Qusursuz sevgili olmagin 10 usulu :)
**Memo**
29 Apr 2013 / 19:48
Sevgilinizi razı salmaq bəzən dünyanın
ən çətin işlərindən birinə çevrilir.
Əslində bunun öhdəsindən gəlmək o
qədər də çətin deyil. Sadə, lakin
təəssüratlı vasitələrlə qüsursuz bir
həyat yoldaşı və ya sevgili ola,
sevdiyiniz şəxsin ağlını başından çıxara
bilərsiniz.
Yemək hazırlayın
Boş yerə deyilmir ki, kişinin ürəyinə
gedən yol, onun mədəsindən keçir.
Unutmayın ki, nə olursa, olsun kişilər
yemək hazırlamağı bacaran
qadınlardan ötrü sino gedirlər. Çünki ən
yaxşı universitetin məzunu olmaq,
karyeranızda işıq sürəti ilə addımlamaq,
əla maşın idarə etməyiniz kimi parlaq
bacarıqlarınız “Təsəvvür edirsən, mən
adi yumurta bişirməyi bacarmıram”
cümləsinin altında itib-bata bilər.
Düzdür, sizin peşəkar aşpaz olmağınız
mütləq deyil, amma öyrənə biləcəyiniz
bir neçə ləziz yeməklə sevgilinizin sizə
heyran qalmasını baca bilərsiniz.
Onu tərifləyin
Elə bilməyin tərifi ya da ki diqqəti ancaq
qadınlar sevir. Bu heç də belə deyil,
kişilər də tərif eşitməyi yaman sevərlər.
Biz sözlə, arada bir onların eqo-larının
ünvanına yaxşı söz deyin. Belə etsəniz,
sevgiliniz özünü dünyanın ən güclü kişi
hesab edəcək və təbii ki, bu da onun
sizə daha çox bağlanmasına gətirib
çıxaracaq.
Zarafat etməyi unutmayın
Yumor hissi olan qadın hər şeyə
qadirdir. Kimsə bir buz parçası ilə birgə
yaşamaq istəməz. Hər zaman çox ciddi
və məsafəli olmağınız onu sizdən
uzaqlaşdıra bilər.
İncə davranın
Hökmran və ancaq mənim dediyim
olacaq xarakterli şəxslər çəkici olduğu
kimi həm də qorxulu ola bilər. İşinizdə
hər kəsin etimad bəslədiyi, istədiyinə
nail olmağı bacaran bir qadın ola
bilərsiniz. Lakin evdə rəis olsanız, qısa
müddətdə tək qalmanız qaçılmaz ola
bilər. Hər şeyi onun öhdəsinə
buraxmasanız belə, onun da özünü
vacibi biri olduğunu hiss etməsinə
imkan yaratmalısınız.
Sevginizi göstərin
Bir çox qadınlar sevgilərini
göstərməkdən çəkinlərlər. Amma
sevgilinizə baxdığınız kiçik bir baxış, ani
bir toxunuş sizə olan sevgisini
xatırladacaq. Yolda gedərkən birdən
onu öpməniz, əlini isti-isti sıxmanız,
içdən gələn səmimi gülüşünüz sevginizi
göstərməyin ən sadə və yaxşı üsuludur.
Divanə olmayın
Çəkinizin normadan artıq olması və ya
dişlərinizdə əyriliyin olması uzun illər
sizə dərd olur. Lakin bunları mütəmadi
olaraq sevgilinizə xatırlatmağa ehtiyac
yoxdur. Siz daim bu cür şeylərlə şikayət
emiş olsanız, o da sizə əvəzində “məncə
sən elə belə də gözəlsən” deyə xoş
niyyətli yalanlar deyəcək. Unutmayın
ki, heç kim qüsursuz deyil, özünüzə olan
inam malik ola biləcəyiniz ən seksual
özəllikdir.
Cəsur olun
Riskə gedən qadın seksual qadın hesab
olunur. Paraşütdən tullanmaq, təhlükəli
təbiət yürüşlərinə çıxmaq, motoskilet
sürməyiniz sizi sevgilinizin gözündə
Ancelina Coli kimi görünmənizə
səbəb ola bilər.
Qadın olduğunuzu unutmayın
Geyimlərinizdə bəzən idman üslubuna
üstünlük verməyinizdən ləzzət duya
bilərsiniz. Lakin qadın olduğunuzu
utumamalısınız. Hərdə nbir onun xətrinə
qarderobunuza qadın sayağı əl
gəzdirməyiniz münasibətlərinizə fərqli
dad qata bilər.
Onun dostları ilə qaynayıb-
qarışın
Münasibətlərin ən çətin tərəfi
sevgilinizin dostlarına özünüzü
sevdirməkdir. Bu günə qədər
sevgilinizin yanında çox qız görüb,
hamısına qarşı eyni münasibət bəsləyə
bilərlər. Ola bilər ki, ilk dəfədən sizi
ciddi qəbul etməsinlər. Sadəcə səmimi
olun.
Zəkanızı göstərin
Axmaq qadın tipinin qəbul olduğu
zaman çoxdan keçmişdə qalıb. Zəkanızı
göstərmək sizi daha çəkici və əlçatmaz
edəcək. Lakin diqqətli olun, zəkanızla
oynamaq bir az risklidir. Söhbət
əsnasında bütün biliklərinizi ortaya
tökmək söhbətinizin tutmamasına
səbəb ola bilər. Bunun yerinə
intellektual məsələlərə girişsəniz daha
faydalı olar.
[cavab]
A-Kli
29 Apr 2013 / 19:50
maraqlidi
red. A-Kli (29.04 /19:50)
[cavab]
Bölmeye qayıt