Mezeli ulduz fali :)

pol **Memo** 29 Apr 2013 / 19:36
Yanvar: Ciddi və hirsli biridir.
Necə deyərlər "Dişləri
incidəndir, dili can
incidəndir". Ağıllı və planlı iş
görür. Çünki avtobusda
işləyir, plan verir. Duyarlı və
dərin hissləri var. Marian
çökəkliyində yaşayır.
Fevral: Dəyişkəndir. Bakseldə
işləyir və "dəyişək inkişaf
edək" prinsipi ilə yaşayır.
Düzgündür. İnadkardır.
İnadlaldır və inadkordur.
Özünə güvəni yoxdur. İtirib.
Tapanlar Baksellə əlaqə
saxlasın. Xəyalların ardınca
gedir. Amma Xəyallar onu
azdıra bilmir. Qonşularında
düz 8 dənə Xəyal var.
Mart: Utancaqdır. 4 oğul
atasıdır. Tez hirslənir,
güllələniləcək oy bağışlayın
guvəlinəcək adamdır.
İntiqamlıdır, qardaşı da
Ehtiramlıdır. Bir sözlə
ailəlikcə meyxanaçı İntiqam
və Ehtirama pərəstiş edirlər.
Aprel: Aktiv və enerji doludur.
Hər gun 5 ədəd Redbul icir.
Təsəlli verməyi sevir. Can
həkimidir. Yaddaşı güclüdür -
4GB. Tez-tez baş ağrıları
olur. Hələ Antivirus
yükləməyib.
May: Anlayışlıdır. Onu qovmaq
lazım deyil, özü durub gedir.
Ədəbiyyat və incəsənətlə
maraqlanır. Amma ədəbiyyat
və incəsənət ondan qaçır.
Evdə oturmağı sevmir. Bütün
günü uzanır.
İyun: Şirindildir. Buna gorə də
evlərində yay, qış qarışqa
olur. Eyni anda bir çox şey
haqda düşünməyi bacarır. Ona
görə də özü-özünə danışır.
Çoxdanışandır. Qərar verməyi
bacarmır. Ancaq qərar alır.
İyul: Yaxşı sirdaşdır. Kin
saxlaya bilmir. Gücü çatmır.
Kin cox ağırdı deyə. Yalnızlığı
sevmir. Düz 4 dəfə yalnızlığa
otval verib. Onun öz istədiyi
var. Dost acısı çəkməyi
bacarmır. Sinəsinə duşmür.
Yalnız Yava çəkir.
Avqust: Zarafatcıldır.
Qorxusuzdur. Liderliyi sevir.
ATV-liyi bəyənmir.
RomanTikdir. Atasından onun
üçün Roman adlı şadlıq sarayı
tikdirməsini istəyir. Yol
gostərməyi sevir. Gələcəkdə
Yol Polisi işləmək istəyir.
Sentyabr: Elmə fikir verir. Hər
gun 1 packa fikir verir
əvəzində ondan 1 siqaret alır.
Ünsiyyətdə seçilir. İnsanların
eyiblərini dolayı yolla da
çatdırır. Probka olanda başqa
yollarla da çatdırır. Amma özü
qətiyyən güzgüyə baxmaq
istəmir. Çünki evə güzgü
almaqdan beziblər.
Oktyabr: Hamı ilə sözü tutur.
Sonra birdən buraxır söz başı
üstə yerə düşür. Yaxşı
dostdur. Dostlara fikir verir.
Xususilə də ayaqqabılarına.
Tez küsüb, tez barışandır.
Təsir altına tez düşür. Çünki
qonşuları hər gün o balkonun
altından keçəndə onun başına
təsir tökür.
Noyabr: Calışqandır.
Alışqandır. Yapışqandır belə
sözləri xoşlamır. Çünki
pəltəkdir "ş" hərfini deyə
bilmir. İradəsi güclüdür.
İstədiyi qız İradə idmana
gedir. Hamını olduğu kimi
qəbul edir. Amma hamı onu
görünüşünə görə yola salır.
Dekabr: Səbirsizdir. 4 oyundur
ki, "sə" "bir" ata bilmir. Və 3
oyundur ki, butun nərd
yoldaşlarına
Marsla uduzur. Dostlara bağlı
olur. Hər gün ən azı bir
dostuyla düyünə düşür.
Sevildiyini daim hiss etmək
istəyir. Qripdir deyə burnu iy
hiss eləmir.

[cavab]

pol Dj_kamo 29 Apr 2013 / 19:42
Qewey

[cavab]

pol A-Kli 29 Apr 2013 / 19:46
doqrudu !

[cavab]

pol **Memo** 29 Apr 2013 / 20:07
twk =)

[cavab]

pol Golf 29 Apr 2013 / 23:46
Men tekliyi cox sevirem eksine sehvdi.

[cavab]

pol Ceyla 29 Apr 2013 / 23:49
Iyun ayi :-)

[cavab]

pol _Efsane_ 30 Apr 2013 / 00:56
Oktyabr: Hamı ilə sözü tutur.
Sonra birdən buraxır söz başı
üstə yerə düşür. Yaxşı
dostdur. Dostlara fikir verir.
Xususilə də ayaqqabılarına.
Tez küsüb, tez barışandır.
Təsir altına tez düşür. Çünki
qonşuları hər gün o balkonun
altından keçəndə onun başına tesir tökür .....ay öldüm gülmekden

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1739 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az