, uşaqlarınızın anası… Çətin zamanda başımızın ucunda gördüyümüz, tək köməkçimiz, xöşbəxtlikdə və kədərdə tək bölüşəcəyimiz, həyatımızın mənasi, ən gözəl şeirimiz, ən böyük dəstəkçimiz...HƏYAT YOLDAŞINIZ
Birdə şahzadəniz.. Axşamları sizi səbirsizliklə gözləyən əllərinizə baxan sevgi dolu bir cüt göz… Hər vaxt və hər yaşda yanında olacağımızı bilən bizə güvənən və bununla fəxr edənimiz,bizə qoruyucu mələk gözü ilə baxan, onun bizə, bizimdə ona valeh olduğumuz QIZINIZ…
Heç bir var dövlətlə əvəz olunmaycaq 3 gözəl insanlar..
Bu üç qadını sevgilərin ən böyüyü ilə sevmək üçün düşünməyə ehtiyac yoxdur, səbəb axtarmağa ehtiyac yoxdur...
Amma kişilər etiraf etsin ki,onları hər kəsdən çox sevən bu qadınları onlar kimi sevməyi hər zaman bacarmırlar.
Bəlkə də çox sevirsiniz amma heç cür sevginizi ifadə edə bilmədiniz utandınız, yaraşmaz dediniz…

Ürəyinizdən çıxan sevgi sözlərini içinizə həbs etdiniz; söyləmədiniz,kişi hər dəqiqə sevgisini deməz fikirləşdiniz.
Bəzilərinə azacıq aidiyyatı olmasa da əksər kişilərə aiddir
Unutmayın kişilər həyatınızdakı bu üç qadın sizin üçün canını verməyə hər an hazırdır bəs siz?

[cavab]

pol =SeVGiLiM_oL= 3 May 2013 / 16:42
Seva_ViP, evvala salam xanim.YAXWI QIZA CANIM DA QURBAN.AMA Kİ,İNDİKİ DÖVRDƏ YAXWI QIZ ÇOX AZDIR....
red. =SeVGiLiM_oL= (03.05 /16:44)

[cavab]

pol _PaCHKeR_ 3 May 2013 / 16:45
Yaxsidi

[cavab]

pol EMIN98 3 May 2013 / 17:07
Dùzdù. Bezen icimizdeki sevgini demek, göstermek olmur. Amma sevdiyimiz ugrunda ölùmù bele göze ala bilerik.

[cavab]

pol L_SimuS 3 May 2013 / 17:26
ele hissler var ki onlari qadina bildirmemek lazimdi.esas da sevgi hissini.

[cavab]

pol Seva_ViP 3 May 2013 / 17:31
=SeVGiLiM_oL=,SALAM Niye axi belke artiq sizin fikrinizde yaxsi qizlar qurtarib

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2053 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az