Yediyini de-- kim oldugunu deyim =)
**Memo**
29 Apr 2013 / 19:59
İnsanların xoşladıqları
meyvələrə görə xasiyyətlərini
təyin etmək olurmuş...
PORTAĞAL
Əgər sevdiyiniz meyvə
portağaldırsa, sonsuz səbirli,
iradəli xarakterə malik olan
bir insansınız. İşlərinizi
səbirlə görür və hər addımı
düşünərək atırsınız.
İşləməkdən əsla bezmir, hətta
zövq alırsız. Portağalı sevən
insanlar, sizə asanlıqla etibar
etmək mümkündür.
ALMA
Sözünü deməyi bacaran sərt
və səbrsiz bir insansınız.
Yaxşı bir təşkilatçı olmasanız
da, bu sizin yaxşı rəhbər
olmayacağınız mənasını kəsb
etmir. Tez qərar verməkdə və
geriyə addım atmaqda çox
ustasanız. Həyata qarşı daima
optimist fikirli insansınız.
BANAN
Bu insanlar səmimi və duyğulu
insanlardır. Utancaq təbiətli
və özünə inamı olmayan
xarakterə malikdirlər. Belə
insanları aldatmaq daha
asandır. Tərəf-müqabilini
tanıdıqca sevə bilən bir
insansınız.
GİLAS
Enişli-yoxuşlu bir həyatınız
var. Bu insanlar daima xəyal
qururlar və yaradıcılıq
qabiliyyətləri çox güclüdür.
Sadiq bir insansınız və
duyğularınızı ifadə etməkdə
həmişə zor anlar yaşayırsınız.
ÜZÜM
Mülayim xarakterə maliksiniz.
Bəzən özünüzdən tez çıxır,
amma bunu tezliklə aradan
qaldırırsınız. Çox səmimi, eyni
zamanda gördüyünüz işdən
zövq alan birisiniz. İnsanlar
sizinlə bir yerdə olmaqdan
heç vaxt bezmirlər, çünki
onlar sizin dəyərli
məsləhətlərinizə hər zaman
ehtiyac duyurlar.
ŞAFTALI
Nikbin xarakterə maliksiniz,
yaşamağı sevirsiniz.
Dostlarınız sizin üçün çox
əhəmiyyətlidirlər. Baş verən
hadisələri böyütmür və
asanlıqla bağışlayırsınız.
Sözünü deməyi bacaran
birisiz. Hər bir işə həvəslə
yanaşmağınız sizin sonunda
qalib olmağınızla nəticələnir.
HEYVA
Mühafizəkar bir xarakterə
maliksiniz. Dərin düşüncəli və
diqqətli bir insan olduğunuza
görə , heç bir işi tələsik
etmirsiniz. Tutduğunuz işi
bacaran və insanların
səhvlərini vaxtında görə
bilirsiniz. Tərəf-müqabilinizi
seçərkən onun xarici
görünüşündən çox, zəkasına
önəm verirsiniz.
ARMUD
Bu insanlar ağıllarına
qoyduqları hər bir şeyi yerinə
yetirirlər. Dəyişkən birisiz və
başladığınız işi bitirməkdə
çətinlik çəkirsiniz. Əməyinizin
qarşılığını tezliklə görmək və
gələcəkdə baş verən
hadisələrdən xəbərdar olmaq
istəyirsiniz. Dostluq
əlaqələrini tez yaratmaq
qabiliyyətinə maliksiniz,
amma bunu davam
elətdirməkdə çətinlik
çəkirsiniz.
ƏNCİR
Hər şeyi dərindən düşünən və
həssas bir insansınız.
İctimaiyyət içində olmağı
xoşlasanız da, hər zaman
məsafə saxlamağı
bacarırsınız. Açıq gözlü, baş
verə bilən hadisələri anında
hiss edə bilən, eyni zamanda
inadkar bir insansınız. İş
həyatında rəhbərliyin
diqqətində olmağı üstün
tutursunuz.
YEMİŞ
Mülayim xarakterli olmağınız
sizin insani
keyfiyyətlərinizdən xəbər
verir. Başınıza gələn
hadisələrə bədbin
yanaşmırsınız və bu hadisələri
tezliklə ötüb keçəcəyini
düşünürsünüz. Əyləncəli və
mərd bir insan olduğunuza
görə, insanlar sizə tərəf
yönəlirlər. İş həyatında
istədiyinizə nail olmağı
bacaran birisiz. Yeni
insanlarla tanışlıqdan
məmnunluq duyursunuz.
Tərəf-müqabilinizə ən
təsiredici silahınız yumor
hissinizin güclü olmasıdır.
[cavab]
Rusa
29 Apr 2013 / 20:02
hamisini xoslayram
[cavab]
LIVERPOOL
29 Apr 2013 / 20:07
Mende incilden bawga hamsin seve seve yeyirem.
[cavab]
**Memo**
29 Apr 2013 / 20:08
Heyva-en sevdiyim meyve.
[cavab]
(=Mr_ViRuS=)
29 Apr 2013 / 20:11
Demek olar hamisini xowlayiriq))
[cavab]
emsalyan
29 Apr 2013 / 20:14
agzim sulandi gedim padvala baxim gorum heyva var
[cavab]
**Memo**
29 Apr 2013 / 20:16
emsalyan, ))
[cavab]
DOGUKAN
29 Apr 2013 / 20:18
banan en sevdiyim meyve birdeki portagal
[cavab]
Sahin00
5 May 2013 / 18:59
alca yoxdur
[cavab]
Ceyla
5 May 2013 / 19:00
Banan, alma ve gilas
[cavab]
Bölmeye qayıt