Ibratamiz hekaye (Elik)
BlackBerry-Elik
30 Apr 2013 / 03:27
Bir gün evə zəng gəlir və ana telefonu götürür:
- Salam, ana, necəsən, atam, qardaşım necədir?
Ana telefondakının oğlunun səsi olduğunu bildikdə sevincək cavab verir:
- Oğlum, biz hamımız yaxşıyıq, sən necəsən, əsgərliyin nə vaxt bitir?
...Oğul:
- Gözünüz aydın,Sabah gəlirəm... Ana, söz deyəcəm sənə
Ana:
-Buyur, oğlum
Oğul:
-Ana, olar dostumu da özümlə gətirim, 1 həftə qalsın bizdə?
Ana:
- Təbii ki, gəlsin 1 həftə nədir, 1 ay da qonaq eleyərik...
Oğul:
- Ana, amma mənim dostum müharibədə partlayış vaxtı bir ayağını və bir qolunu itirib...
Ana:
- Oğlum, əgər elədirsə, gətirmə! İndi bizə narahatçılıq yaratmasın... Biz şikəst adama 1 həftə necə baxaq?
Oğul kədərlənir:
- Yaxşı ana sağ ol, atama və qardaşıma salam de...
Bu hadisədən 1 gün sonra evə yenidən zəng gəlir...Ana yenə telefonu götürür, amma bu dəfə telefondakı yad adam idi:
- Sizə necə deyəcəyimizi bilmirik, amma sizin oğlunuz intihar edib, başınız sağ olsun...
Ana bu sözlər qarşısında şok olur. Hələ dünən danışdığı oğlunun ölüm xəbəri hamını sarsıdır. Ailə yığışıb bir yerdə
onun cəsədini götürməyə gedir. Gödükləri tablo onları bir daha sarsıdır. Çünki onların oğlunun bir ayağı və bir qolu yox idi...
Dusunulmemis atilan her adimin sonu pis ola biler.Qerar vermemisden evvel biraz dusunun
[cavab]
Boss555
30 Apr 2013 / 03:33
BlackBerry-Elik, tekrar olsada yenede maraqli idi
[cavab]
NARDARANLI
30 Apr 2013 / 03:42
Bele hadiseler heyatda coxdu
[cavab]
xati
30 Apr 2013 / 03:44
cox maraqlidi
[cavab]
Golf
30 Apr 2013 / 04:03
Tesirlidi...:(u
[cavab]
Bölmeye qayıt
0.1361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az