Bugün Fatimeyi Zəhra (s.ə) mövlud günüdür...
ozdunyamiz
2 May 2013 / 00:14
Bu gün əlamətdar hadisələrdən ən önəmlisi Peğəmbər (s.ə.s)in gözünün işiği , dünya və axirət xanimlarinin ən üstünü, Xanim Fatiməyi Zəhra (s.ə) -nin mübarək movlud günüdür.
İslam aləmində bu gün yəni xanim Zəhra s.ə-nin doğum günü musəlman qadinlarin bayrami kimi qeyd olunur. Elə bu münasibətlə saytımızın və ümumdünya müsəlman xanımlarımızı təbrik edirəm, sizə xanim Zəhra s.ə-dan dərs almaği, ONU özünüzə nümunə götürməyi və daima ləyaqətli,iffətli,namuslu olmaği və Onun kimi əvvəlcə gözəl qiz evladi daha sonra mükəmməl həyat yolaşi və nəhayətki qayğikeş ANA olmaği arzu edirəm...
İndi isə Xanim Fatiməyi Zəhran s.ə-in tarixinə kim olmasiyla bağli kiçik bir nəzər salaq..
Peyğəmbər (s.ə.s) və Xədicə (s.ə)-nin qizi Fatimə (s.ə) besətin 5ci ili, Cəmadius sani ayinin 20si, mübarək Cümə günü Məkkədə dünyaya göz açib.
Peyğəmbər (s..ə.s) qizin doğum ərəfəsində Xədicə xanima belə buyurmuşdu - "indi Cəbrail mənə muştuluq verdi ki pak və gül kimi bir qiziniz dünyaya gələcək və bütün imamlar,məsumlar onun nəslindən gələcək."
Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur,canimdan bir parçadir".
Hədis və rəvayətlərə görə Qurani Kərimin "kövsər" surəsi də Xanim Zəhranin şərəfinə nazil olub.
Xanim Fatiməyi Zəhra (s.ə) haqqinda nə qədər yazsam, Onun şəninə nə qədər gözəl sözlər desəm yenə də zərrə qədər belə kamillik elmini , qadinliq ismətini, şücaətini danişib bitirməyə mərifətim çatmaz... "O" dünyaya gəlmiş və gələcək bütün xanimlarin Zinəti və ən üstün xanimidir...
Bu gün Miladi təqvimi ilə 01.05.2013 Xanim Fatimə (s) doğum günüdur... İslam aləmində bayram kimi keçirilən bu mübarək gün münasibəti ilə bütün müsəlmanlari təbrik edirem!
Allah Təala hər bir xanima Peyğəmbər qizinin əmanət qoyub getdiyi HiCaB-a riayet eleməyi, həmçinin dünya və axirət aləminin xeyirlisini qismət eləsin inşəAllah
Mövlud günü 2 rəkət namaz qılıb Xanımın ruhuna hədiyyə etməyi unutmayaq!
BAYRAMİNİZ MÜBARƏK!
[cavab]
L_mar
2 May 2013 / 00:18
bahemm
[cavab]
*KisS_THe_RaiN*
2 May 2013 / 01:00
ALLAH RaZi oLSuN
[cavab]
_Ulduz_
2 May 2013 / 01:02
coxsagolun.ALLAH razi olsun.mende tebrike qowuluram.
[cavab]
LIVERPOOL
2 May 2013 / 01:28
Kaw butun qizlar xanimlar onun kimi olmaqa caliwaydi.
[cavab]
Bölmeye qayıt