Bir deqiqede insani nece tanimali ?

pol Fako 2 May 2013 / 01:31
"Bir dəqiqədə insanı necə tanımalı"
kitabından bəzi çıxarışlar:
Üz quruluşları
Əgər insanın üz ölçüləri arasında mütənasiblik
varsa, məsələn, alnı ilə çənəsinin uzunluğu
bərabərdirsə, bu, onun intelektual
qabiliyyətinin inkişaf etməsindən xəbər verir.
Bir qayda olaraq, belə insanlar güclü hissiyatlı,
dözümlü və anlayışlıdırlar. Üçbucaq sifət
insanın hiyləgərliyindən xəbər verir. Əgər bu
insanın qabağa çıxmış və enli alnı varsa,
deməli bu insan həmdə fitri istedada malikdir.
Təəssüf ki, bu cür insanlar həmdə satqınlığa
meyillidirlər.
Sifəti trapesiya quruluşa malik insanlar isə
intelektual hissiyatlı və artistlik
xüsusiyyətlərinə malik olmaları ilə seçilirlər. Bu
cür simalı qadınlar bir qayda olaraq
optimistlər adlandırmaq olar. Onlar
xoşbəxtcəsinə yaşayır və ətrafları üçündə xoş
atmosfer yaratmağa çalışırlar.
Kvadrat sifətli insanlarda mərdlik, dözüm, bir
çox hallarda isə qəddarlıq həddinə çatan
soyuqluq var. Onları kobud kateqoriyasına aid
etmək olar. ünsiyyətdə onlar səmimi və sözü
üzə deyəndirlər. Həmin insanlar sıravi
icraçıdırlar. Baxmayaraq ki, həyati boyu
lidreliyə can atırlar.
Yumru sifət insanlar isə açıqqəlbli, sülhsevər,
həlim xasiyyətli olurlar. Həmçinin
dalaşqanlıqları ilə çox seçilirlər. Onlar
komfortlu gözəl kampaniyanı sevir, şan
şöhrətə meyl etməməyə çalışırlar... Qaşlar
Qaşlar insanın emosiyalarını ifadə edir. Onun
qurulurşu, rəngi, sıxlığı həmdə ağıl və
emosiyaların balanslaşdırılmasından xəbər
verir. Ona görədə ideal qaşlar uzun və enli
olanlar sayılır. əgər qaşların axırı yuxarı
qalxıbsa, həmin adamın səxavətliliyindən və
mərdliyindən xəbər verir. Belə adamlar
doğuşdan müvəffəqiyyətli sayılırlar.
Yox, əgər qaşların sonu aşağı meyllənibsə, bu,
həmin adamın utancaq olduğundan xəbər
verir. Əgər qarşınızdakı şəxs qısa və seyrək
qaşlara malikdirsə, onunla ehtiyyatlı davranın.
Çünki onun hər an emosional "partlayışlar
törədəcəyi" istisna deyil.
Gözlər
Əgər gözlər gözəl və cəlb edicidirsə, bu,
insanın sağlamlığından, müstəqilliyindən,
ağlından və temperamentindən xəbər verir. İri
gözlər insanın sentimental olmasını, tez
küsəyən olmasını göstərir. Balaca gözlü
insanlar bir qayda olaraq paxıl və özünə
qapanan olurlar. Onların həyatda sevmədiyi
bir şey varsa, o da ünsiyyətdir.
Burun
Uzun burun-individuallığın, balaca burun isə
optimizmin və ürəyiaçıqlılığın əlamətidir.
Burnunun ucu nazik olan insanları hiyləgər və
kinlilər kateqoriyasına aid etmək olar. Amma
burnunun ucu böyük və ətli olan insanlar bir
qayda olaraq, səmimi və ürəyiaçıqdırlar.
Burnunun ucu yuxarı qalxmış insanlar (xalq
arasında "kurnos" adlandırırlar) özündən razı,
eqoist adlandırmaq olar.
Ağız
Əgər insanın ağzı böyükdürsə, bu, onun mərd
olduğunu göstərir. Yox, əgər şair demişkən
"dar badam sığışmayan dar ağızlı"dırsa, onu
zəif xarakterli adlandırmaq olar.
Dodaqlar
Əgər üst dodaq alt dodaqdan daha
böyükdürsə və ümumi görüntüdə onu
"kölgə"də qoyursa, deməli, həmin adam
qətiyyətsizdir.Yox, əgər mənzərə əksinədirsə,
həmin şəxs eqoist, məqsədinə çatmaq üçün
qarşıdakı bütün maneləri qəddarcasına dəf
etməyə hazır biridir.
Nazik dodaqlar insanın hiyləgərliyindən və
paxıllığından xəbər verir. Ətli dodaq isə
kobudluğun göstəricisidir.
Qırışlar
Burun boşluğundan ağızboşluğuna qədər
qırışlar yaranıbsa, bu, insanın hiyləgər
olduğundan xəbər verir. Gözün ətrafında
qırışların çoxluğu, deməli, həmin insan
olduqca çətin həyat tərzi keçirir. Qırışlar
dodaqların ətrafında çoxdursa, bu, həmin
adamın gəncliyində əldə etdiyi bütün
uğurların qocalığda itirməsindən xəbər verir.

[cavab]

pol Qeseng_qiz 2 May 2013 / 01:45
9esrde qalib

[cavab]

pol Moshennik 2 May 2013 / 01:57
Oxumadim.cox uzundu.amma ellerine sagliq

[cavab]

pol Golf 2 May 2013 / 02:05
Vallah men qiraqdan durum birine baxim 1yalan olar 5-10deq cozerem o insani.durusundan baxisindan hereketinden onu xarakterinin 90faizini cozerem.bu gune kimide o cehetden yanilmamisam.

[cavab]

pol *KisS_THe_RaiN* 2 May 2013 / 03:22
eLa))

[cavab]

pol Anaska 2 May 2013 / 16:01
Men 1insani tez taniyiramm:))

[cavab]

pol FvR_nO-helP 2 May 2013 / 16:36
bro eline salik. Mene ele gelir 3 bucaq sirsifetli)) hiyleger olur. Lakin bu zamanda kicik burunluda hiyle etmelidi geride qalmasin deye. :)
red. FvR_nO-helP (02.05 /16:37)

[cavab]

pol Ayla 3 May 2013 / 01:00
Golf, mene de baxda gor ne oxuyursan

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2452 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az